Facebook Twitter WhatsApp

Ramazanda sağlam qidalanmaq üçün

Sual: Ramazanda yeyib-içərkən sağlamlıq baxımından hansı məqamlara diqqət yetirilməlidir?

CAVAB

Həkim tanışımızın verdiyi cavab belədir:

Ramazan ayında düzgün qidalanmayan insanlarda halsızlıq, depressiya, mədə ağrısı, həzm pozğunluğu, qan təzyiqinin düşməsi kimi bir çox sağlamlıq problemi görülə bilər. Sahura qalxmamaq və ya sahurda həddən artıq yağlı qidalar yemək, iftarda isə çox miqdarda və müxtəlif yeməklər yemək, qan şəkərini sürətlə artıran qidalar yemək, tez yemək və kifayət qədər su içməmək yalnışdır. İftarda, sahurda ağır və yağlı qidalar yerinə yüngül, lifli, tərəvəz tərkibli qidalara üstünlük verilməlidir.
Bəzi tövsiyələrimiz belədir:

1 - Qidalanma baxımından balanslı bir iftar süfrəsinin hazırlanmasına diqqət yetirilməlidir.
2- İftarda ilk növbədə yüngül, az yağlı qidalar yeyilməlidir. Çox yemək boş mədənin yüklənməsinə səbəb olur. Bu vəziyyətdə həzm çətinləşir, mədədə ağırlıq, qıcqırma, yanma, ürəkbulanma, bağırsaqlarda qəbzlik, köp kimi sağlamlıq problemləri yaşanır. Buna görə ilk oruc açılanda xurma, pendir, pomidor, zeytun, kəpək çörəyi kimi səhər yeməyi və ya şorba, ətli tərəvəz yeməkləri kimi yüngül yeməklərlə iftara başlanmalı, həzm üçün vaxt verilərək 15-20 dəqiqə sonra az yağlı qovurma ət yeməyi, paxlalılar, tərəvəz yeməyi, salat, ayran, doğramac kimi yeməklərlə davam edilməlidir.
3- Qan şəkərini sürətlə artıran ağ çörək və düyü plovu kimi yüksək qlisemik indeksi yüksək olan qidalar yerinə bulqur plovu, kəpək çörəyi və ya kəpəkli makaron kimi qlisemik indeksi aşağı olan qidalara üstünlük verilməlidir.
4- Yeməklər yavaş-yavaş, yaxşı çeynəməklə yeyilməlidir.

5- İftarda qızartma və yağlı yeməklər yerinə qaynadılmış, buxarda bişirilmiş yüngül yeməklərə üstünlük verilməlidir.

6- Ağır şirniyyatlar yerinə südlü şirniyyatlara üstünlük verilməlidir.

7- İftar ilə sahur arasında 2-2.5 litr su və ya digər içkilər içilməlidir.

8- Arada bir şey yeyiləcəksə, meyvə yeyilməlidir.
9- Çay və qəhvə dəmirin vücud tərəfindən qəbulunu azaldacağı üçün yeməkdən bir və ya iki saat sonra içilməlidir.

10- İftarda doymadan sigaret çəkilməməlidir. Ən az 20 dəqiqə sonra çəkilməlidir. Bədəndəki hüceyrələr qida gözləyərkən birdən nikotin başda olmaqla zəhər ilə qarşılaşır. Bu halda qan laxtalanır və infakt riski artır. Oksigen daşımalı olan hüceyrələr birdən-birə zəhər daşımağa başladığı üçün bir çox hüceyrələr, xüsusilə də beyin hüceyrələri ölür. Orqanizmə ciddi mənada ziyan vurulur.

11- Axşam yeyilən yeməklə kifayətlənməməli, sahura mütləq qalxmalı, az da olsa sahurda yeməli və yüngül yeməklərə üstünlük verilməlidir. Uzun aclıqdan sonra qan şəkəri və təzyiq düşür, boş mədədə turşu ifrazı artır. Ertəsi gün ac qalma vaxtının uzanması ilə maddələr mübadiləsinin sürəti azalar, halsızlıq, baş ağrısı görünər. Bu  səbəbdən gecəni və ertəsi günü ac keçirməmək üçün mütləq sahura qalxılmalıdır.
12- Sahurda yeyilən qidaların miqdarı və növləri çox vacibdir. Sahurda yağlı və ağır qidalar maddələr mübadiləsinin sürətini azaltdığı üçün orqanizmə daxil olan qidaların piyə çevrilməsi daha çox olur.

Bundan əlavə bu cür yağlı və ağır qidalar yeyib yatdıqda ciddi mədə narahatlığı baş verir. Bunların yerinə sahurda daha yüngül, yağ nisbəti az olan, gündəlik lazım olan zülal ehtiyacını qarşılamaq üçün zülal tərkibi yüksək, qan şəkərini sürətlə artırmayan kompleks şəkərlərdən ibarət olan yeməyə üstünlük verilməlidir.
Süd, pendir, zeytun, kəpəkli çörəyi, şorba, pomidor, xiyar, bibər, mürəbbə kimi səhər yeməkləri və ya süd, yulaf yarması, meyvə kimi qidalardan ibarət yüngül yemək ən uyğundur. Günlük su ehtiyacı 2-2.5 litrdir və bütün gün su içilmədiyi üçün sahurda bol maye qəbul edilməlidir.


Ağız qoxusu və oruc tutmaq

Sual: Protez dişlər çox qoxu verir. Oruc tutarkən diş məcunu ilə təmizləsəm, məkruh olar. İnsanları narahat etmək haram olduğuna görə diş məcunu ilə təmizləmək niyə məkruhdur?

CAVAB

Sahurda dişlər diş məcununilə təmizlənir, protez diş çıxarılarsa təmizlənməsi daha rahat olar. Gün ərzində yemək yeyilməyəcəyi üçün dişdən yemək qoxusu gəlməz. Amma oruc tutanda aclığın öz qoxusu olur. Onun qarşısını almaq üçün ağız misvaqla yaxşı təmizlənməlidir. Misvaq qoxunu azaldır. Günortadan sonra misvaq istifadə etmək Şafidə məkruhdur, çünki oruc tutanın ağız qoxusu Allahu təalaya hər qoxudan gözəl gəldiyi üçün bu gözəlliyi yox etmək məkruh olar. Hənəfidə məkruh deyildir. Misvaq quru və ya yaş olmamalı, ikisinin ortası olmalıdır. Misvaq təzə olarsa, daha təsirli olar.
İftarda və sahurda bunlar da edilə bilər: Cəfəri yemək ağız qoxusu üçün çox faydalıdır. Təzə qatıq da yaxşıdır. Yemək arasında və ya yeməkdən sonra çay içilməlidir. Limonlu su içmək ağız qoxusunu aparır. Şəkərsiz saqqız çeynəmək lazımdır. Alma yemək də faydalıdır. Duzlu suyla və ya qabartma tozu ilə qarqara edilməlidir. Bunlardan bir neçəsi tətbiq olunarsa, ağız qoxusunun qarşısı alınar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину