Altı şey gözəldir
Altı şey gözəldir, amma bu altı sinif insanda olarsa, daha da gözəldir:
1- Ədalət gözəldir, rəhbərlərdə olarsa, daha gözəldir.
2- Səxavət gözəldir, zəngində olarsa, daha gözəldir.
3- Vəra gözəldir, alimdə olarsa, daha gözəldir.
4- Səbir gözəldir, kasıbda olarsa, daha gözəldir.
5- Tövbə gözəldir, gənc insanda olarsa, daha gözəldir.
6- Həya gözəldir, qadında olarsa, daha gözəldir. (Deyləmi)
Altı xislət
Bu altı xislət xeyirdəndir:
1- Allahın düşmənlərilə cihad etmək,
2- Yay günü oruc tutmaq,
3- Müsibətə səbri-cəmil göstərmək,
4- Haqlı olduğu halda mübahisəni kəsmək,
5- Buludlu gündə namazı erkən qılmaq,
6- Qış günləri gözəl dəstəmaz almaq. (Beyhəqı)
Əməlləri yox edənlər
Bu altı şey əməlləri məhv edir:
1- Xalqın eyibi ilə məşğul olmaq,
2- Qəlbin qatılığı,
3- Dünya sevgisi,
4- Həya azlığı,
5- Uzun əməl,
6- Zülmə davam etmək. (Deyləmi)
Cəhənnəmə girənlər
Bu altı nəfər, [əfvə və ya şəfaətə nail olmasa] sorğu-sualsız Cəhənnəmə girər:
1- Zülmü üzündən başçı,
2- İrqçilik üzündən ərəb,
3- Təkəbbürü üzündən kəndxuda,
4- Yalanı üzündən tacir,
5- Həsədi üzündən alim,
6- Xəsisliyi üzündən zəngin. (Əbu Yala)
Allah zamindir
Bu altı yerin birində bulunan möminə Allahü təala zamindir.
1- Məsciddə,
2- Camaatda,
3- Xəstə ziyarətində,
4- Cənazədə,
5- Öz evində,
6- Adil hökmdarın yanında. (Tabərani)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0