Facebook Twitter WhatsApp

Səkkiz maddəli hədisi-şəriflər

Allahın qəzəb etdiyi insanlar
Allahü təala Qiyamətdə bu səkkiz insana çox qəzəblənər:

1- Yalançıya,
2- Təkəbbürlüyə,
3- Müsəlmanın üzünə gülüb, içindən kin bəsləyənə,
4- Allah və Rəsulunun əmrinə yavaş, şeytanın istəklərinə sürətlə qaçana,
5- Haqqı olmadığı halda ən cüzi bir dünyalığa and verməklə sahib çıxana,
6- Söz gəzdirənə,
7- Dostların arasını vurana,
8- Təqsirsizə şər atmaq istəyənə. (Əbuş-şeyx)

Doymayan səkkiz şey
Səkkiz
 şey səkkiz şeyə doymaz:

1- Göz baxmağa,
2- Yer yağışa,
3- Qadın ərinə,
4- Alim elmə,
5- Talib sual soruşmağa,
6- Həris mal yığmağa,
7- Dəniz suya,
8- Atəş oduna. (M. Ç. Yari-Güzin)

Aşağıdakı sözlər kəlamı-kibardır:

Səkkiz bəzək
Həzrəti Əbu Bəkri Siddiq
 buyurdu ki:

Səkkiz şey səkkiz şeyin zinəti, bəzəyidir:
1- İffət kasıbın bəzəyidir,
2- Şükür zənginliyin bəzəyidir,
3- Səbir bəlanın bəzəyidir,
4- Təvazö əsalətin bəzəyidir,
5- Hilm elmin bəzəyidir,
6- Çox ağlamaq Allah qorxusunun bəzəyidir,
7- Başa qaxmamaq ehsanın bəzəyidir,
8- Huşu namazın bəzəyidir. (M. Ç. Yari-Güzin)

Səkkiz bəxşiş
Həzrəti Ömər
 buyurdu ki:

Səkkiz şeyi edən səkkiz şeyə qovuşar:
1- Lazımsız danışmağı tərk edən hikmətə qovuşar,
2- Lazımsız baxmağı tərk edən huşuya qovuşar,
3- Lazımsız yeyib-içməyi tərk edən ibadətin ləzzətini hiss edər,
4- Gülməyi tərk edən heybət qazanar,
5- Zarafatı tərk edən gözəllik və şirinlik qazanar,
6- Dünya sevgisini tərk edən axirət sevgisini qazanar,
7- Başqalarının eyibi ilə məşğul olmağı tərk edən nəfsinin eyiblərini düzəldər,
8- Allahü təalanın zatını düşünməyi tərk edən nifaqdan qorunar. (M. Ç. Yari-Güzin)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину