Doqquz böyük günah
Bu doqquz şey böyük günahdır
1- Şirk qoşmaq,
2- Qatillik,
3- Oğurluq,
4- Ana-ataya üsyan,
5- Yetim malı yemək,
6- Zina,
7- Faiz,
8- İffətli qadına zina isnad etmək,
9- Döyüşdən qaçmaq. (Nəsai)
Əmr edilən doqquz şey
Rəbbim doqquz şey əmr etdi:
1- Gizli və açıq Allahdan qorxmağı,
2- Qəzəbli halda da ədalətli söz söyləməyi,
3- Yoxsulluqda və zənginlikdə də qənaət etməyi,
4- Əlaqəsini kəsənə silayi-rəhm etməyi,
5- Verməyib məhrum edənə də verməyi,
6- Zülm edəni əfv etməyi,
7- Susmağın təfəkkür olmasını,
8- Danışmağın zikir və baxışın ibrət olmasını,
9- Mərufu əmr etməyi. (R.)
Xətaların başı
Xətaların başı üçdür. Üçündən altı xəta daha əmələ gəldi. Hamısı birlikdə doqquz olur:
1- Təkəbbür,
2- Hərislik [tamah, acgözlük],
3- Həsəd,
4- Toxluq,
5- Yuxu,
6- Rahatlıq,
7- Mala məhəbbət,
8- Lovğalıq,
9- Başçı olmaq sevdası. (M.C. Yari-Güzin)
Qəbir sualı olmayanlar
Bu doqquz möminə qəbir sualı olmaz:
1- Şəhid,
2- Düşmən qarşısında növbədə ölən,
3- Vəba, xolera kimi yoluxucu xəstəlikdən ölən,
4- Yoluxucu xəstəliklər yayıldıqda, qaçmayıb, səbir edərək başqa səbəblə ölən,
5- Siddiqlər,
6- Büluğ olmayan uşaqlar,
7- Cümə günü və ya gecəsi ölənlər,
8- Hər gecə “Təbarakə” surəsini oxuyanlar,
9- Ölüm xəstəliyində “İxlas” surəsi oxuyanlar. (Camiüs-sagir şərhi)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0