İki şeyin qorxusu
Ümmətim üçün bu iki şeydən qorxuram:
1- Bolluq və rahatlıq içində olduqda, şəhvətlərinə yenilmələrindən,
2- Namazı və Quranı tərk etmələrindən. (Tabərani)
Bəladan qurtulanlar
Axır zamanda şiddətli bəlaya maruz qalacaqlar. Ancaq bu iki sinif qurtulacaq:
1- Allahın dini üçün dili və qəlbi ilə mübarizə aparan,
2- Dinini anlayıb, təsdiq edən. (Əbu Nuaym)
İki şeyi qoruyan
Bu iki şeyini qoruyan mömin Cənnətə girəcək:
1- İki çənə arasını,
2- İki ayaq arasını. (İ. Əhməd)
Şəfaət etmərəm!
Bu iki sinif insana şəfaət etmərəm:
1- Zalım sultana,
2- Dində ifrata qaçanlara, aşırı gedənlərə. (Tabərani)
İki sinif insan saleh olarsa
Bu iki sinif insan saleh olarsa, ümmətim də saleh olar:
1- İdarəçilər,
2- Alimlər. (Əbu Nuaym)
İslamiyyətdən nəsibsiz
Bu iki sinif insanın, İslamiyyətdən nəsibi yoxdur:
1- Mürciyə [Cəbriyə də deyilir. Günahı da Allah etdirir deyənlər],
2- Kadəriyyə [taleyi, qədəri inkar edənlər]. (Beyhəqı)
İki şeyə tabe olun
Özümdən sonra qoyduğum bu ikisinə tabe olan hidayətə çatar, tabe olmayan yolunu azar:
1- Kitabullah,
2- Əhli-beytim. (İ. Hibban)
Yaşlı
Yaşlının könlü bu iki şeyə gəncdir:
1- Uzun yaşamaq arzusu,
2- Mal sevgisi. (Abdülqani ibn Sad)
Qibtə edilir
Bu iki insana qibtə edilir:
1- Elmi ilə əməl edənə,
2- Malını Allah yolunda xərcləyənə. (Buxari)
Ən yaxşı iki şey
Bu iki şeydən daha yaxşısı yoxdur:
1- Allaha iman,
2- Onun qullarına yaxşılıq etmək. (İ. Askalani)
Ən pis iki şey
Bu iki şeydən də daha pisi yoxdur:
1- Şirk,
2- İnsanlara pislik etmək. (İ. Askalani)
Rədd edilməyən iki dua
Bu iki dua rədd edilməz:
1- Azan oxunarkən,
2- Döyüşün şiddətli vaxtında. (Əbu Davud)
Dünyada qorxmayan
Haqq təala buyurur: İki qorxu ilə iki güvən bir araya gəlməz:
1- Dünyada məndən qorxmayan, Qiyamətdə qorxar,
2- Dünyada məndən qorxan, Qiyamətdə qorxulardan əmin olar. (İ. Əhməd)
Sevilən iki xislət
Allahın sevdiyi iki xislət:
1- Səxavət,
2- Maddi və mənəvi fədakarlıq. (Beyhəqı)
Nifrət edilən xislət
Allahın nifrət etdiyi iki xislət:
1- Simiclik,
2- Pis əxlaq. (Beyhəqı)
Borclanmaq
Borc iki qisimdir:
1- Ödəmək niyyəti ilə borclanıb, amma ödəyə bilmədən ölənə zaminəm,
2- Ödəməmək niyyəti ilə borclanıb, borcunu ödəmədən ölənin savabları alınıb, alacaqlısına veriləcək. (Tabərani)
Allah yardım edər
Allahü təala bu iki insana yardım edər:
1- Cihad edənə,
2- Namusunu qorumaq üçün evlənənə. (Nəsai)
Duanın qəbulu üçün
Duanın qəbul olması üçün iki şey lazımdır:
1- İxlas,
2- Halal tikə. (Tərgib-üs-salat)
Cənnətlik və cəhənnəmlik
Bu iki şeydən biri cənnətə, digəri cəhənnəmə girməyi lazım edir:
1- Şirk üzrə ölməyən [Müsəlman olaraq ölən] Cənnətə girər,
2- Şirk üzrə [kafir olaraq] ölən Cəhənnəmə girər. (Müslim)
Allahdan uzaq olan
Bu iki insan Allahdan çox uzaqda olur:
1- İdarəçilərlə oturub-durur, onların zülmə aid sözlərini təsdiq edir,
2- Uşaqlarını eyni tutmaz, yetimin haqqı mövzusunda Allahdan qorxmaz. (İ. Asakir)
İki zəif
Bu iki zəif haqqında Allahdan qorxun:
1- Dul qadın,
2- Yetim. (Beyhəqı)
Dininizi bəzəyin
Dininizi bu iki xislətlə bəzəyin:
1- Səxavət,
2- Gözəl əxlaq. (Tabərani)
Qohuma sədəqə
Qohuma sədəqə verməyin iki savabı vardır:
1- Sədəqə savabı,
2- Sılayi-rəhim savabı. (Tirmizi)
Alimlər
Alim iki cürdür:
1- Elmi ilə Allahın rızasını axtaran, elmi pula dəyişməyən,
2- Elmi ilə dünyalıq axtaran. Belə alimə Qiyamətdə atəşdən paltar geydiriləcək. (Deyləmi)
İki bəraət
Qırx gün İşa və Sübh namazını camaatla qılana iki bəraət verilər:
1- Cəhənnəmdən qurtuluş bəraəti
2- Münafiqlikdən qurtuluş bəraəti. (Xatib)
Yüksəlməyin yolu
Allah qatında yüksəlmək üçün bu iki şeyi et:
1- Sənə qarşı cahillik edənə hilm [yumşaqlıq] ilə qarşılıq ver,
2- Sənə verməyənə ehsan et. (İ. Adiy)
İki meytə
İki ölü meytə ilə iki qan halaldır:
1- İki meytə, balıq və çəyirtkədir.
2- İki qan, ciyər və dalaqdır. (Hakim)
[Meytə, boğazlanmadan leş kimi ölən heyvandır. Belə ölən heyvanı yemək olmaz. Balıqla çəyirtkə istisnadır. Dinimizdə qan da yeyilməz. Ancaq dalaq və ciyər xaricdir.]
Oruclunun iki sevinci
Oruclu üçün iki sevinc vardır:
1- İftar etdikdə,
2- Axirətdə Allah mükafatını verdiyi zaman. (Buxari)
İki damcı ilə iki addım
Bu iki damcıdan və iki addımdan daha sevimli heç bir şey yoxdur:
1- İki damcı, Allah qorxusundan axıdılan göz yaşı ilə Allah yolunda axıdılan qan.
2- İki addım, cihad [dini yaymaq] üçün atılan addım ilə bir fərzi yerinə yetirmək üçün atılan addım. (Tirmizi)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0