Facebook Twitter WhatsApp

Beş maddəli hədisi-şəriflər

İslamın beş şərti
Müsəlmanlıq beş şey üzərində qurulmuşdur:

1- Allahü təalaya və Muhamməd əleyhissalamın Onun Peyğəmbəri olduğuna inanmaq,
2- Hər gün beş vaxt namaz qılmaq,
3- Zəkat vermək,
4- Ramazan ayında bir ay oruc tutmaq,
5- Məkkəyə gedərək, ömründə bir dəfə həcc etmək. (Buxari)

Müsəlmanın beş haqqı
Bir Müsəlmanın Müsəlman üzərində beş haqqı vardır:

1- Qarşılaşdıqda salam vermək,
2- Dəvət etdikdə dəvətinə getmək,
3- Nəsihət istədikdə kömək etmək,
4- Asqırıb Əlhamdülillah desə, Yərhamükəllah demək,
5- Xəstələndikdə ziyarətinə, öldükdə cənazəsinə getmək. (Buxari)

Həlak edən beş şey
Ümmətim bu beş şeyi halal saydığı zaman həlak olacaq:

1- Bir-birini lənətləməyi,
2- İpək geyinməyi,
3- Çalğı çalmağı,
4- Alkoqollu içki içməyi,
5- Kişinin kişi ilə, qadının qadınla münasibətdə olmasını. (Hakim, Bəyhəki)

Cümə günü
Cümə günündə beş xislət vardır:

1- Allah, o gündə Adəmi yaratdı.
2- O, Cənnətdən yer üzünə o gün endirildi.
3- Cümə günü vəfat etdi.
4- Qiyamət Cümə günü qopacaq.
5- Cümə günü duaların qəbul olduğu bir saat vardır. (Buxari)

Rəsulullahın üstünlüyü
Digər Peyğəmbərlərdən beş şeylə üstün qılındım:

1- Bütün insanlara peyğəmbər oldum.
2- Şəfaətimi ümmətimə axirətdə kömək üçün saxladım.
3- Bir aylıq məsafədən, düşmənlərimə qorxu saldım.
4- Yer üzü mənə məscid və təmizləyici qılındı.
5- Qənimətlər mənə halal qılındı. (Buxari)

Cənnətdən uzaqlaşdırılmaz
Bu beş şey üçün nəsihət edəni Cənnətdən geri çevirməzlər:

1- Allah üçün,
2- Dini üçün,
3- Kitabı üçün,
4- Rəsulu üçün,
5- Bütün Müsəlmanlar üçün. (İ. Nəccar)

Beş şeyin qarşılığı
Beş
 şey beş şeyin qarşılığıdır:

1- Bir camaat verdiyi sözdən dönərsə, düşmənləri başlarına müsəllat olar.

2- Dinin əmrinə tabe olunmazsa, yoxsulluq yayılar.
3- Fahişəlik yayılarsa, ölümlər çoxalar.
4- Ölçü və çəkidə hiylə edilərsə, bərəkətsizlik olar.
5- Zəkat verilməzsə, yağışlar kəsilər. (Tabərani)

Kamil iman
Bu beş şey imandandır:

1- Allahın əmrinə təslim olmaq,
2- Allahın təqdirinə riza göstərmək,
3- İşinin sonunu Allaha həvalə etmək,
4- Allaha güvənmək,
5- Müsibətə səbir göstərmək. (Bəzzar)

Peyğəmbərlərin sünnəti
Bu beş şey Peyğəmbərlərin sünnətlərindəndir:

1- Həya,
2- Hilm [Yumşaqlıq, vüqar],
3- Həcəmət,
4- Misvaq istifadəsi,
5- Gözəl ətir vurmaq. (Tabərani)

İbadət olan beş şey
Beş
 şey ibadətdəndir:

1- Az yemək,
2- Məsciddə oturmaq,
3- Kəbəyə baxmaq,
4- Müshafa baxmaq,
5- Alimin üzünə baxmaq. (Deyləmi)

Cəzası dünyada verilir
Bu beş şeyin cəzası, dərhal dünyada verilir:

1- Zülmün,
2- Xainliyin,
3- Ana-ataya əziyyətin,
4- Saleh qohumlarla əlaqəni kəsməyin,
5- Yaxşılığa qarşı olan nankorluğun. (İ. Lal)

Ramazanda ehsan edilənlər
Allahü təala digər ümmətlərə vermədiyi beş şeyi Ramazanda ümmətimə verər:

1- Ramazanın ilk gecəsi möminlərə rəhmət edir. Rəhmət etdiyi qula heç əzab etməz.
2- Oruclunun ağız qoxusu Allahü təalaya hər qoxudan daha gözəl gəlir.
3- Mələklər Ramazanda hər gecə və gündüz oruc tutanların əfv olunması üçün dua edir.
4- Allahü təala Ramazanı-şərifdə oruc tutanlara, Cənnətdə yer təyin edər.
5- Ramazanı-şərifin son günü də, oruç tutan möminlərin hamısını əfv edir. (Beyhəqı)

Tələsmək
Beş
 şey xaric, tələsmək şeytandandır:

1- Qızını evləndirmək,
2- Borcunu ödəmək,
3- Cənazə xidmətlərini tez etmək,
4- Qonağı doyurmaq,
5- Günah işlədikdə dərhal tövbə etmək. (İslam Əxlaqı)

Kasıba yemək yedirmək
Kasıba verilən tikə, beş müjdə verir:

1- Bir dənə idim məni çoxaltdın,
2- Mən kiçik idim məni böyütdün,
3- Düşmən idim, məni dost eylədin,
4- Fani, yox olmaq üzrə idim, məni baki, sonsuz qalıcı eylədin,
5- İndiyə qədər sən məni mühafizə edərdin. Artıq mən səni mühafizə edərəm. (İslam Əxlaqı)

Könlü öldürür
Beş
 şey könlü öldürür:

1- Çox yeyib-içmək,
2- Çox yatmaq,
3- Çox danışmaq,
4- Çox gülmək,
5- Ruzi üçün çox narahat olmaq. (M. Ç. Yar-i Güzin)

Qəlbi parladır
Beş
 şey qəlbi parladır:

1- İxlas surəsini çox oxumaq,
2- Az yemək,
3- Elm məclisində olmaq,
4- Az bişmiş çörək yemək,
5- Gecə namazı qılmaq. (M. Ç. Yar-i Güzin)

Könlü aydınladır
Beş
 şey könlü aydınladır:

1- Elm məclisində oturmaq,
2- Yetimin başını oxşamaq,
3- Səhər vaxtı çox istiğfar etmək,
4- Çox yeyib-içməmək,
5- Çox oruc tutmaq. (M. Ç. Yar-i Güzin)

Gözün nurunu artırır
Beş
 şeyə baxmaq gözə cila verir:

1- Kəbəyə baxmaq,
2- Müshafa baxmaq,
3- Ana-atanın üzünə baxmaq,
4- Alimin üzünə baxmaq,
5- Axar suya baxmaq. (M. Ç. Yar-i Güzin)

İnsanı qocaldır
Beş
 şey, insanı qocaldıb çökdürür:

1- Çox borcu olmaq,
2- Qəmi, kədəri çox olmaq,
3- Qadının nəfəsinin kişiyə dəyməsi,
4- Çox ətir vurmaq,
5- Çox bəlğəm gəlməsi. (M. Ç. Yar-i Güzin)

Beş şeyin qiyməti 
Beş şeydən əvvəl beş şeyin qiymətini bil!

1- Qocalıqdan əvvəl gəncliyin,
2- Xəstəlikdən əvvəl sağlamlığın,
3- Məşğuliyətdən əvvəl boş vaxtın,
4- Kasıblıqdan əvvəl zənginliyin,
5- Ölmədən əvvəl həyatın qiymətini bil! (Əbu Nuaym)

İbadətdə xeyir qoymaz
Bu beş şey, oruc və dəstəmazda xeyir saxlamaz:

1- Yalan,
2- Qeybət,
3- Söz gəzdirmək,
4- Harama baxmaq,
5- Yalan yerə and içmək. (Deyləmi)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину