Üç sinif ümmət
Ümmətim üç sinifdir:
1- Sorğusuz-sualsız Cənnətə girənlər,
2- Yüngül hesaba çəkilərək girənlər,
3- Günahlardan təmizlənərək girənlər. (Tabərani)
Dost və düşmən
Allahü təala buyurur ki:
Bu üç şeyə davam edən həqiqi dostumdur, bunları tərk edən də həqiqi düşmənimdir:
1- Namaz,
2- Oruc,
3- Cünübluqdan qüsl. (Beyhəqı, Tabərani)
Üç cür qonşu
Üç cür qonşu vardır:
1- Bir haqqı olan qonşu. Qohum olmayan qeyri-müsəlman qonşudur.
2- İki haqqı olan qonşu. Müsəlman qonşudur, hansı ki, həm Müsəlmanlıq, həm də qonşuluq haqqı vardır.
3- Üç haqqı olan qonşu. Qohum olan Müsəlman qonşudur. Bunun həm Müsəlmanlıq, həm qohumluq, həm də qonşuluq haqqı vardır. (Əbu Nuaym)
Günah yazılmaz
Bu üç nəfərə günah yazılmaz:
1- Oyanana qədər yatana,
2- Sağlam olana qədər dəliyə,
3- Həddi-büluğa çatana qədər uşağa. (Buxari)
Alimlər
Alimlər üç cürdür:
1- Elmi həm özünə, həm də insanlara faydalı olan,
2- Elmi özünə faydası olan, insanlara faydası olmayan,
3- Elmi hər kəsə faydası olan, lakin özünə faydası olmayıb həlak olan. (Deyləmi)
Sorğuya çəkilməyənlər
Bu yeməklərdən sorğuya çəkilməyən üç insan:
1- İftar yeməyindən,
2- Sahur yeməyindən,
3- Qonaqlıqda yediyindən. (Deyləmi)
Doğru olanlar
İslamdan nəsibi olmaq, bu üç şey ilə olur:
1- Namaz,
2- Oruc,
3- Zəkat. (İ. Əhməd)
Üç kimsə qınanmaz
Bu üç kimsənin uyğun görülməyən işləri vəziyyətləri nəzərə alınaraq xoş görülməlidir:
1- Sağalana qədər xəstə,
2- İftar edənə qədər oruc,
3- Adil hökmdar. (Deyləmi)
Üç zümrə
And vermək təklif edilməyən üç kimsə:
1- Övladın atasına andı,
2- Qadının ərinə andı,
3- Kölənin əfəndisinə andı. (İ. Əsakir)
Lənətlənənlər
Lənətlənən üç zümrə bunlardır:
1- Ana-ataya lənət edən,
2- Allahdan başqası üçün qurban kəsən,
3- Ərazinin sərhədini keçən, (İ. Əsakir)
Ziyarət edilməyən xəstə
Ziyarət edilməsi lazım olmayan üç xəstə:
1- Gözü ağrıyan,
2- Dişi ağrıyan,
3- Çiban ağrısı olan. (Tabərani)
Dünya və axirət
Dünyanı axirətə dəyişən, bu üç şeyə məruz qalar:
1- Sıxıntısı heç əksilməz,
2- Yoxsulluqdan qurtulmaz,
3- Elə bir tamaha qapılar ki, heç bir zaman boş vaxt tapmaz. (Tabərani)
Əmr edilənlər
Sizə bu üç şeyi əmr edirəm:
1- Allahü təalaya qulluq edib, Ona heç bir şeyi ortaq qoşmamağı,
2- Birlik olub Allahın ipinə [dininə] tutunub bir-birinizdən ayrılmamağı,
3- Allahın sizə vəli qıldığı insanlara itaət edib, onları dinləməyi. (İbni Macə)
Qadağan edilənlər
Sizə, bu üç şeyi qadağan edirəm:
1- Dedi-qodunu,
2- Çox sual soruşmağı,
3- Malı zay etməyi. (İbni Macə)
Xoşlanılmayan üç şey
Allahü təala üç şeydən xoşlanmaz:
1- Çox danışmaq,
2- Çox sual soruşmaq,
3- Malı tələf etmək. (Müslim)
Orucu pozmayan üç şey
Bu üç şey orucu pozmaz:
1- Hacamat,
2- İstəmədən qusmaq,
3- İhtilam. (Tirmizi)
Zarafatı da səhihdir
Üç şeyin zarafatı da, ciddisi də səhihdir:
1- Nikah,
2- Talaq,
3- Talaqdan dönmək. (Hakim)
Həlak edənlər
Həlakedici üç şey:
1- Həddən artıq simiclik,
2- Nəfsə tabe olmaq,
3- Özünü bəyənmək. (Hatib)
Xilasedici işlər
Xilasedici üç şey:
1- Gizli və açıq Allahdan qorxmaq,
2- Yoxsulluq və zənginlikdə mötədil olmaq,
3- Qəzəbli və sakit halda ədalətli olmaq. (Hatib)
Dərəcəni yüksəldən şeylər
Dərəcə yüksəldən üç şey:
1- Yemək yedirmək,
2- Salamlaşmağı yaymaq,
3- Hər kəs yatarkən gecə namazı qılmaq. (Hatib)
Günahlara kəffarət
Günahlara kəffarət olan üç şey:
1- Məscidə getmək,
2- Namazı qılıb, digər namazı gözləmək,
3- Çox soyuqda düzgün dəstəmaz almaq. (Hatib)
İmanı fayda verməz
Bu üç şey ortaya çıxdıqdan sonra iman etmək fayda verməz:
1- Günəş qərbdən çıxdıqda,
2- Dəccal çıxdıqda,
3- Dabbətül-ərz çıxdıqda. (Müslim, Tirmizi)
Üç ikram
Bu üç ikram geri çevrilməz:
1- Yer vermək,
2- Gözəl ətir,
3- Süd. (Tirmizi)
Fərz olan ibadətlər
Bu üç şey mənə fərzdir:
1- Vitr namazı,
2- Qurban kəsmək,
3- Quşluq namazı. (İ. Əhməd)
[Hənəfidə ilk ikisi vacib, üçüncüsü sünnətdir. Digər üç məzhəbdə üçü də sünnətdir.]
Fitnəyə düşürənlər
Bu üç şey insanı fitnəyə salar:
1- Gözəl saç,
2- Gözəl səs,
3- Gözəl üz. (Deyləmi)
Oruc olarkən
Oruc olarkən, bu üç şeydən çəkinmək lazımdır:
1- Hamama girməməli,
2- Hacamat olmamalı,
3- Qadınlara baxmamalı. (Deyləmi)
Üç fəlakətdən qorudu
Allahü təala sizi bu üç fəlakətdən qorudu:
1- Peyğəmbərinizin sizə bəddua etməsindən və toplu halda həlak olmaqdan,
2- Əhli-batilin, əhli-haqqa qalib gəlməsindən,
3- Sapqınlıqda ittifaq etməkdən. (Əbu Davud)
İmandan olan şeylər
Üç şey imandandır:
1- Həya,
2- Haramdan çəkinmək,
3- Haqlı olsa da israr etməmək. (Camiüs-sagir)
Münafiqlik əlaməti
Üç şey münafiqlik əlamətidir:
1- Müstəhcən (söyüşlə, açıq ifadələrlə) danışmaq,
2- Həyasızlıq,
3- Simiclik. (Camiüs-sagir)
Geciktirilməyənlər
Üç şey geciktirilməməlidir:
1- Vaxtı girdikdə namazı qılmaq,
2- Hazır olduqda cənazəni dəfn etmək,
3- Tayını tapdıqda, qız və ya dulu evləndirmək. (Tirmizi)
Ortaq olan və olmayan
Haqq təala buyurdu ki:
Ey insanoğlu, bu üç şeyin biri sənin, biri mənim, biri də aramızda ortaqdır:
1- Mənə qulluq edərək, heç bir şeyi ortaq qoşmamaq sənə məxsusdur.
2- İşlədiyin əməlin qarşılığını vermək mənə məxsusdur.
3- Aramızda ortaq olan, sənin dua etməyin, mənim də qəbul etməyimdir. (Tabərani)
Yola çıxılan üç məscid
Yalnız üç məscid üçün yola çıxmaq olar:
1- Məscidi-Nəbi,
2- Məscidi-Haram,
3- Məscidi-Aqsa. (Buxari)
Bu ümmətin üstünlüyü
Allahü təala başqa ümmətlərə vermədiyi üç şeylə bizi üstün qıldı:
1- Cərgələrimizi mələklərin cərgələri kimi qıldı.
2- Yer üzünün hər tərəfi bizə məscid qılındı.
3- Su tapmadıqda, torpağı [təyəmmüm üçün] bizə təmizləyici qıldı. (Nəsai)
Uyğunsuz hərəkətlər
Bu üç şey uyğun deyildir:
1- İmamın sadəcə özünə dua etməsi,
2- İznsiz başqasının evinin içinə baxmaq,
3- Dəstəmazı sıxışmış halda namaz qılmaq. (Tirmizi)
Zərəri sahibinə qayıdar
Üç şeyin zərəri sahibinə qayıdar:
1- Zalımın zülmü,
2- Fırıldağın hiyləsi,
3- Sözündə durmayanın vəfasızlığı. (Hatib)
Böyük bəla
Bu üç kimsə başa bəladır:
1- Yaxşılıqdan anlamayan, pisliyi əfv etməyən başçı,
2- Xeyri görməyib, qüsuru yayan zalım,
3- Yanındaykən əziyyət edən, yoxluğunda xəyanət edən qadın. (Tabərani)
Üç böyük günah
Bu üç şeyi edən böyük günah işləmiş olar:
1- Haqsız yerə açılmış bir bayraq ətrafında toplanan,
2- Ana-ataya üsyan edən,
3- Zalıma kömək edən. (Tabərani)
Üç şeydən qorxuram
Bu üç şeydən qorxaram:
1- Haqqı tanıdıqdan sonra dəlalətə düşmək,
2- Dəlalətə sürükləyən fitnələr,
3- Boğazına və cinsi şəhvətə düşkün olmaq. (Deyləmi)
Qəlbə sıxıntı verir
Üç şey qəlbə sıxıntı verir:
1- Yeməyi sevmək,
2- Yuxunu sevmək,
3- Rahatlığı sevmək. (Deyləmi)
Acı əzab
Bu üç insana acı əzab vardır:
1- Ətəklərini yerdə sürüyərək yeriyən təkəbbürlü,
2- Verdiyini başa qaxan,
3- Malını yalan yerə and içməklə satan. (Müslim)
Ələm əzab
Bu üç nəfərə Qiyamətdə ələm bir əzab vardır:
1- Yetimə dərs verərkən incidən müəllim,
2- Ehtiyacı olmadığı halda dilənçilik edən,
3- Sultana yaltaqlıq edən. (Rafii)
Həlak olan üç nəfər
Bu üç nəfər həlak oldu:
1- Çox təkəbbürlü olan,
2- Allahdan şübhə edən,
3- Onun rəhmətindən ümid kəsən. (Buxari)
Cənnət haramdır
Cənnətin haram olduğu üç nəfər:
1- Spirtli içki mübtəlası,
2- Ana-ataya asi,
3- Dəyyus. (İ. Əhməd)
Cənnətə girər
Bu üç şeydən uzaq olan sorğusuz Cənnətə girər:
1- Təkəbbür,
2- Qul borcu,
3- Xəyanət. (Nəsai)
İmandan dad alar
Bu üç nəfər, imanın dadını alar:
1- Allah və Rəsulunu hər şeydən çox sevən,
2- Sevdiyini yalnız Allah üçün sevən,
3- İmana qovuşduqdan sonra, küfrə düşməyi, atəşə düşməkdən təhlükəli bilən. (Buxari)
Ayıb olaraq yetər
Bu üç xasiyyət, insana ayıb olaraq kifayət edər:
1- Öz qüsurunu görməyib, başqalarındakı eyni qüsuru görməsi,
2- Özünün utandırıcı halını görməyib, başqalarının eyni vəziyyətindən utanması,
3- Oturub-durduğu insanlara sıxıntı verməsi. (Tabərani)
Həlak olan üç nəfər
Bu üç insanda ixlas yoxdursa həlak olar:
1- Səxavətli,
2- Cəsur,
3- Alim. (Hakim)
İnsanların pisi
İnsanların ən pisi bu üç kimsədir:
1- Ana-ataya qarşı təkəbbürlü olub, onları təhqir edən,
2- Fitnə-fəsad çıxaran,
3- Ər-arvadın arasını vurub sonra, o adamın arvadına sahib olan. (Əbu Nuaym)
Rəhmətlə nəzər etməz
Allahü təala Qiyamətdə bu üç nəfərə rəhmətlə nəzər etməz:
1- Alış-verişində yalan söyləyərək ifrat qiymətə mal satana,
2- Hər şey üçün and içənə,
3- Özündə su olduğu halda, başqasına verməyənə. (Ey Oğul Elmihalı)
Şiddətli əzab
Bu üç nəfərə şiddətli əzab ediləcək:
1- Zina edən qoca,
2- Yalançı idarəçi,
3- Təkəbbürlü kasıb. (Müslim)
Homoseksuallar
Axır zamanda homoseksuallar üç sinif olacaq:
1- Danışmaqla, üzünə baxmaqla yetinənlər,
2- Əl ilə görüşərək, qucaqlaşaraq yetinənlər,
3- Bu işi birbaşa edənlər. (Deyləmi)
Allahın düşmənləri
Allahü təala buyurur ki:
Qiyamət günü bu üç adamın düşməniyəm:
1- Mənim adımı anaraq söz verib, sözündən dönən,
2- Hürr insanı kölə deyə satan,
3- İşçinin əmək haqqını verməyən. (Buxari)
Qeybəti haram olmayanlar
Bu üç adamın qeybəti haram deyildir:
1- Fasiq,
2- Zalım idarəçi,
3- Bidət əhli. (İ. Əbiddünya)
Baxmaq ibadətdir
Bu üç şeyə baxmaq ibadətdir:
1- Ana-atanın üzünə,
2- Müshafa,
3- Dənizə. (Əbu Nuaym)
Dua edən
Dua edən bu üç şeydən birinə qovuşur:
1- Günahı əfv edilir,
2- Yaxşılıqları artır,
3- Qəbul edilmiş ibadət savabı alır. (Deyləmi)
Rədd edilməyən dua
Üç dua rədd olmaz:
1- Ana-atanın övladına duası,
2- Orucun duası,
3- Səfərdə olanın duası. (Beyhəqı)
Nemətlərə qovuşar
Bu üç şeyi edən, dünya və axirətdə bol nemətlərə qovuşar:
1- Bəlaya qarşı səbir edən,
2- Taleyinə razı olan,
3- Rəfah və bolluqda dua edən. (Deyləmi)
Üç hörməti gözləyən
Bu üç hörməti gözləyənin, dini və dünyası mühafizə edilər:
1- İslamiyyətə hörmət,
2- Rəsulullaha hörmət,
3- Rəsulullahın nəslinə [seyidlərə və şəriflərə] hörmət. (Tabərani)
Yaxşılıq xəzinəsi
Bu üç şeyi gizləmək yaxşılıq xəzinəsidir:
1- Xəstəliyi,
2- Müsibəti,
3- Sədəqəni. (Tabərani)
Sevilmək üçün
Bu üç şey səni dostuna sevdirər:
1- Qarşılaşdığında salam vermək,
2- Bir yığıncaqda oturarkən, o gəldikdə ona yer vermək,
3- Onu sevdiyi adıyla çağırmaq. (Tabərani)
İmandandır
Bu üç şey imandandır:
1- Az olandan da vermək,
2- Tanıdığı, tanımadığı, hər Müsəlmana salam vermək,
3- Öz əleyhinə də olsa, adil davranmaq. (Bəzzar)
İmanın dadını hiss edər
Bu üç şeyi edən, imanın dadını hiss edər:
1- İxlasla “La ilahə illəllah” deyən,
2- Sevərək zəkatını verən,
3- Nəfsini təzkiyə edən, yəni, harada olursa-olsun, Allahın onunla birlikdə olduğunu bilən. (Hakim)
Gözəl xasiyyətlər
Üç şey Allah qatında gözəl xasiyyətlərdəndir:
1- Zülm ədəni əfv etmək,
2- Verməyənə vermək,
3- Münasibətini kəsənlə, yaxşı münasibət qurmaq. (Tabərani)
Allahın himayəsində
Bu üç xislətə sahib olan, Allahü təalanın himayəsində olar:
1- Bir şey verənə təşəkkür edən,
2- Güclü ikən bağışlayan,
3- Qəzəbinə hakim olan. (Bəyhəki)
Cənnətə girər
Bu üç xislət sahibi Cənnətə girər:
1- Zəiflərə, gücsüzlərə mərhəmət edən,
2- Ana-ataya şəfqət göstərən,
3- Əmri altındakılara yaxşılıq edən. (Tirmizi)
Üç nemət
Bu üç nemət sahibi, Davud əleyhissalamın ailəsinə verilən nemətlərə qovuşmuş sayılar:
1- Qəzəbləndiyinə də, sevdiyinə də, ədalətli davranan,
2- Kasıb olanda da, zəngin olanda da, qənaətkar olan,
3- Gizli də, açıq da, Allahdan qorxan. (Hakim)
Dünya nemətləri
Bu üç şey dünya nemətidir:
1- Uyğun bir minik vasitəsi,
2- Salehə həyat yoldaşı,
3- Rahat ev. (İ. Əbi Şeybə)
Səbir
Səbir üç növdür:
1- Müsibətdə.
2- İbadətlərdə.
3- Haramlardan çəkinməkdə. (Əbuş-şeyx)
Əbdallardan sayılır
Bu üç xislət sahibi əbdal adlanan övliyadan sayılır:
1- Qəzaya rıza göstərən,
2- Haram işləməmək üçün səbir edən,
3- Allah rızası üçün qəzəblənən. (Deyləmi)
Allaha təzim
Bu üç nəfərə ikram edən, Allahü təalaya təzim etmiş sayılır:
1- Müsəlman olaraq qocalan adama,
2- Qurani-kərimi əzbərləyənə,
3- Elm sahibinə ikram edənə. (Ramuz)
Davam edən üç əməl
İnsan öldükdə, bu üç şey xaric əməli kəsilir:
1- Sədəqəi-cariyə,
2- Faydalı elm,
3- Saleh övlad. (Buxari)
Cənnət əhli
Bu üç şeyi Cənnət əhli edir:
1- Elm öyrənir,
2- Ölülərə acıyır,
3- Kasıbları sevir. (Deyləmi)
Simic sayılmaz
Bu üç şeyi edən müsəlman simic sayılmaz:
1- Zəkatını verən,
2- Qonağa ikram edən,
3- Darda qalana kömək edən. (Tabərani)
Himayəyə girənlər
Bu üç insan Qiyamətdə Allahın himayəsinə girəcək:
1- Allah yolunda qınanmaqdan qorxmayan,
2- Halal olmayana əl uzatmayan,
3- Harama baxmayan. (İsfəhani)
Kamil iman
Bu üç xislət sahibinin imanı kamildir:
1- Allah yolunda qınanmaqdan qorxmayan,
2- İbadətinə riya qarışdırmayan,
3- İki işdən, axirət üçün olanı, dünya üçün olandan üstün bilmək. (Deyləmi)
Cənnətə girər
Bu üç sözü, ixlasla söyləyən Cənnətə girər:
1- Rəbbimin Allahü təala olduğuna razıyam.
2- Dinimin Müsəlmanlıq olduğuna razıyam.
3- Peyğəmbərimin Muhamməd əleyhissalam olduğuna razıyam. (İ. Əhməd)
Atəş görməyən gözlər
Bu üç göz, Qiyamətdə Cəhənnəm atəşini görməz:
1- Allah qorxusundan ağlayan göz,
2- Allah yolunda növbədə gözətçilik edən göz,
3- Haramlara baxmaqdan çəkinən göz. (Tabərani)
Savabı ən çox olan əməl
Savabı ən çox olan üç əməl bunlardır:
1- Hər vəziyyətdə Allahı zikr etmək,
2- Hər kəsə qarşı insaflı davranmaq,
3- Din qardaşını maddi sıxıntısıdan çıxarmağa kömək etmək. (İ. Mübarək)
Üç haqq
Müsəlmanın Müsəlman üzərindəki üç haqqı var:
1- Xəstə vaxtı ziyarət etmək,
2- Cənazəsinə getmək,
3- Asqırıb Əlhamdülillah deyənə, Yərhamükəllah demək. (Buxari)
Ən dəyərli üç şey
Elə bir zaman gələcək ki, bu üç şeydən dəyərli bir şey olmayacaq:
1- Halal pul,
2- İxlaslı bir din qardaşı,
3- Sünnətə tabe olmaq. (Tabərani)
Elm
Elm üç cürdür:
1- Açıqlayıcı kitab,
2- Dinə uyğun adət,
3- Bilmirəm demək. (Deyləmi)
Gözə cila verənlər
Bu üç şeyə baxmaq gözə cila verir:
1-Yaşıllığa,
2- Axar suya,
3- Gözəl üzə. (Berika) [Buradakı gözəl üz, baxılması halal olan insanların üzüdür. Yad qadınlara, qızlara baxmaq, gözü zəiflədir və qəlbi qaraldır.]
Bədəni bəsləyir
Bu üç şey, bədəni bəsləyir:
1- Gözəl ətir,
2- Yumşaq gözəl paltar,
3- Bal yemək. (S. Əbədiyyə)
Qiymətli möminlər
Qiymətli möminlər üç sinifdir:
1- Allaha və Rəsulullaha inanıb, mal və canı ilə Allah yolunda mübarizə aparanlar,
2- İnsanların, malı və canı xüsusunda əmin olunan şəxslər,
3- Nəfsinin tamah etdiyi şeyi, Allah üçün tərk edənlər. (İ.Əhməd)
Şəfaət edənlər
Bu üç sinif şəfaət edər:
1- Ənbiya [nəbilər],
2- Uləma [alimlər],
3- Şühəda [şəhidlər]. (İbni Macə)
Allahın himayəsində
Bu üç insan Allahın himayəsindədir:
1- Məscidə getmək üçün yola çıxan,
2- Allah yolunda döyüşə çıxan,
3- Həcc üçün yola çıxan. (Əbu Nuaym)
Üz çevir!
Bu üç insandan üz çevirmək lazımdır:
1- Açıq-aşkar günah işləyəndən,
2- Zalım başçıdan,
3- Bidət əhlindən. (İ. Əbiddünya)
Cəhənnəm yandırmaz
Bu üç insanı Cəhənnəm atəşi yandırmaz:
1- Ərinə itaət edən qadın,
2- Ana-atasına itaət edən övlad,
3- Ərini qısqanıb səbir edən qadın. (Əbuş-şeyx)
Ancaq münafiq saymaz
Bu üç kimsənin haqqını ancaq münafiq olan saymaz:
1- Saçını Müsəlman olaraq ağardanın,
2- Elm sahibi olanın,
3- Adil başçının (Tabərani)
Üç nəfərə yer verilməlidir:
Bu üç nəfərə yer verilməlidir:
1- Yaşından ötrü qocaya,
2- Elmindən ötrü alimə,
3- Sultanlığından ötrü adil hökmdara. (Deyləmi)
Rəhmətə qovuşanlar
Allahın rəhməti, bu üç insana bol-bol yağar:
1- Namaz üçün cərgədə durana,
2- Gecə yarısı namaz qılana,
3- Yalın qılıncla Allah yolunda döyüşənə. (İbni Macə)
Ərşin kölgəsində
Bu üç nəfər Qiyamətdə Ərşin kölgəsində kölgələnəcək:
1- Doğru tacir,
2- Adil başçı,
3- Daima namaz vaxtını gözləyən. (Hakim, Deyləmi)
Mələklər istiğfar edir
Üç insan üçün mələklər istiğfar edir:
1- Elm öyrədən,
2- Elm öyrənən,
3- Səxavətli olan. (Əbuş-şeyx)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0