Bir gün Peyğəmbər əfəndimiz “sallallahu aleyhi və səlləm” buyurdu ki: “Bir kimsə Ramazan ayında bir orucluya iftar verərsə günahları bağışlanar. Haqq təala onu cəhənnəm atəşindən azad edər. O, oruclunun savabı qədər ona savab verilir”. Əshabi-kiram, “Ey Rəsulullah! Hər birimiz bir orucluya iftar verəcək, onu doyuracaq qədər zəngin deyilik” deyincə, buyurdu ki: “Bir xurma ilə iftar verənə də, yalnız su ilə oruc açdırana da, bir az süd ilə ikram edənə də bu savab veriləcəkdir. Bu ay elə bir aydır ki, ilk günləri rəhmət, ortası əfv və bağışlama, sonu cəhənnəmdən azad olunmaqdır. Bu ayda əmri altında olanların vəzifəsini yumşaldanları Allahü təala bağışlayıb Cəhənnəm atəşindən qurtarır. Bu ayda 4 şeyi çox edin! Bunun ikisini Allahü təala çox sevər. Bunlar kəlmeyi-şəhadəti söyləmək və istiğfar etməkdir. İkisini də onsuz da hər zaman etmək lazımdır. Bunlar da Allahü təaladan Cənnəti istəmək və Cəhənnəm atəşindən Ona sığınmaqdır. Bu ayda bir orucluya su verən, Qiyamət günü susuz qalmayacaqdır.”