Facebook Twitter WhatsApp

Qurban kəsməkdə ehtiyatlı olmaq

Sual: Bayram olduğuna qərar verilsə, bayram namazı qılındıqdan və qurban kəsildikdən sonra Ərəfə günü olduğu məlum olsa, namaz və qurban necə olar?

CAVAB

Şahidlərlə dinə uyğun bayram olduğuna qərar verilsə, bayram namazı qılındıqdan və qurban kəsildikdən sonra Ərəfə olduğu məlum olsa, namaz və qurban qəbul olar.
Ramazan və Qurban bayramının şahidlərlə dinə uyğun məlum olmadığı, hilala əhəmiyyət verilməyən yerlərdə müxtəlif hesablama üsulları var. Bu üsullar ilə Zilhiccə ayının ilk günü və buradan da onuncu günü, yəni Quran bayramının ilk günü hesablanır. Bayramın ilk günü hesablama ilə tapılan gündür, yaxud bir gün sonradır. Bir gün əvvəl ola bilməz. Çünki səmada ay doğmamış görünmür.
Ehtiyatlı olmaq üçün belə yerlərdə qurbanları, hesablama ilə tapılan bayramın ikinci günü kəsməlidir. Savabı ölülərə göndəriləcək olanları isə, hesabla tapılan ilk gün kəsməlidir. Çünki ölülər üçün, Ərəfə günü və ya ilin hər günü kəsmək olar.
Bayram və qurban

Sual: Ramazan bayramı kimi, Qurban bayramının da hilalı dünyanın bir yerində görünəndə hər yerdə görünmüş sayılırmı? Bir də hilal görünməzdən bir gün əvvəl bayram edilsə, kəsilən qurbanlar səhih olmazmı?

CAVAB

İslam Əxlaqı kitabında bildirilir ki:

İbn Abidin həzrətləri buyurur ki: İmamı Sübqi həzrətləri, “Şaban ayının 30-cu gecəsi hilalı gördüyünü deyən olsa, hesablayarkən hilalın bir gecə sonra çıxacağı müəyyən edilsə, burada hesaba inanılar. Çünki hesabla təyin edilən şey dəqiqdir. Hilal doğmamış bir gecə əvvəl görmək mümkün deyil” buyurdu. Şəms-ül-eimmə Halvani həzrətləri də buyurdu ki: “Ramazan ayının başlanğıcı hilalın görünməsi ilə olur. Hilalın doğması ilə başlamır. Hesablama hilalın doğduğu gecəni bildirdiyi üçün Ramazan ayının başlaması hesabla başa düşülməz. İki ədalətli müsəlman “hilalı gördük” dedikdə və ya Qazinin hökm verməsi ilə bir yerdə Ramazan ayı başlayanda, dünyanın hər yerində oruc tutmağa başlamaq lazımdır. Həcc, qurban və namaz vaxtları belə deyildir. Onların vaxtının bir yerdə məlum olması ilə, başqa yerlərdə də belə olmaları lazım deyil. [Rədd-ül-muxtar]
Hesablamalar düzgün edilərsə, hilalın doğulmasını müəyyən etmək çətin deyildir, çünki Allahu təalanın nizamında zərrə qədər də olsa, səhv yoxdur. Hilal hesabın bildirdiyi vaxtda doğular, saniyə belə səhv olmaz. Hesabdan bir gün əvvəl bayram etmək elmə ziddir, yanlışdır, çünki hesabdan əvvəl hilalın görünməsi mümkünsüzdür. Günəşin doğuşu da eynilə ayın çıxması kimidir. Günəş doğmadan əvvəl, günəşi gördüm demək, əlbəttə ki, yanlışdır. Günəş ancaq təqvimlərdə bildirilən saatda çıxar. Əvvəldən günəşin doğması mümkün deyil, amma hava buludlu olduğu üçün günəş çıxsa da, görünməyə bilər. 

Ayların başlamasını göstərən hilal da belədir. Hilal hesablamaqla tapılan gün və saatda doğar, ancaq o gün, o saat görünməyə bilər. Dinimiz hilalın doğmasını deyil, görünməsini əsas götürür. Hilal görünmədikcə hesablamaqla və ya ayları müəyyən etmək üsullarıyla tapılan gündə bayram edilmir. Ramazan ayının hilalı dünyanın hər hansı bir yerində görünəndə, orucluğun başlaması və Ramazan bayramı hər yerdə eyni gün olur. Bir hədisi-şərif məalı:

“Hər kəs oruca başlayarkən siz də başlayın, hər kəs bayram edərkən siz də bayram edin.” [Tirmizi, Əbu Davud]
Qurban bayramı belə deyil. Amerikada Zilhiccə ayının hilalı görünüb Türkiyədə görünməsə, Türkiyədə görünmüş kimi qəbul etmək olmaz. Qurban bayramının birinci günü də Zilhiccə ayının hilalını görməklə məlum olur. Zilhiccə ayının 9-cu Ərəfə günü hesablamaqla, təqvimlə məlum olan gün və ya bundan bir gün sonra olur. (S.Əbədiyyə)
Qurban bayramının hesablama ilə təyin edildiyi yerlərdə şəri olan bayramı bilmədikləri üçün müsəlmanların bayram zənn etdikləri Ərəfə günü kəsdikləri qurbanlar səhih olur. Ehtiyatlı hərəkət etmək üçün hər zaman qurbanları hesabla tapılan bayramın ikinci günü kəsmək lazımdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину