Orucu pozmayan şeylər aşağıdakılardır.
1. Oruclu olduğunu unudaraq yeyib-içmək.
2. Ağza gələn qusmaq geri gedərsə.
3. Odekolon və yağ sürtmək, sürmə çəkmək.
4. Oksigen maskası ilə süni hava verilərsə (dərman olarsa pozar).
5. Orucu pozmağa niyyət edib, amma pozmamaq.
6. İstəmədən ağız dolusu qusmaq.
7. Boğaza toz, duman və s. qaçarsa.
8. İstəyərək zorlayaraq bir az qusmaq.
9. Gözə dərman damlatmaq.
10. Qeybət etmək.
11. Yuxuda cünub (qüsl pozularsa) olmaq.
12. Çiçək və ətir iyləmək.
13. Diş çuxuruna dərman qoymaq.
14. Uyuşdurucusuz diş çəkdirmək.
15. Udmadan yeməyin dadına baxmaq.
16. Başqalarının çəkdiyi siqaretin tüstüsündən çəkindiyi halda ağza, burna tüstü girərsə.
17. Diş çəkdirdikdə gələn tüpürcəkdən az qanı (yəni sarıdırsa) udmaq.
18. Ağzı yuduqdan sonra qalan nəmi tüpürcəklə birlikdə udmaq.
19. Dişlərin arasında qalan noxuddan kiçik olan şeyi udmaq.
20. Həcəmət olmaq (qan aldırmaq).
21. Qulağa su qaçarsa.
22. Oyaq vəziyyətdə sadəcə baxmaqla cünub olmaq.
23. Misvaq istifadə etmək orucu pozmaz.
В корзине: 0 шт.
на сумму: 0