Facebook Twitter WhatsApp

Yataraq oruc tutmaq

Sual: Bir xoca “Yataraq oruc tutan savab yerinə hava alar və savabına ancaq yuxuda qovuşar, savabını xəyal belə edə bilməz” deyir. Mən gecə işləyirəm, gündüz yatıram, sadəcə namaz vaxtlarında oyanır, namazımı qılıb yatıram. Mənim orucum boşa gedirmi?
CAVAB
Xeyir, oruclunun yatmasının zərəri olmaz. Əksinə, yatmağı belə savab olar. Gecə işləməsəniz belə gündüz yata bilərsiniz. Bir hədisi-şərif məalı belədir:
“Oruclunun yuxusu ibadətdir.” [Deyləmi]
Bir beyit də belədir:
Oruclunun yuxusu, əlbətdə ibadətdir,
Orucluykən yatmaq nə böyük səadətdir.
Yatmaq pis bir şey deyildir. Ölü kimi yatan, Allahu təalanın lütfüylə yatanda da savab qazanır. Yuxuda günah yazılmaz, çünki şüurlu olaraq bir günah işləmir. Bir hədisi-şərif məalı:
“Bu üç kişidən qələm qaldırılır [günah yazılmaz]: Yatan kimsə oyanana qədər, uşaq həddi-buluğa çatana və dəli sağalana qədər.” [Əbu Davud]
Əgər oruclu dəstəmazlı yatmışdısa başqa savab alar.Bir hədisi-şərif məalı belədir:
“Dəstəmazlı yatan, yuxudaykən gündüz saim [oruclu] , gecə qaim [gecə oyanıb ibadət edən] kimi savaba qovuşar.” [Deyləmi]
Yatanda xeyirli işləri edə bilmək üçün istirahət etməyə, namaza qalxmağa, oyananda xeyirli işlər etməyə niyyət etmək lazımdır! Belə niyyət edənin yuxusu ibadət olar. Alimlər bunu bilib belə niyyət etdikləri üçün Peyğəmbər əfəndimiz “Alimlərin yuxusu ibadətdir” buyurur. Bir kimsə də gecə ibadət etmək niyyətiylə yatsa, lakin oyana bilməsə niyyəti səbəbiylə yenə savab qazanar. Bir hadisi şərif məalı belədir:
“İbadətə niyyət edib yatdıqdan sonra yatıb qalana niyyəti səbəbiylə gecə ibadət etmiş kimi savab yazılar, yuxusu da ona sədəqə olar.” [Nəsai, İbni Macə]
Oruclu kimsə oyaqkən namaz qıla bilmir, xeyirli işlər edə bilmirsə qeybət edir və ya günah olan işlər edirsə, yatmağı onun üçün daha yaxşı olar. Yatmaqla günahlardan azad olmuş olar. “Yatan orucun savabını xəyal belə edə bilməz” demək elmi söz deyil şəxsi fikridir.
Uzun və isti günlərdə oruc tutmaq, qısa və soyuq günlərdə oruc tutmaqdan və maneələr arasında sıxıntılı oruc tutmaq daha savabdır deyə özünü sıxıntıya vermək səhv olar. Sıxıntı təbii olaraq gəlməli, öz əlimizlə özümüzü sıxıntıya verməyimiz savab olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину