Facebook Twitter WhatsApp

Qurban kəsdikdən sonra namaz qılmaq

Sual: Qurban kəsildikdən sonra namaz qılmaq lazımdırmı?

Qılmaq lazım deyil. Ancaq qurban kəsildikdən sonra dünyəvi söhbət etmədən iki rükət nafilə namaz qılmaq daha yaxşı olar. Namazdan sonra qurban kəsilərkən oxunan duanı oxumaq və “Ya Rəbbim, İbrahim əleyhissəlamın qurbanını qəbul etdiyin kimi, mənim də qurbanımı qəbul eylə”, demək lazımdır.
Qurban kəsərkən oxunacaq dua belədir:

“Bismillahi vallahü əkbər, lə ilahə illəllahu vallahu əkbər, Allahümmə haza minkə, innə saləti və nüsüki və mahyayə və məmati lillahi Rəbbilaləmin, lə şərikə ləhü, bizalikə ümirtü və ənə əvvəlül müslimin”
Sonra da öz arzularını istəyər. Bu halda Peyğəmbər əfəndimiz arzulanan şeyə qovuşulacağını bildirmişdir.
Sual: Xeyriyyə təşkilatlarına verilən qurban vəkalətlərində namazı nə vaxt qılmaq düzgündür?

CAVAB

Namaz qılmaq lazım deyil. Qılınarsa, yaxşı olar. Qurban kəsildikdən sonra namaz qılınar. Bu səbəbdən  qurbanın nə vaxt kəsildiyi məlum deyilsə, bayramın üçüncü günü qılmaq olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину