Facebook Twitter WhatsApp

Qurban və xeyriyyə təşkilatları

Sual: Vacib, əqiq və adaq qurbanlarını xeyriyyə təşkilatlarına necə kəsdirməliyik?

CAVAB

Vacib qurbanı, adaq, əqiq və ya vəfat edənlər üçün kəsiləcək qurban işin dini tərəfini yaxşı bilən, elmi nəşrlərlə məşğul olan bir vəqfə vəkalət yolu ilə kəsdirilə bilər. Beləliklə, elm nəşrinə töhfə verdiyimiz üçün fərz savabı da qazanarıq. Elmi təhsili verilən yerlərə dinə uyğun olaraq zəkat, fitrə, adaq, əqiq və ya sədəqə şəklində edilən yardımlar insanı qəza və bəlalardan qoruyar. Dünyada sağlıq və rifah içində bir ömür keçirməyə səbəb olar. Bir hədisi-şərif:

“Xəstələrinizi sədəqə ilə müalicə edin! Bəla sədəqənin önünə keçə bilməz.”( Tabərani)
Vəfqin səlahiyyətli nümayəndəsinə dinə uyğun vəkalət verilməli və hər bir heyvanın kimin adına kəsildiyi müəyyən edilməlidir.
Sual: Qurbanını xeyriyyə təşkilatına hədiyyə etmək istəyən şəxs necə vəkalət verməlidir?

CAVAB

Qurbanını xeyriyyə təşkilatlarından birinə hədiyyə etmək istəyən şəxs, qurban pulunu bu işlə məşğul olan məsul şəxsə təhvil verərkən, Allah rizası üçün bayram qurbanımı almağa, aldırmağa, kəsməyə və istədiyin şəxsə kəsdirməyə, ətini, dərisini istədiyinə verməyə səni ümumi vəkil etdim, deməlidir. Vəkalət məktubla, faksla, e-maillə və ya telefonla da verilir. Qurban pulu əvvəldən verildiyi kimi, sonra da göndərilə bilər. Məsul şəxs aldığı qurbana bir nömrə bağlayar, bu nömrəni və qurban sahibinin adını dəftərə yazar. Qurban kəsilərkən sahibinin adını söyləyərək qəssabı vəkil edər. Ancaq bu cür kəsilən qurbanlar səhihdir.
Sual: Qurbanlıq heyvanı hansısa bir xeyriyyə təşkilatına diri olaraq verildikdə qurban sayılmırmı?

CAVAB

Qurbanlıq heyvanları yoxsullara və ya xeyriyyə təşkilatlarına diri olaraq sədəqə vermək qurban sayılmaz, kəsmək lazımdır. Qurbanı almaq, kəsmək, ətini paylamaq və bunları istədiyi şəxsə etdirmək üçün bir nəfəri vəkil təyin etmək caizdir. Diri heyvanı da kəsdirmək üçün bir nəfəri vəkil təyin etmək caizdir. Qurban kəsilərkən sahibinin yanında durması vacib deyil.


Sual: Diri qurbanı və ya pulunu sədəqə vermək caizdirmi?

CAVAB

Caiz deyil. Sədəqə edilərsə, bayramın üçüncü gününün axşamına qədər ikincisi də kəsməlidir. Aldığı qurbanını üçüncü günün axşamına qədər kəsə bilməyən şəxs, heyvanı diri olaraq və yaxud da dəyərini (gümüş və ya qızıl olaraq) yoxsullara verər. Bayramdan sonra kəsərsə, sahibi ətindən yeyə bilməz. Hamısını yoxsullara paylamalıdır. Əgər ətin dəyəri diri qiymətindən azdırsa, dəyər fərqi də sədəqə verilməlidir. Qurban alınmayıbsa, orta ölçülü bir qurbanın dəyəri yoxsullara verilər. Beləliklə, cəzadan azad olunsa da, qurban kəsməyin savabı qazanılmır.
Yoxsullara zəkat, sədəqə verilir, ancaq qurbanın qiyməti verilmir. Qurbanlıq heyvanı alıb vermək yenə olmaz. Vacib olan şəxs özü kəsməlidir.
Sual: Qurbanın dərisini xeyriyyə təşkilatına vermək olarmı?

CAVAB

Xeyriyyə təşkilatları müxtəlifdir, həqiqi xeyriyyə təşkilatıdırsa, caizdir.
Sual: Bir xeyriyyə təşkilatı deyir ki,“Kim bizim qurumun bank hesabına bu qədər pul yatırsa, onun üçün qurban kəsilir”. Qurumun bank hesabına bir qurban pulu yatırmaqla dinimizə uyğun qurban kəsmək olarmı?

CAVAB

Banka pul yatıranların sayı qədər qurban kəsib “Hər qurban bir insan üçündür” demək və kəsilən heyvanların hər biri pul yatıranlardan birinin olsun, demək çox yanlışdır. Çünki qurbanda niyyət mühümdür. Ya qurban alarkən, ya da kəsənə vəkalət verərkən niyyət vacibdir. Niyyətsiz kəsilən hayvanlar qurban deyil, ət olur. (Rədd-ül-Muxtar)

Sual: Qurbanı özü kəsməyib bir xeyriyyə təşkilatına və ya bir vəqfə verərək kəsdirmək istəyən bir şəxs, necə davranmalı, nələrə diqqət etməlidir?

CAVAB

Qurbanını bir xeyriyyə təşkilatına, bir quruma vermək istəyən şəxs qurbanını və ya pulunu götürüb həmin qurumdakı məsul şəxsə təhvil verərkən “Allah rizası üçün bayram və ya nəzir, adaq qurbanımı kəsməyə və istədiyinə kəsdirməyə, ətini və dərisini istədiyinə verməyə səni vəkil etdim” deməlidir. O qurumdakı məsul şəxs də vəkil olduğu üçün alacağı qurbana bir nömrə verməli, bu nömrəni və qurban sahibinin adını dəftərə yazmalıdır. Kəsərkən sahiblərinin adını söyləyərək qurban kəsənləri vəkil təyin etməlidir. Ətini istədiyi şəxslərə, dərisini isə yoxsul olan məsul şəxsə vermək olar. Bu yoxsul, dərilərin qiyməti ilə nisab miqdarına malik olmadan əvvəl əlindəkilərin hamısını istədiyinə hədiyyə edə bilər, həmin şəxs də bunu sata bilər. Pulu istənilən yerə verilər. Yoxsula verilən dəriləri satması və ya hədiyyə etməsi də caizdir.

Sual: Qurban kəsməyib heyvanı və ya heyvanın qiymətini xeyriyyə təşkilatına verməklə qurban savabı qazanmaq olarmı?

CAVAB

Alınan qurbanı diri olaraq və ya heç almadan pulunu yoxsullara, yardım təşkilatlarına vermək caiz deyildir. Belə edən insan qurban kəsmiş sayılmır, sədəqə vermiş olur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину