Sual: Bəzi Müshaflarda ayələrin oxunuşu səhifə kənarına latın hərflərilə yazılır. Belə yazmaq və oxumaq, namaz surələrini buradan öyrənmək doğrudurmu?
CAVAB
İbni Həcəri-Məkki həzrətləri buyurur ki: Qurani-kərimi Ərəbcədən başqa hərflə yazmaq, Quran yerinə bunu oxumaq, söz birliyi ilə haramdır. “Belə yazılsa öyrənmək asanlaşır” demək yanlışdır. Asan olsa da caiz deyildir. (Fətavai-fiqhiyyə)
Doğru oxunmadıqda Qurani-kərimin mənası dəyişərək, səhv mənalar çıxa bilər. Məsələn, Xallaq kəlməsi, Xa ilə oxunduğunda yaradıcı, Ha ilə oxunduğunda, bərbər mənasına gəlir.
Ərəbcədəki hərflərin qarşılığı latın hərflərində yoxdur. Ərəb dilində 3 dənə S, 3 dənə Z hərfi vardır. Biri qalın Zı, ikincisi incə oxunan Zə, üçüncüsü Zal-dır. Bunların üçü də ayrı-ayrı səslənir. Rüku təsbihində Zı ilə azım deyilir ki, “Rəbbim böyükdür” deməkdir. Əgər incə Zə ilə azim deyilərsə, haşa, “Rəbbim mənim düşmənimdir” mənasında olar.
Buna görə də hər Müsəlman namaz qılacaq qədər surələri, duaları düzgün oxumağı bilən birindən öyrənməlidir. Latın hərflərilə yazılmış şəkildə öyrənmiş olsa belə, mütləq bilən birinə yoxladıb, səhvlər düzəldilməlidir. Bunları latın hərflərilə düzgün əzbərləmək mümkün deyildir. Qurani-kərim də əslindən oxunmalıdır. Əslindən oxunmazsa, savab qazanmaq yerinə, günaha girilə bilər. Oxumağı öyrənmək heç çətin deyildir. Saytımızdakı Səsli əlifba da öyrənməyə köməkçi olar.
Sual: Qurani-kərimi bu günkü istifadə etdiyimiz latın hərfləri ilə yazıb-oxumaq doğru olarmı?
CAVAB: Qurani-kərimin latın hərfləri ilə yazılması mümkün deyildir. Çünki latın hərflərində Qurani-kərim hərflərinin hamısının qarşılığı yoxdur. Buna görə də məna pozulur. Oxunan Quran deyil, mənasız bir səs yığını olacağı, 1986-cı il nəşri olan Əl-müəllim jurnalında da geniş yazılmışdır. Məsələn, əhad yerinə əhat deyilsə, namaz fasid olmaqda, pozulmaqdadır.
В корзине: 0 шт.
на сумму: 0