Facebook Twitter WhatsApp

Yeddi maddəli hədisi-şəriflər

Himayə edilənlər
Qiyamətdə Allahü təala bu yeddi nəfəri himayə edər:

1- Adil rəhbəri,
2- Allaha ibadətlə yetişən gənci,
3- Namaz üçün könlü məscidə bağlı olanı,
4- Allah üçün bir-birini sevən, Allah üçün görüşüb, Allah üçün ayrılanları,
5-
 Gözəl, zəngin və vəzifəli bir qadın, günaha dəvət etdikdə, Allahdan qorxub onu rədd edəni,

6- Sədəqəni gizli verəni,
7- Tək olanda Allahı anıb ağlayanı. (Buxari)

Yeddi nəfərə lənət edər

Bütün Peyğəmbərlər bu yeddi nəfərə lənət edər:
1- Allahın kitabına əlavə etməyə çalışana,
2- Qədəri (taleyi) inkar edənə,
3- Haramı halal görənə,
4- Evlənməsi haram olanla evlənməyi halal görənə,
5- Sünnətimi [dinimi] tərk edənə,
6- Qənimət mallarını paylamayana,
7- Allahın zəlil qıldığını yüksəltmək, əziz qıldığını da alçaltmaq üçün güc tətbiq edən zalıma. (Tabərani)

Əmr edilənlər
Sizə bu yeddi şeyi əmr edirəm:

1- Cənazədə iştirakı,
2- Xəstəni ziyarəti,
3- Dəvəti qəbulu,
4- Zülmə uğrayana yardımı,
5- Andı yerinə yetirməyi,
6- Salamlaşmağı,
7- Asqırıb, Əlhamdülillah deyənə, Yərhamükəllah deməyi. (Buxari)

İstifadəsi caiz olmayanlar
Bu yeddi şeyi istifadə etmək caiz deyildir:

1- Gümüş qab,
2- Qızıl üzük,
3- İpək,
4- Atlas,
5- Kəlağayı ipəyindən geyim,
6- Qalın atlas,
7- Yəhərin üzərinə qoyulan ipək döşəmə. (Buxari)
[Qadın üçün qızıl üzük və ipək geyim caizdir]


Cəhənnəmə gədənlər
Tövbə etməsələr, bu yeddi nəfər Cəhənnəmə girər:

1- Onanizm,
2- Homoseksuallıq edən,
3-
 Homoseksuallıq etdirən,

4- Alkoqollu içki içən,
5- Ana-atasını döyən,
6- Qonşusuna əziyyət verən,
7- Qonşusu ilə zina edən. (Beyhəqı)

Yeddi yerdə
Bu yeddi yerdə namaz qılınmamalıdır:

1- Beytullahın üstündə,
2- Qəbirstanda,
3- Zibillikdə.
4- Qəssabxanada,
5- Hamamda,
6- Dəvə yatan yerdə,
7- Küçənin ortasında. (İbni Macə)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину