Facebook Twitter WhatsApp

Qurban bəhsi

Qurbanın üç şərti var:
1-Müsəlman, ağıllı və həddi-buluğa çatmış olmaq.
2-Mukim olmaq.
3-Qurban nisabına çatacaq qədər zəngin olmaq.
   Əsasən qoyun, keçi, dəvə və sığır, yəni iri buynuzlu mal kəsilir. Bir dəvə və ya bir sığır yeddi qurbana bərabər olduğundan, bir sığırı yeddi nəfərin qurban etməsi caizdir. Bir başqası da daxil olmaq istəsə, səkkizinin də qurbanı fasid olur. Qurban nisabı fitrə nisabıyla eynidir.
   [İbni Abidin (rahimə-hullahü təala) buyurur ki, qurban kəsənlərdən hər hansı birinin hissəsi yeddidən az olarsa, heç birinin qurbanı caiz olmaz. Buna görə yeddidən az adamın ortaq olması caizdir. Satın alarkən ortaq olmaq səhihdir. Satın alındıqdan sonra ortaq olmaq səhih olsa da, alınmadan öncə ortaq olmaq daha yaxşıdır. Bir şəxs digərinin sığırına yeddidə birdən yeddidə altısına qədər ortaq ola bilər. Əti də bu nisbətdə bölərlər. Ortaqlardan biri ölərsə, varisləri: “onun üçün və özünüzçün kəsin” desələr, səhih olar. Çünki meyit üçün qurban kəsmək qürbətdir. Belə deməzlərsə, şəriklərdən ölününkü qürbət olmaz və heç biri səhih olmaz. Qürbət, itaəti Allah üçün etməkdir. Hər ibadət qürbətdir və itaətdir. Şəriklərdən biri kafirdirsə və ya əti üçün ortaq olmuşdursa, heç birinin qurbanı caiz olmaz. Çünki şəriklərdən hər birinin qürbət olaraq niyyət etməsi şərtdir. Kafirin niyyəti batildir. Yemək üçün niyyət etmək isə qürbət deyil. Şəriklərdən biri bu ilin qurbanına, digərləri keçən ilin qurbanına niyyət etsələr, digərlərinin niyyətləri batil olub, ətləri sədəqə olur. Ətləri kasıblara sədəqə vermək lazımdır. Birinin niyyəti səhih olsa da, o da ətindən yeyə bilməz. Çünki sədəqə verilməsi hökmü ətin hamısına sirayət etmişdir. Niyyət edilən qürbətin vacib qürbət olması şərt deyil. Sünnət və nafilə qürbət də ola bilər. Nikah yeməyi şükr etmək olub, sünnət olan qürbətdir. Şəriklərin hamısının bayram qurbanı niyyətində olmaları yaxşı olar. Əqiq, yəni övlad nemətinə görə Allahü təalaya şükr niyyəti ilə heyvan kəsmək hənəfi məzhəbində sünnət deyil, müstəhəb və ya mübahdır. Müstəhəblər qürbətdirlər. Mübah da şükr niyyəti ilə edildikdə qürbət olur. Çox adətlər vardır ki, niyyət edildikdə ibadət olur. Mübahlar da niyyət edildikdə ibadət olur. Əqiqə kəsmək haqqında ərəbcə “Ukud-üd-dürriyyə” “Dürr-ül-muxtar” kitablarında geniş bilgi vardır.]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину