Facebook Twitter WhatsApp

Qurban kəsmək kimlər üçün vacibdir

Sual: Kimlər qurban kəsməlidir, yəni qurban kəsmək kimlərə vacibdir?

CAVAB

Maddələr halında bildirək:

1- Qurban, davar (qoyun, keçi), qaramal (camış, inək, dana, öküz, buğa) və ya dəvəni Qurban bayramının ilk üç günündə qurban niyyəti ilə kəsmək deməkdir. Qurban, vacib olan vəzifəni yerinə yetirərək savab qazanmaq üçün kəsilir. Mükim, ağıllı, buluğ çağına girmiş, azad və müsəlman kişi və qadının ehtiyacından artıq nisab miqdarı sərvəti, pulu varsa, Qurban bayramını niyyət edib müəyyən günlərdə, müəyyən bir heyvanı kəsmələri vacibdir.
Dinən ər, arvaddan hansı zəngindirsə, qurbanı o kəsməlidir. Hər ikisi də zəngindirsə, ikisi də kəsməlidir, əgər hər ikisi də yoxsuldursa, heç biri kəsməz. Yoxsul qurban kəsmək məcburiyyətində deyil, amma kəsərsə, savabı çox olar.
Qurban, dünyadakı vəzifəsini yerinə yetirmək, axirətdəki savabına nail olmaq üçün kəsilir. Atanın övladı üçün övladının malından qurban kəsməsi lazım deyil. Ruhi xəstə və qoca uşaq kimidir. Böyük övladdan və xanımdan icazəsiz, onların adına qurban kəsmək olmaz.
2- Mükim, ağıllı, büluğ olan müsəlmanın ehtiyacından artıq nisab miqdarı mülkü və ya pulu varsa, qurban kəsməsi vacibdir. Qurban kəsməyin vacib olmasında bayramın üçüncü günü əsas götürülür. Bayramın birinci və ikinci günü zəngin-yoxsul, mükim-səfəri, ağıllı-ruhi xəstə, huşsuz-ayıq olmağa baxılmır. Bayramın üçüncü günü nisaba malikdirsə, digər şərtlər də varsa, qurban kəsmək vacibdir.
Deməli, bayramın ikinci günü büluğ olmayan, üçüncü günü həddi-büluğa çatana, bayramın ilk günü yoxsul ikən üçüncü günü zəngin olana, bayramın ilk günü səfərdə ikən üçüncü günü mükim olana, digər şərtlər də olarsa, qurban kəsmək vacib olur.
3- Bayramın ilk günü komada olarkən, üçüncü günü ayılanın, digər şərtlər də olarsa, qurban kəsməsi vacibdir. Bayramın ikinci günü huşunu itirib, üçüncü günü günəş batdıqdan sonra ayılan zənginin qurban kəsməsi isə vacib deyil.

Yoxsul bir şəxs, bayramın birinci və ya ikinci günü bir qurban kəsərsə, bayramın üçüncü günü zəngin olarsa, bir qurban daha kəsməsi lazımdır. Çünki üzərində vacib olmadan kəsmişdi. Amma, Bezzaziyə kimi mötəbər əsərlərdə, sonradan gələn alimlər, “Yoxsul, bayramın birinci günü qurban kəsib üçüncü günü zəngin olarsa, yenidən qurban kəsməsi lazım olmaz” dedilər.
5- Üçüncü günü zəngin olacağını bilən şəxsin, ilk günü qurban kəsməyində heç bir zərər yoxdur.

6- Bir zəngin, bayramın birinci və ikinci günü qurban kəsmədən ölsə, qurban borcu ilə ölmüş olmur.

Qurban bayramının üçüncü günü yoxsul olacağını və ya səfərə çıxacağını bilən şəxsə, birinci günü qurban kəsmək vacib deyil. Kəsərsə, vacib olaraq yerinə yetirmiş olar.

8- Bayramın birinci və ikinci günlərində səfərə çıxan şəxsin, mükim ikən qurban kəsməsi vacib deyil. Daha əvvəl kəsmişdirsə, vacib savabı alar. Kəsməmişsə, səfərə çıxdığı üçün borc üstündən çıxar.

9- Mükim olan zəngin, səfərdə olan bir vəkilə qurban kəsdirsə, vacib savabı alar.

10- Əsir olarkən, bayramın üçüncü günü azad olanın, digər şərtlər də olarsa, qurban kəsməsi vacib olur. Azad ikən üçüncü günü əsir olub günəş batana qədər əsir olanın qurban kəsməsi vacib olmaz.

11- Tarlasından yığdığı məhsulun, tarlanın, evin, dükanın (emalatxananın, yük maşınının) bir illik kirayəsi nə qədər çox olursa-olsun, bir illik ev ehtiyacını və ya aylıq gəliri, aldığı əmək haqqı, aylıq ehtiyacını və qul borcunu ödəyə bilməyən şəxs İmamı Muhammədə görə yoxsuldur. Fətva da belədir. Şeyxaynə görə zəngin sayılır. Sahibi olduğu tarlanın və avadanlıqların dəyəri ehtiyacını ödəyər və nisaba da çatarsa, hər dəfə kirayə aldıqda bir az ayırıb yığaraq fitrə verməsi və qurban kəsərək böyük savab qazanması lazımdır. Belə bir şəxs, fitrə verməsə və qurban kəsməsə, imamı Muhammədə görə günahdan azad olar. Tarlasından heç məhsul yığmayan, kirayə verməyən şəxs və ehtiyacından çox malı olub pulu olmayan insan, imamı Muhammədə tabe olaraq fitrə verməz və qurban kəsməz. Verərsə və ya kəsərsə, ikinci ictihada görə fitrə və qurban savabını qazanar.
Aldığı kirayə pulu ilə çətin yaşayan şəxs nisaba malikdirsə, pul toplayıb fitrə verməli və qurban kəsməlidir. Bütün əti qovurma edib bir neçə ay ət pulundan yığaraq gələn ilin fitrə və qurbanlıq pulunu saxlamalıdır. Beləliklə, fitrə və qurban savabından məhrum olmamalıdır. Çoxlu ailə üzvləri olan və çətin dolanan insanların, qurban ətini evində saxlaması müstəhəbdir. Birdən çox evi olan kişinin, nisabı azaldacaq qədər borcu yoxdursa, kurban kəsməsi lazımdır.

Sual: Həddi-büluğ yaşı neçədir? 13 yaşındakı oğluma qurban düşürmü?

CAVAB

Qızlar 9 yaşında, oğlanlar 12 yaşında həddi-büluğa çatırlar. Bəziləri gecikə bilər. Əgər 15 yaşını keçdiyi halda həddi-büluğa çatmazsa, artıq o yeniyetmə sayılır. Həddi-büluğa çatmışdırsa, 96 qram qızılı və ya o qədər də pulu olarsa, qurban kəsməsi lazımdır.
Sual: Anam zəngindir, amma şüursuzdur. Qurban kəsməlidirmi?

CAVAB

Şüuru yerində olarkən kəs deyərsə, kəsməlisiniz. Bilmirsə, kəsilməz.
Sual:
Ata, zəkat nisabına çatmış, qızılları olan uşaqlarının qurbanlarını kəsməlidirmi?

CAVAB

Həddi-büluğa çatmamış uşaq varlı olsa da, qurban kəsmək vacib deyil. Atasının da varlı övladı üçün qurban kəsməsi lazım deyil.


Sual: Tam Elmihalda, “Qurban bayramının üçüncü günü yoxsul olacağını və ya səfərə çıxacağını bilən insanın, bayramın birinci günü qurban kəsməsi vacib deyil. Bayramın üçüncü günü zəngin olacağını bilən şəxsin qurban kəsməsi, Zilhiccənin onuncu günü, yəni bayramın birinci günü fəcr vaxtında vacib olur” deyilir. İlk ifadədəki “ fəcr vaxtında vacib olur” nə deməkdir?
CAVAB

“Kəsərsə, vacib savabı qazanar” deməkdir.

Sual: Varlı ailənin kasıb oğlu qurban kəsməlidirmi?

CAVAB

Xeyir, varlı olan kəsər. Valideynlərin zəngin olması, oğulun qurban kəsməsini tələb etmir.  

Uşaq üçün qurban kəsmək

Sual: Almaniyada 154 Avro kindergeld (uşaq pulu) verilir. Burada bəzi təşkilatların yaydığı broşürlərdə uşaqlar üçün qurban kəsməyin vacib olduğu deyilir. Uşaqlar üçün qurban pulu toplayırlar. Uşaq üçün qurban kəsməyin vacib olduğu Dürərdə yazılıdır, deyilir. Dedikləri doğrudurmu?

CAVAB

Xeyir, doğru deyil. Zəngin olsa da həddi-büluğa çatmamış uşaq üçün qurban kəsmək lazım deyil. Şeyxayna görə, atasının varlı övladı üçün övladının  malından kəsməli olsa belə, fətva İmamı Muhammədin qövlünə görədir. Fətva verilən bu qövlə görə, atanın zəngin övladı üçün öz malından da, övladının malından da qurban kəsməsi lazım olmaz. [Dürər]

Yoxsulun qurbanı ölərsə

Sual: Yoxsulun aldığı qurban Ərəfə günü ölərsə, onun əvəzinə başqa bir qurban kəsməsi lazımdırmı?

CAVAB

Yoxsul olduğu üçün lazım deyil.

Şüuru yerindədirsə

Sual: Dində zəngin olan bir alzheimer xəstəsinin bayramda qurban kəsməsi lazımdırmı?

CAVAB

Fiqh kitablarında “Bayramın üçüncü gününü huşsuz halda keçirən zənginə qurban kəsmək vacib olmaz” deyilir. Üçüncü günü ayıq olmaq mühümdür. Birinci günü ayıq olub qurban kəssə, üçüncü günü huşsuz halda keçirsə də kəsdiyi qurban vacib olur.
Xəriflənmiş yaşlının üçüncü günü şüuru yerində olarsa, “Bu gün qurban bayramıdır, mənə qurban kəsin” deyirsə, onun üçün qurban kəsmək lazımdır. Bayramın, qurbanın nə olduğu bilmirsə, kəsmək lazım olmaz. Qurban kəsmək, zəngin, ağlı yerində olan müsəlmana vacibdir.

Qurban kəsmənin üçüncü günü

Sual: Bir yoxsul qurban bayramının üçüncü günü zəngin olsa və ya bir zəngin üçüncü günü yoxsullaşsa, yaxud ölsə, qurban kəsmək vacib olarmı?

CAVAB

Yoxsulluq, zənginlik və ölüm üçün vaxtın sonuna etibar edilir. Bayramın əvvəlində zəngin olub üçüncü günü yoxsullaşarsa və ya ölərsə, həmin şəxsin üstündə qurban vacib olmaz. Üçüncü günü zəngin olana qurban kəsmək vacib olar. [Dürər və gürər]

Şafidə qurban

Sual: Şafidə ailənin dolanışığını təmin edən adam qurban kəssə, digər ev üzvləri kəsməyə bilərmi?

CAVAB

Bir evin ailə üzvləri üçün bir qurban kəsilməsi sünnəti kifayədir. Ailə başçısı kəsərkən digərlərinin kəsməsi lazım deyil. Hənəfidə isə ailədə qurban nisabına malik olan hər kəsin kəsməsi vacibdir.

Həccə gedənə qurban vacibdirmi?

Sual: Həccə gedən şəxsin yoxsul olsa da qurban kəsməsi lazımdırmı?

CAVAB

Xeyir, qurban nisabına malik olmayanın qurban kəsməsi vacib deyil. Həcc səfərində olan da qurban kəsməyə bilər.

Səfəri olmaq və qurbanın vacib olması

Sual: Səfərdə olarkən, məsələn, günorta namazı qılan, günorta çıxmadan mükim olsa, günortanı təkrar qılması lazım olmadığı halda səfərdə nafilə olaraq qurban kəsən şəxsin, üçüncü günü mükim olarkən yenidən qurban kəsməsi nə üçün lazımdır?

CAVAB

Səfərdə olarkən namaz qılmaq fərzdir. Səfərdə fərzi yerinə yetirdikdə, əlbəttə ki, yenidən qılınmır. Qurbanı səfərdə olarkən kəsmək isə nafilədir, bayramın üçüncü günü mükim olarkən, qurban kəsmək zənginə vacib olar. Qurbanı vacib olaraq kəsmədiyi halda, yenidən kəsmək vacib olur.

Fiqh kitablarında deyilir ki, “Həddi-büluğa çatmamış uşaq vaxtı girərkən o namazı qılsa, vaxtın sonuna yaxın həddi-büluğa çatsa, həmin namazı təkrar qılması fərzdir. Çünki əvvəlkini nafilə olaraq qılmış olur. Bunun kimi, huşunu itirmiş vaxtın sonunda ayılanda, heyzi və ya nifası vaxtın sonunda bitən qadına o namazı qılmaq fərzdir. [Dürr-ül-muxtar]
Bir uşaq yatsı namazını qılandan sonra ihtilam olarsa, yəni həddi-büluğa çatarsa, sübh namazına qədər yatsını yenidən qılması fərz olar. İmam Muhamməd, bunu İmam Əbu Hənifədən soruşur, o da “Bəli, yatsını yenidən qılması fərzdir” buyurmuşdur. [Rədd-ül-muxtar]

Qurban bayramının üçüncü günü səfərə çıxacağını bilən şəxsə, birinci günü qurban kəsmək vacib olmur. [S. Əbədiyyə] Amma kəsilərsə, yenə də vacib sayılmış olar. Kəsmədən səfərə çıxarsa, səfəri olduğu üçün qurban kəsməsi vacib deyildir. Səfərdə olarkən kəsərsə, nafilə olur, vacib olmur. Səfərdən qayıdıb mükim olarkən üçüncü günü qurban kəsməsi vacib olur. Çünki yuxarıda Dür-ül-muxtarda bildirildiyi kimi namaz vaxtın sonunda olduğu kimi, qurban da bayramın üçüncü günü vacib olur. Daha əvvəl nafilə olaraq kəsilən qurban vacib yerinə keçmir. Namaz səfərdə də fərzdir. Səfərdə namaz qılmaq nafilə olsaydı, bu bənzətmə o vaxt uyğun olardı. İndiki bənzətmə tamamilə batildir. Bu məsələ ilə bağlı mərhum  Xocamızdan da soruşmuşduq:

Sual: Səadəti Əbədiyyədə, bayramın birinci günü mükim və ya səfəri olmasına baxılmadığı bildirilir. Buna görə də, bayramın birinci günü səfərdə qurban kəsib, sonra da bayramın üçüncü günü ölkəsinə gəlib mükim olan zənginin yenidən qurban kəsməsi vacibdirmi?

CAVAB: Bəli.

Sual: Yalnız maaşı olan və bununla da çətinliklə dolanan, lakin qurban nisabına malik olan bir şəxs qurban kəsməlidirmi?

CAVAB: Aldığı kirayə pulla və ya maaşla çətinliklə dolanan bir şəxs, nisaba malikdirsə, pul yığıb fitrə verməli və qurban kəsməlidir. Ətin hamısını qovurma edib, bir neçə ay ət pulundan yığaraq, gələn ilin fitrə və qurban pulu olaraq saxlamalıdır. Bir hədisi-şərifdə: “Xəsislərin, simiclərin ən pisi kəsməsi vacib olduğu halda qurban kəsməyəndir” buyuruldu.

Sual: Qurban bayramının üçüncü günü səfərə çıxacağını və ya yoxsul olacağını bilən bir şəxsə, bayramın birinci günü qurban kəsmək vacib dirmi?

CAVAB: Qurban bayramının üçüncü günü yoxsul olacağını və ya səfərə çıxacağını bilən şəxsə, birinci günü qurban kəsmək vacib olmur. Bunun əksinə, bayramın üçüncü günü zəngin olacağını bilən şəxsin, qurban kəsməsi Zilhiccənin onuncu günü, yəni bayramın birinci günü fəcr vaxtında vacib olar. Bayramın birinci günü zəngin və ya yoxsul, mükim və ya səfəri olmağa baxılmır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину