Facebook Twitter WhatsApp

Qurbanı bəhanə edənlər

Sual:  “Qurban kəsmək heyvan qətliamıdır, onlara ölüm ağrısı çəkdirilir. Tanrı qurbana və qana bu qədər həris ola bilməz. Mən qurban kəsənlərin dinindən deyiləm” deyilir. Qurban kəsmək ayət və hədislərə istinadən dinə uyğun olan bir ibadət deyilmi?

CAVAB

Əlbəttə ki, ayət və hədislərlə sabitdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Başladığınız həcc və ümrəni Allah üçün tamamlayın. [Bir səbəblə] yerinə yetirə bilməsəniz, asan gələn bir qurban göndərin. Qurban yerinə çatana qədər başınızı qırxmayın. İçinizdə xəstə olan və ya başından narahatlığı olan varsa, fidyə olaraq ya oruc tutması, ya sədəqə verməsi, ya da qurban kəsməsi lazımdır. Əgər əmindəsizsə, həcc ziyarətinə qədər ümrədən faydalana bilən şəxsə asan bir qurban kəsmək, tapa bilməyənə üç gün və qayıdanda yeddi gün olur ki, bu düz on gündür, oruc tutmaq lazımdır.” [Bəqərə 196]

Allahın onlara ruzi olaraq verdiyi dördayaqlı [qurbanlıq] heyvanların üzərinə müəyyən günlərdə [qurban bayramında] Allahın adını çəksinlər. Bu qurbanlıqlardan özünüz də yeyin, yoxsullara da verin.” [Həcc 28]

“Hamısını paylamaq və ya hamısını evdə qoymaq da caizdir.”
“Hər ümmət üçün Allahın onlara ruzi olaraq verdiyi qurbanlıq heyvanların üzərinə Onun adını anaraq qurban kəsməyi doğru qıldıq”. [Həcc 34]
“Qurbanlıq dəvə və mal-qaranı Allahın sizə olan dəlillərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Şükr edəsiniz deyə, onları beləcə sizin əmrinizə verdik.” [Həcc 36]
Ey iman edənlər, Allahın həcc adətlərinə, haram aya, qurbanlıq hədiyyələrə, [onlardakı] boyunbağılara, Rəblərindən mərhəmət və rizasını axtararaq Beyti Haramı nəzərdə tutub gələnlərə hörmətsizlik etməyin! [Maidə 2]
“Allah hörmətli ev olan Kəbəni, hörmətli ayı, qurbanı, boynu xaltalı qurbanlıqları insanların faydası üçün ortaya qoydu.  [Maidə 97]
[Kəsmək istədiyi oğlu üçün] ona böyük bir qurbanlıq [qoç] fidfə verdik.”[Səffat 107]
“O kafirlər Məscidi haramı ziyarətə və qurbanların öz yerlərinə çatmasına mane oldular.” [Fətih 25]

“Rəbbin üçün namaz qıl və qurban kəs!” [Kövsər 2]
Qurban kəsmək, haşa, qətliam olsaydı, Allahu təala qurbanın şəriətə uyğun olduğunu bildirərdimi? Peyğəmbər əfəndimiz vəfat edənə qədər qurban kəsmişdir. Bir hədisi-şərif məalı belədir:

“Qurban kəsmək atalarınızdan İbrahimin sünnətidir.” [Hakim]
“Bayramda qurban kəsməkdən daha fəzilətli bir şey yoxdur. Ancaq sılayi-rəhm bundan müstəsnadır. [Tabərani]
Dünyanın hər yerində hər gün qəssablarda kəsilən yüz minlərlə heyvan görünmür, xüsusilə, Qurbana dil uzadılması, Allahın əmrinin heyvan qətliamı kimi göstərilməsi pis niyyətin məhsuludur.

Heyvanlara əziyyət vermək

Sual: Oxuduğum bir xəbər belə idi:

“Yazdığı bir kitabda müsəlmanların qurban kəsməsini tənqid etdiyi üçün 2000-ci ildə irqçi zorakılığı təhrik etdiyinə görə Fransa məhkəməsi tərəfindən təqsirli bilinən Fransız kino ulduzu və heyvan hüquqları müdafiəçisi Brigitte Bardot Parisdəki bir məscidi ziyarət edərək qurbanların əzab verilmədən kəsilməsini istədi. Bardotnun getdiyi məscidin imamı Dəlil Əbubəkir qurbanların anesteziya prosedurundan sonra kəsildiyini bildirdikdən sonra məmnunluğunu ifadə edən Bardot, “ Əla... Mənə həyatımın ən böyük hədiyyəsini verdiniz” dedi. Müsəlmanlıqda heyvana mərhəmət etmək yoxdurmu? Bıçaqla kəsmək mərhəmətsizlik deyilmi?

CAVAB

Müsəlmanlıq Allahın dinidir. Allahın dinində, haşa, mərhəmət olmasa, başqa kimdə və nədə mərhəmət olar? Bu gün Avropada iribuynuzlu heyvanların başına toxmaq, xırdabuynuzlu heyvanlara isə elektrik cərəyanı keçirərək uydurub kəsilir. Heyvanların başına toxmaq vurmaq və elektrik cərəyanı vermək işgəncə olur. Ateistlər və Avropalılar heyvan kəsiminə deyil, qurban kəsiminə qarşıdırlar. Özləri ət yemirlərmi? Heyvanları öldürüb kürklərini geyinmirlərmi? Müsəlmanlara qarşı düşmənliklərini heyvanlara mərhəmət pərdəsi altında həyata keçirirlər.
Heyvanların bıçaqla kəsilməsini əmr edən Allahdır. Allahu təala heyvanlara əziyyət edilməsini heç istəyərmi? Heyvanlara rəhm edilməsini bildirən Peyğəmbər əfəndimiz buyurur ki:

“Yer üzündəki məxluqlara rəhm etməyənlərə, göydəki mələklər rəhm etməz.” [Tabərani]
Əgər kəsmək heyvana əziyyət olsaydı, dinimiz heyvanların kəsilməsini əmr etməzdi. Dinimiz bildirir ki, şəhid döyüşdə ölüm ağrısı çəkməz. Bir qolu kəsilmiş olsa belə hiss etmədən döyüşən insanların olduğunu kitablardan oxuyuruq. Onlar ağrı hiss etmədiyi kimi, qurbana da Allahu təala ağrı hiss etdirməz. Allahın qüdrətindən kim şübhə edə bilər? Həzrəti Yunusun qırx gün balığın qarnında sağ qalması, Əshabi-kəhfin üç yüz il yuxuya getməsi Allahu təalanın qüdrəti ilə olmuşdur. Allahu təala şəhidə də ölüm ağrısını hiss etdirmir. Hədisi-şərifdə buyuruldu ki:

“Şəhid ölüm ağrısı hiss etməz.” [Beyhəki]

Heyvan kəsərək qeyd etmək

Sual: Məşhur bir adam “Heyvan kəsərək bayram qeyd etmək düzgün deyildir” dedi. Əgər məqsədi dinimizin qurban kəsmə ibadətini qüsur görmürsə, nə üçün yeni ili hinduşka kəsərək qeyd edənlərə bir şey deyilmir?

CAVAB

Yeni ili hinduşqa kəsərək, şam ağacı kəsərək, qumar oynayaraq qeyd edənlərə bir şey deyilmədiyinə görə, məqsəd qurban ibadətinə hücum etməkdir.
İslamiyyətə qarşı çıxanlar heç vaxt, biz İslamiyyətə qarşıyıq deyə, açıq söyləmirlər. “Biz cəhalətə qarşıyıq” deyirlər. Müsəlmana cəhalətpərəst deyirlər. Yəni açıq-aydın “Biz müsəlmanlığa və müsəlmana qarşıyıq” demirlər, “Biz cəhalətə və cəhalətpərəstlərə qarşıyıq” deyirlər. Biz dinin qurban əmrinə qarşıyıq demirlər, “Biz heyvan kəsərək bayramı qeyd etməyə, heyvan qətliamına qarşıyıq” deyirlər. Yeni ildə miyonlarla hinduşka kəsərək yeni ili və ya Miladı qeyd etməyə, qumar oynayaraq, içki içib sərxoş olaraq ayğırlıq etməyi sivilizasiya hesab edirlər. Dinə daim çəp baxırlar, dini əmrlərin hər birinə bir qulp bağlayırlar..


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину