Facebook Twitter WhatsApp

Qurani-kərim öyrənmək və oxumaq

Sual: Quranı-Kərimi öyrənərkən və oxuyarkən diqqət ediləcək xüsuslar nələrdir?
CAVAB: Quranı-Kərimi öyrənmək, öyrətmək və oxumaq çox savabdır. Quranı-Kərimi təcvidə uyğun öyrənib, hər gün az da olsa oxumağa çalışmaq lazımdır! Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri bunlardır:
“Quran öyrənən və öyrədən ən xeyirlinizdir.” [Buxari]
“Quran oxuyan kimsə ağlını itirməz.” [Tirmizi]
Quran oxunan yerə rəhmət və bərəkət yağar.” [Buxari]
“Quran oxunan evin xeyri artar, sakinlərini sıxmaz, mələklər toplanar, şeytanlar oradan uzaqlaşar. Quran oxunmayan ev içindəkilərə dar gələr, sıxıntı verər, bərəkətsiz olar. Mələklər uzaqlaşar, şeytanlar oraya dolar.” [Darimi]
“Hər gecə on ayət oxuyan qafillərdən sayılmaz.” [Hakim]
“Quran oxuyun! Qiyamətdə sizə şəfaət edər.” [Müslim]
“Kim bir ayət öyrənərsə qiyamətdə onun üçün nur olar.” [Darimi]
“Bir ayət öyrənmək yüz rükət [nafilə] namaz qılmaqdan daha yaxşıdır.” [İbni Macə]
Quranı-Kərimi oxumaq sünnət, dinləmək isə fərzdir. Yəni dinləmək daha çox savabdır. Mushafa [Quranı-Kərimə] baxaraq dinləmək daha savabdır. Hədisi-şəriflərdə buyruldu ki:
“Quran oxunan yerə rəhmət yağar, mələklər hazır olar.” [Buxari]
“Qurandan bir ayət dinləyən saysız, çox savaba qovuşar.” [İ.Əhməd]
“Quranı öyrənib gecə-gündüz oxuyana imrənmək [qibtə etmək] lazımdır.” [Müslim]
“Quran oxuyanla dinləyən savabda ortaqdır.” [Deyləmi]
“İnsanların ən çox ibadət edəni ən çox Quran oxuyandır.” [Deyləmi]
“Quranı-Kərim oxuyub əzbərləyən, halalını halal, haramını haram bilən, Cənnətə girər. Bundan başqa [müsəlman] əqrəbasından hamısı da Cəhənnəmlik olan on nəfərə şəfaət edib, onları Cəhənnəmdən qurtarar.” [Tirmizi]
Quranı-Kərimin fəziləti.
Sual: Quranı-Kərim oxumağın fəziləti nələrdir?

CAVAB: Quranı-Kərimi öyrənmək, öyrətmək və oxumaq çox savabdır. Quranı-Kərimi təcvidə uyğun öyrənib, hər gün az da olsa oxumağa çalışmaq lazımdır! Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri belədir:
“Evlərinizdə Quran oxumağı artırın! Quran oxunmayan evin xeyri azalır, şərri çoxalır, o ev xalqına darlıq gəlir.” [Darə kutni]
“Quran oxunan evin bərəkəti artar. Quran oxunmayan ev bərəkətsiz olur.” [Darimi]
“Quran oxuyun! Çünki qiyamətdə şəfaət edər.” [Müslim]
“Ən üstün ibadət Quran oxumaqdır.” [İbni Kani]
“Quran əhli Cənnət əhlinin rəisləridir.” [Hakim]
“Quran oxuyanlar Cənnət əhlinin arifləridir.” [Darimi]
“Quran oxunan ev göy əhlinə yerdən ulduz göründüyü kimi görünür.” [Beyhəki]
“Quran əhli Əhlullahdır.”
[Hatib] (Əhlullah Allah dostu, övliya deməkdir.)

Quran oxumağı unutmaq
Sual: Quran oxumağı öyrəndikdən sonra oxumağı və əzbərlənmiş surələri unutmaq günahdırmı?
CAVAB: Bəli, ikisi də günahdır. (İ.Əxlaqı)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину