Facebook Twitter WhatsApp

Mübəlliğ imamın köməkçisidir

Sual: Namazda imamdan başqasına uymaq caiz olmadığı üçün, mikrofona uyaraq namaz qılmaq da caiz olmaz, deyilir. Mübəlliğ də imamdan başqası olduğu halda, Mübəlliğin səsilə hərəkət etmək necə caiz olur?

CAVAB

Camaat sıx olduğu və imamın səsi hər tərəfdən eşidilmədiyi zamanlarda, imamın aldığı namaz təkbirlərini arxa saflardakı camaata eşidirən və eyni namazı qılan şəxsə Mübəlliğ deyilir. Kənardan başqa bir şəxs təkbir gətirsə, onun sözüylə hərəkət etmək caiz olmaz. Mübəlliğ, kənardakı hər hansı bir insan deyil, eyni camaatdan olan imamın köməkçisidir. Dinimiz onun kömək etməsinə izn vermişdir. Onun sözünə uymaq, imama uymaq deməkdir. Kənarda olan kimsəyə cavab vermək və ya onun sözüylə hərəkət etmək namazı pozar.

Səsucaldıcıdan çıxan səs,  nə nəqli-səda, nə də əks-səda deyildir. İmamın səsi səsucaldıcıya ötürüldükdə, elektrik və maqnitın hasil etdiyi bir səsə çevrilir. Yəni səsucaldıcıdan çıxan səs imamın səsi deyil, elektrikin təsirilə hasil olan maqnit qüvvələrinin titrətdiyi, dəmir lövhənin əmələ gətirdiyi səsdir. TV ekranındakı rəsm, imamın birbaşa özü deyil, təsviridir. TV-dəki səs də imamın birbaşa öz səsi deyil, bənzəridir. Səsucaldıcıdan çıxan səs də belədir. Bununla bağlı namazı pozan hallara bir neçə nümunə göstərək:

1- İmamdan başqasının duasına amin demək namazı pozar. Məsələn biz tək başına axşam namazını qılarkən, yan tərəfdə camaatla namaz qılınsa, o camaatın imamı Fatihəni bitirdikdə, bizim ona amin deməyimiz namazı pozar, çünki o bizim imamımız deyildir. Yaxud biri bizə “Allah sənin günahlarını bağışlasın” desə, biz də amin desək namazımız pozular.

2- İmamdan başqasının səhvini düzəltmək namazı pozar. Məsələn, başqa biri və ya başqa bir imam Quranı səhv oxusa, namaz qılan da doğrusunu söyləsə namazı pozular, çünki öz imamından başqasına cavab verilmiş olur. Öz imamı səhv oxusa, yaxud ayənin davamını gətirə bilməsə, düzəltmək pozmaz, çünki xətanı düzəldən o camaatdan biridir.

3- İmamın dəstəmazı pozulsa, yerinə camaatdan birini vəkil qoya bilər, amma camaatdan olmayan birini vəkil qoya bilməz. Kənardan biri gəlsə, “Sənin dəstəmazın pozulubsa, mən davam edim” desə, o camaata imam ola bilməz.

4- Namaz qılarkən yanına gələn biri, bir az çəkil, mən də yanına sığışım desə, o da onun sözüylə yer açsa, namazı pozular; çünki namazda başqasının əmriylə hərəkət etmişdir.

Mübəlliğ, mikrofona bənzədilə bilməz. Mübəlliğ, dinin əmriylə imamın səsini çatdıran, imamın köməkçisidir. Mikrofon isə imamın səsini başqa səsə çevirməkdədir. İkisi heç bir baxımdan bir-birinə bənzəmir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину