Sual: Avropada guya heyvan əziyyət çəkməsin deyə, heyvana şok verib uydurduqdan sonra kəsirlər. Bu cür kəsilən heyvanın ətini yemək dinən hökmü nədir?
CAVAB
Bu cür kəsmək heyvana əziyyət versə də, ölməmişdən əvvəl kəsildiyi üçün ətini yemək caizdir. Əgər şok verərkən heyvan ölərsə, leş olur, əti yeyilməz.
Bir cihazı istehsal edərkən, ondan necə istifadə etmək, ona necə qulluq etmək barədə, bunları hazırlayan şəxs tərəfindən izah edilir. Allahu təala da bütün məxluqları yaratmış və onlara necə davranacaqlarını da bildirmişdir. Canlı və cansız hər şeyi insanların istifadəsi üçün yaratmışdır. Allahu təala heyvanların kəsilməsini və necə kəsiləcəyini də bildirmişdir. Əgər dinimizin bildirdiyi kimi heyvan kəsmək işgəncə olsaydı, əlbəttə, Allah bunu əmr etməzdi. Çünki Allahu təala heç bir məxluqa zülm etməz. (Nahl 33)
İnsan kiməsə yaxşılıq etməkdən yorulsa, yorulduğundan şikayətlənməz, əksinə, xidmət etdim, yaxşılıq etdim deyə zövq alar. Pulunu itirən adam kədərlənər. Amma bunu öz istəyi ilə bir xeyriyyə təşkilatına, yoxsula verən şəxs isə buna sevinər.
Bunlar kimi qurban da bir müsəlmana faydam oldu deyə sevinir. Bu əziyyət ona zövq verər. Ölüm ağrısı dünyanın bütün ağrılarından daha ağrılıdır. Bir şəxs yuxu dərmanı və ya narkozla keyidildikdən sonra da ölsə, çox şiddətli ölüm ağrısını hiss edəcək. Lakin bəzi möminlər güllə yağışına tutulsalar belə bu ağrını hiss etməzlər. Hədisi-şərifdə buyuruldu ki:
“Şəhid ölüm ağrısını hiss etmir.” [Beyhəqı]
Onlara ağrı hiss etdirməyən Allahu təala günahsız heyvanların əziyyət çəkməsini əmr edərmi? Heyvanları kəsin, buyurarmı? Allahın yaratdıqlarına Allahdan daha mərhəmətli heç kim ola bilməz.
В корзине: 0 шт.
на сумму: 0