Facebook Twitter WhatsApp

Qurban alarkən

Sual: Qurban alarkən nələrə diqqət edilməlidir?

CAVAB

1- Qurban alarkən “Bayram günü kəsilməsi vacib olan qurbanı almağa” deyə niyyət etmək lazımdır. Heyvanı kəsərkən yenidən niyyət etmək lazım deyil. Aldığı heyvanı qurban kəsməsi də vacib deyildir, lakin kəsəcəyi heyvanın qiyməti bundan az olmamalıdır. Alarkən heç niyyət etməsə də olar, lakin kəsərkən və ya kəsmək üçün bir şəxsi vəkil təyin edərkən niyyət etməsi lazımdır.
2- Qurbanlıq heyvanı diri olaraq tərəzidə çəkib satmaq caiz deyil. Diri heyvanı tərəzidə çəkib “Bu heyvanın qiyməti budur” deyib, heyvanın bütünü üzərində bazarlıq edilərsə, bu zaman alış-veriş bir dəfəlik edildiyi üçün səhihdir. Bəzi yerlərdə qurbanlıq heyvan alarkən satıcı deyir: “Heyvanı kəsdikdən sonra ətin kiloqramını bu qiymətdən verirəm. Sən heyvanı seç, sonra bayramda gəl, heyvanın əti neçə kq gələrsə, pulunu verərsən”. Bu da qətiyyən caiz deyil, belə olarkən ət alınmış olur, qurban kəsilmiş sayılmır.

3- Üç ortaq 1400 manata bir inək alsa, ortaqlardan biri 600, digəri də 600 versə, üçüncü ortaq isə 200 manat versə, üçüncüyə düşən pay yeddidə bir hissədən az olmadığı üçün caizdir. Ətin yeddidə bir hissəsini götürməlidir. Digər iki ortaq isə yeddidə üç hissəni götürə bilər.

4- 3 nəfər eyni miqdarda pul verib, 3 qoyun alsa, kəsməmişdən əvvəl “Bu sənin, bu onun, bu da mənimdir” deyə bölüşdürsələr caizdir.

5- Qurbanı fazisiz kreditlə və ya kredit kartı ilə almaq caizdir. Faizli kreditlə almaq caiz deyil.

6- İki nəfərin qurbanı bir-birinə qarışsa, hər birinin özünün bilib kəsdiyi qurban, öz qurbanı olar.

7- İki qurbanlıqdan biri digərini öldürsə, pulu sahibinə ödətdirlilmir.

8- Qurban alan niyyətini dəyişib, əqiq və ya nəzir olaraq kəsə bilər.

9- Başqasının heyvanını ondan xəbərsiz, onun üçün qurban kəsmək caizdir. Başqasının ondan xəbərsiz özü üçün qurban kəsən sonra qiymətini ödəsə, caizdir. Əgər sahibi qiymətini qəbul etməyib kəsilən heyvanı götürərsə, sahibi üçün qurban kəsilmiş sayılır.

10- Əmanət edilən heyvanı qurban kəsmək caiz deyil.

11- Allah rizası üçün niyyət etdikdən sonra, ailəsi də çox ət yesin deyə kök qoyun almağı niyətinə qarışdırmamaq olmaz, kök qoyun alarkən ancaq savabını düşünməlidir.

12- Hər kəs bəslədiyi öz heyvanını qurban kəsə bilər. Nisaba malik olan bir şəxsə qoyun hədiyyə edilsə, o da bunu qurban kəssə, vacib qurban yerinə yetər. Qurbanı pulla almaq şərti yoxdur.

13- Nəcasət yeyən heyvanın ətinin təmiz olması üçün dəvə 40 gün, qaramal 20 gün, qoyub-keçi 10 gün, toyuq 3 gün, sərçə 1 gün həbs edilir. Başqa bir  qövüldə isə dəvə ilə böyük baş 10 gün, qoyun 4 gün, toyuq 3 gün həbs edilir.

14- Başqasının qoyununu qəsb edən, oğurlayan qiymətini sonradan ödəsə, qurban kəsməsi caizdir, çünki qiyməti ödənildikdə, qəsb etdiyi zaman öz mülkü olur. Üstəlik, qəsb günahına tövbə etmək lazımdır.

15- Borcu olmayan yoxsul qurban kəssə, çox savab qazanar. Borcu varsa, əvvəl borcunu verməlidir, çünki borcu ödəmək fərzdir. Qurban nisabına malik olmayan yoxsul öz malı olan heyvanını qurban kəsməyə niyyət edərsə və ya qurban niyyəti olmadan heyvanı bayramda alıb, sonra qurban etməyi niyyət etsə, yaxud qurban niyyəti ilə bayramdan əvvəl alsa, bunları kəsməsi vacib deyil. Əgər kəssə, nafilə olar və ətindən də yeyə bilər, yoxsullara verdiyi ət isə sədəqə olar.

16- Yoxsul şəxsin qurbanı bayramdan əvvəl doğarsa, bir qövlə görə, bayramda balasını da anası ilə birlikdə kəsmək lazımdır. Zəngin şəxsin qurbanı bayramdan əvvəl doğsa, balasını kəsmək lazım olmur.

17- Böyük baş heyvana vacib, nafilə, adaq, əqiq və ölüyə kəsilən qurban üçün ortaq oluna bilər.

 

Sual: Heyvan saxlamaqla məşğul olan zəngin bir şəxs ticarət niyyəti ilə aldığı heyvanlarını bir neçə ay saxlayıb südündən və yunundan da istifadə etdikdən sonra heyvanlarından birini qurban bayramında vacib olan qurban niyyətilə kəsə bilərmi?

CAVAB

 Bəli, olar. Heç bir zərəri yoxdur. Bir heyvan anasından qurbanlıq olaraq doğulmur. Əlbəttə ki, südündən və yunundan istifadə edilir. Qurbanlıq olduğuna qərar verdikdən sonra südündən və yunundan istifadə etmək olmaz. Əvvəllər adi bir heyvan idi, qurbanlıq olarkən qurban kimi rəftar edilir.


Sual: Bu il qurbanlıqlar çox bahadır. Üstəlik qurbanlıq heyvan da tapa bilmirik. Əgər bilsək ki, yaxın bir şəhərdə qurbanlıq var, gedib onu almağımız lazımdırmı?

CAVAB

 Xeyr, vacib kurbanı olan şəxs, ala bilməsə və ya heyvan  tapa bilməsə, bayramdan sonra dəyərini qızıl olaraq yoxsul bir müsəlmana verməlidir.

Sual: Yeddi nəfər qurbanlıq bir inək alsalar, heyvan kəsildikdən sonra heyvanın xərçəng olduğu bilinib əti heç yeyilməsə, bu qurban səhihdirmi?

CAVAB

Səhihdir. Qurbanda əsas olan qanın axmasıdır. Qurban kəsiləndən sonra əti xəstə olsa da fərqi yoxdur.


Sual: Bəzi insanlar, “nə sən zərər gör, nə də mən” deyərək, qurbanı bizə əmanət verir, biz kəsdikdən sonra gətirib ölçür. Çəkisinə görə qiymətini istəyir. Belə alış-veriş caizdirmi?

CAVAB

Əmanət edilən heyvandan qurban olmaz. Kəsməmişdən əvvəl almaq lazımdır. Alınmamış heyvan bu formada kəsilməz.


Sual: Qurbanlıq olması üçün dananın 2 yaşı olmalıdırmı?

CAVAB

Bəli, iki yaşı olmalıdır. Bilən adam, dişinə baxıb anlayar.

Sual: Bir 1.5 yaşında  danamız var, lakin 3 yaşlı düyə kimi kökdür. Qurban kəsmək caizdirmi?

CAVAB

1.5 yaşında heyvan nə qədər böyük olsa da, qurbanlıq olmur. Amma quzu belə deyil, 6 aylıq bir quzu anası kimi böyük olsa, ondan qurbanlıq olar.

Tərəzi ilə çəkilib alınan qurban


Sual:
Diri heyvanın tərəziylə alınmayacağını bilmədən alınan heyvanın qurban kəsilməsi səhihdirmi?

CAVAB

Almaq batil olsa da, qurban olur. Yəni bu tərzdə almaq haram olsa da, qurban kəsmək caizdir. Diri vəziyyətdə çəkilib, “Bu heyvana bu qədər pul verəcəksən” deyilirsə,  bu zaman almaq da haram olmur.


Qurbanlıq heyvanı kəsdikdən sonra ətini çəkmək


Sual:
Qurbanlıq heyvan satılarkən alıcıya bir heyvan verilir. Alıcıya, “Bunu  kəsdikdən sonra çəkərik, neçə kq gələrsə, pulunu verərik” deyilir. Yaxud da satıcı bayram günü alıcının istədiyi qiymətə yaxın bir heyvanı kəsib çəkir və alıcıya satır. Həcc ziyarətində və bəzi xeyriyyə təşkilatlarında, tutaq ki, min nəfərin adına min qurban kəsilir. Amma hansı qurbanın kimin üçün kəsildiyi bəlli olmur.  Bu cür kəsilən qurbanlar səhihdirmi?

CAVAB

Hər üç formada kəsilən qurbanlar səhih olmur, sadəcə ət olur. Həcdə qəssabın bir heyvanı kimin üçün kəsdiyini bilməsi lazımdır. Heyvanları kəsib, “Gəl hansını istəyirsən, onu götür” deyərkən də qurban səhih olmaz. Bir heyvanı əmanət götürüb kəsdikdən sonra pulunu vermək də səhih olmur. Çünki əmanət heyvandan qurban kəsilmir. Bunlardan biri olarsa, qurban səhih olar:

1- Həcc ziyarətində qurban kəsəcək şəxslərə vəkalət verilir. Kəsən şəxs də hər bir heyvanı hansı hacı üçün kəsdiyini bilməsi şərtdir. Qurbanını bir xeyriyyə təşkilatına hədiyyə edən şəxs də, bu işlə məşğul olan adama “Allah rizası üçün bayram qurbanımı kəsməyə, istədiyinə kəsdirməyə, ətini və dərisini istədiyin şəxsə verməyə səni ümumi vəkil təyin etdim” deməlidir. Xidmətçi satın alınan qurbana bir nömrə bağlayar. Kəsilərkən, sahiblərinin adlarını söyləyərək qəssabları vəkil edər. Belə kəsilərsə, həcc ziyarətindəki və xeyriyyə təşkilatlarındakı qurbanlar səhih olar. Təsadüfi bir heyvanı kəsib “Vəkalət verənlərdən birinin olsun” deyilərsə, səhih olmur.
2- Ət kəsildikdən sonra çəkilib satılacaqsa, qurbanların səhih olması üçün qurban kəsən adam, heyvanları satana yuxarıda bildirildiyi kimi vəkalət verməlidir. Vəkil də o adamın adına bir heyvan kəsərsə, səhih olar. Ətini çəkib “Qurban üçün bu qədər pul verəcəksən” deyə bilər və ya heç pul almasa belə yenə səhihdir. Əsas olan qurban kəsənə vəkalət verilməsi, kəsən adamın da bu şəxsin adına kəsməsidir.

3-Satıcı “Bunu götür qurban olaraq kəs, sonra ətini çəkib pulunu alarıq” desə, qurban səhih olmur. Çünki belə verilən heyvan əmanət olur. Bu heyvanı alıcıya müəyyən bir qiymətə satar və ya hədiyyə edərsə, o zaman qurban edilər.

 

Sual: Qurbanlıq heyvanın qüsurlu olduğu aşkar edilərsə, necə davranmaq lazımdır?

CAVAB: Qurbanlıq heyvanı alarkən qüsurlu olsa və ya kəsməyə uyğun olub sonradan kəsməyə mane olan bir qüsur ortaya çıxarsa, zəngin şəxs başqa heyvanı alıb kəsə bilər. Adaq olan qurban qüsurlu olarsa, zəngin də yoxsul da onu kəsə bilər. Adaq ölərsə, başqa heyvan almağa ehtiyac olmaz.

 

Qurbanlıq heyvan alarkən
Sual: Qurbanlıq heyvanları alarkən qurban etməyə deyə niyyət etmək lazımdır, yoxsa kəsim yerində heyvan kəsilən zaman niyyət etmək lazımdır?

CAVAB

Bir şəxs qurbanlıq heyvanı alarkən, “Bayram günü kəsilməsi vacib olan qurbanımı almağa” deyib niyyət etməlidir. Heyvan kəsərkən yenidən niyyət etmək şərt deyil. Bir insanın qurban kəsmək üçün aldığı heyvanı qurban kəsməsi də şərt deyildir. Lakin sonradan aldığı və kəsəcəyi heyvanın qiyməti ilk aldığı heyvandan az olmamalıdır. Qurbanlıq heyvanı alarkən heç niyyət edilməsə də olar. Amma aldığı bu heyvanı kəsərkən, yaxud kəsəni vəkil təyin edərkən niyyət etməlidir.

 

Sual: Qurban və ya adaq qurbanı əvvəlcədən alına bilərmi? Kəsərkən adaq və ya qurban olduğunu dəqiqləşdirmək lazımdırmı?

CAVAB: Qurbanı bayramdan əvvəl almaq caizdir. Alarkən, “Bayram üçün və ya etdiyim adaq üçün qurban almağa” niyyət etmək lazımdır. Bu iki niyyətdən, yəni vacib və ya adaq qurbanından hansına niyyət edilərsə, həmin qurban kəsilmiş olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину