Facebook Twitter WhatsApp

Peyğəmbər əfəndimiz üçün qurban kəsmək

Sual: Rəsulullah əfəndimiz üçün qurban kəsərkən necə niyyət edilməli, nələrə diqqət edilməlidir?

CAVAB

“Niyyət etdim Allah rizası üçün qurban kəsməyə, savabı Peyğəmbər əfəndimizin mübarək ruhuna olmaq üzrə” deyilir. (Bədayi)

Başqa ölülərimiz üçün də belə niyyət edilə bilər. Məsələn, dünyasını dəyişmiş atamız üçün heyvan kəsərkən “Niyyət etdim Allah rizası üçün qurban kəsməyə, savabı atamın ruhuna olmaq üzrə” demək olar.
Rəsulullah əfəndimiz üçün qurban kəsmək müstəhəbdir və çox savabdır. Peyğəmbər əfəndimiz iki qurban kəsərdi. Biri özü üçün, biri də ümməti üçün. Kəsdiyi iki qurban üçün “Biri özüm və övladlarım üçün, biri də qurban kəsə bilməyən ümmətim üçün” buyurardı. Rəsulullah əfəndimiz vəda həccinə gedərkən yüz qurbanlıq dəvə apardı. Onlardan 63-nü kəsdi. Sonra bıçağı Həzrəti Əliyə verdi. Qalanlarını o kəsdi. Beləliklə, 63 il yaşayacağına işarət etdi. (Cəvhərə, Ruh-ul-bəyan)
Hər ibadətin savabı Rəsulullah əfəndimizin mübarək ruhuna da göndərilə bilər. İbni Ömər həzrətləri Peyğəmbər əfəndimiz üçün ümrə etmişdir. İbn-is Sərrac Rəsulullah əfəndimiz üçün on min xətim oxumuş, mübarək ruhuna qurban kəsmişdir.
Beləlikdə də hər bir mömin ibadətlərinin savabını başda Rəsulullah əfəndimiz olmaqla, ata-anasına və bütün Müsəlmanlara hədiyyə etməlidir! Savabı onların hamısına gedər. Öz savabından da heç bir şey əksilməz. Bu Allahu təalanın bizlərə bir lütfüdür.

Sual: “Peyğəmbərimizə nafilə qurban kəsəcəyik” deyə, yaxşı niyyətlə hamıdan 5-10 manat yığanlar olur. 50 və ya 100 nəfərin bir qoyunu qurban kəsməsi caizdirmi?

CAVAB

Xeyir, caiz deyil.
Peyğəmbərimizə qurban kəsmək ifadəsi də düzgün deyil. Övliyaya, peyğəmbərə və ya başqalarına qurban kəsilmir. Qurban kəsib savabı onlara bağışlanır.
Savabı Peyğəmbərimizə və ya başqa nafilə niyyətlə olsa da, bir qoyunu ancaq bir nəfər kəsə bilər. Böyük baş heyvanı isə ən çox yeddi nəfər kəsə bilər. Nafilə qurban olsa da, bir qoyunu iki və daha çox adam, böyük başı isə səkkiz və ya daha çox adam kəsə bilməz.
Qurban, qoyun, keçi, qaramal, dəvədən birini qurban bayramının ilk üç günündə qurban niyyəti ilə kəsmək deməkdir. Bir qaramal və ya dəvəni yeddi nəfər şərik olaraq kəsə bilər. Heç kimin payı yeddidə birdən az olmamalıdır. Səkkiz nəfərin yeddi sığır, iki nəfərin də iki qoyun alıb birlikdə kəsməsi caiz deyil, çünki hər bir heyvanda hər birinin payı vardır.
Bundan əlavə, faiz olmaması üçün əti çəkərək bərabər ölçüdə bölüşdürmək lazımdır. (S. Əbədiyyə)
Müsəlman dinin əmrinə tabe olmalı, dində bidətlər çıxarmamalıdır. Mənim niyyətim yaxşıdır demək insanı qurtarmaz. Hədisi-şərifdə “Cəhənnəm yaxşı niyyətlilərlə doludur” buyurulur. Yəni yaxşı niyyətlə dinin əleyhinə iş görən şəxs cəhənnəmə gedər, deməkdir. Məsələn, qeyri-müsəlman qadınları müsəlman etmək kimi yaxşı niyyətlə onlarla zina edən və ya düşmənə qarşı qüvvətlənmək kimi yaxşı niyyətlə şərab içən şəxs haram işləmiş olur, yaxşı niyyəti isə onu əsla qurtara bilməz. “Əməllər niyyətə görə yaxşı və ya pis olur” hədisi-şərifi mübahlar üçündür, haramlar üçün deyil. Bir çox insan bu hədisi-şərifi yanlış anlayaraq “Niyyət əsasdır, mənim niyyətim yaxşıdır” deyərək etdikləri bidət və haramları adi hal kimi göstərməyə çalışırlar. Yaxşı niyyətlə haram halala dönməz. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину