Facebook Twitter WhatsApp

Mübarək günlərdə oruc tutmaq

Sual: Mübarək günlərdə hansı gün oruc tumaq uyğundur?

CAVAB

Mübarək günlər mübarək gecələrin ardınca gələn günlərdir. Məsələn, Cümə gecəsi cümə axşamını cüməyə bağlayan gecədir.

BƏRAƏT GECƏSİ:

Şaban ayının 15-ci gecəsidir. Bu gün bu gecədən sonrakı gün, yəni  Şabanın 15-dir. Oruc tutanlar bu gün oruc tutmalıdır. Əgər bu gün cümə və ya şənbə gününə rast gələrsə, bir gün əvvəlki və ya bir gün sonrakı gün ilə birlikdə tutulmalıdır. Bir hədisi-şərif məalı:

Şaban ayının 15-ci gecəsini ibadətlə, gündüzünü də oruc tutmaqla keçirin! O gecə Allahu təala buyurur ki: “Əfv diləyən yoxdurmu, əfv edim. Ruzi istəyən yoxdurmu, ruzi verim. Dərdli yoxdurmu, səhhət, afiyət verim. Nə istəyən varsa, istəsin verim” Bu vəziyyət səhərə qədər davam edər.” [İbni Macə]

MİRAC GECƏSİ

Rəcəb ayının 27-ci gecəsidir. Bir hədisi-şərif məalı:

“Rəcəbin 27-ci günü oruc tutanlara oruc savabı verilər.”

[İ.Qəzali, Əbu Musa əl Mədəni]
Əgər bu gün cümə və ya şənbə gününə rast gələrsə, bir gün əvvəlki və ya bir gün sonrakı günlə birlikdə tutulmalıdır.

RƏQAİB GECƏSİ

Rəcəb ayının ilk cümə gecəsidir. Cümə axşamı günü oruc tutub, gecəsini də əhya etmək çox savabdır.
Bir hədisi-şərif məalı: “Allahu təala Rəcəb ayında oruc tutanları məğfirət edər.” [Günyə]

AŞURA GÜNÜ

Məhərrəm ayının 10-cu günü Aşura günüdür. Aşura günü də tək olaraq oruc tutmaq məkruhdur. Bir gün əvvəlki və ya bir gün sonrakı günlə birlikdə tutulmalıdır. İki hədisi-şərif məalı:

“Aşuranın fəzilətindən faydalanın! Bu mübarək gündə oruc tutanlar mələklərin, peyğəmbərlərin, şəhidlərin və salehlərin ibadətləri qədər savaba qovuşar.” [Şira]
“Aşura günü bir gün əvvəl və ya bir gün sonra da oruc tutaraq Yəhudilərə bənzəməyin”. [İ. Əhməd]

MÖVLUD GECƏSİ:

Rəbiul-əvvəl ayının 11-ci və 12-ci günləri arasındakı gecəsidir. 11-ci və ya 12-ci günündə oruc tutmaq yaxşıdır.
Peyğəmbər əfəndimiz bazar ertəsi günü oruc tutardı. Səbəbini  soruşduqda “Bu gün dünyaya gəldim. Şükür için oruc tuturam” buyurdu. “Haqq Sözün Vəsiqələri”

ƏRƏFƏ GÜNÜ

Qurban bayramından əvvəlki gündür. Bir hədisi-şərif məalı belədir:

“Ərəfə günü oruc tumaq min günlük [nafilə] oruc tutmağa bədəldir.” [Tabərani]
Ərəfə günü oruc tutmaq müstəhəbdir.

CÜMƏ GÜNÜ

Cümə günləri oruc tutmaq çox savabdır. Bir hədisi-şərif məalı belədir:

“Cümə günləri oruc tutanlar üçün on axirət günü oruc savabı yazılır.” [Beyhəqı]
Tək cümə günü oruc tutmağın məkruh olduğunu deyən alimlər olduğuna görə, cümə günü orucunu cümə axşamı və ya şənbə günü ilə birlikdə tutulmalıdır. Bir hədisi-şərif məalı:

“Yalnız cümə günü oruc tutmayın! Bir gün əvvəli və ya bir gün sonrası ilə tutun.” [Buxari]

 

ZİLHİCCƏ AYINDA ORUC TUTMAQ

Zilhiccənin ilk 9 günü oruc tutulmalıdır. Bir hədisi-şərif məalı:

“Zilhiccənin ilk 9 günü oruc tutana hər günü üçün bir illik oruc savabı verilər.” [Əbul Bərəkat]

MƏHƏRRƏM AYINDA ORUC TUTMAQ:

İki hədisi-şərif məalı belədir:

“Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı Məhərrəm ayında tutulan orucdur. Fərzlərdən sonra ən fəzilətli namaz, gecə namazıdır.” [Müslim, İbni Macə, Tirmizi, Nəsai]
“Nafilə oruc tutacaqsansa, Məhərrəm ayında tut, çünki bu Allahın ayıdır. O ayda bir gün vardır ki, həmin gündə Allah keçmiş qövmlərdən birinin tövbəsini qəbul etmişdir. Yenə o gün tövbə edənlərin də günahlarını əfv edər.” [Tirmizi]
Zilhiccə ayının son günü, Məhərrəm ayının birinci günü oruc tutanlar həmin ili oruc tutmuş kimi savaba qovuşarlar. [Ey Oğul Elmihalı]

RƏCƏB AYINDA ORUC TUTMAQ:
Hədisi-şəriflərdə buyuruldu ki:

“Haram aylar Rəcəb, Zilqadə, Zilhiccə və Məhərrəmdir.” [İbni Cərir]

“Haram aylarda cümə axşamı, cümə və şənbə günləri oruc tutana iki illik ibadət savabı yazılar.” [Tabərani]
“Haram aylarda bir gün oruc tutub bir gün yemək çox fəzilətlidir.” [Əbu Davud]
“Rəcəb ayında Allahu təalaya çox istiğfar edin, çünki Allahu təalanın Rəcəb ayının hər vaxtında Cəhənnəmdən azad etdiyi qulları vardır. Bundan əlavə, Cənnətdə elə köşklər vardır ki, yalnız Rəcəb ayında oruc tutanlar daxil olar.” [Deyləmi]
“Cənnətdə elə köşklər vardır ki, onlara yalnız Rəcəb ayında oruc tutanlar girər.” [Deyləmi]
“Allahu təala Rəcəb ayında oruc tutanları məğfirət edər.” [Günyə]

ŞABAN AYINDA ORUC TUTMAQ

Aişə anamız buyurur ki:

“Rəsulullahın heç bir ayda Şaban ayından çox oruc tutduğunu görmədim. Bəzən Şaban ayının hamısını oruc tutmaqla keçirərdi.” [Buxari]
Şaban ayı elə fəzilətli bir aydır ki, insanlar ondan qafildirlər. Bu ayda əməllər aləmlərin Rəbbinə ərz olunur. Mən də əməlimin oruclu ikən ərz olunmasını istəyirəm.” [Nəsai]
Daha iki hədisi-şərif məalı:

Ramazandan sonra ən fəzilətli oruc Şaban ayında tutulan orucdur.” [Tirmizi]
“Şaban ayında üç gün oruc tutana Haqq təala Cənnətdə bir yer hazırlayar.” [Ey oğul elmihalı]
Bədəni zəif olanlar yaxşı olar ki, Şaban ayının 15-dən sonra oruc tutmasın və fərz olan Ramazani-şərif orucuna hazırlaşsın. Sağlamlığı yerində olanlar isə Şaban ayının çoxunu, hətta hamısını oruc tutmaqla keçirə bilər.

ŞƏVVAL AYINDA ORUC TUTMAQ:

Şəvval ayında oruc tutmaq çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Şəvval ayında altı gün oruc tutan yeni doğulmuş kimi günahsız olar.” [Tabərani]
“Ramazandan sonra Şəvval ayında altı gün oruc tutan bir il oruc tutmuş sayılar.” [İbni Macə]

BAZAR ERTƏSİ və CÜMƏ AXŞAMI:

Bazar ertəsi və cümə axşamı günləri oruc tutmaq başqa günlərə görə daha savabdır. Bir hədisi-şərif məalı:

“Əməllər bazar ertəsi və cümə axşamı günləri ərz olunur. Mən də əməlimin oruclu ikən ərz olunmasını istəyirəm.” [Tirmizi]

Hər ay 3 gün oruc tutmaq

Hər ay 3 gün oruc tutmaq çox yaxşıdır. İki hədisi-şərif məalı belədir:

“Hər ayda üç gün oruc tutmaq, bütün ili oruclu keçirmək kimi savabdır.” [Buxari]
“Qəməri ayın 13, 14 və 15-ci günlərində oruc tutan, bütün ili oruc tutmuş kimi savaba qovuşar.” [Nəsai]
Diqqət: Mübarək günlərdəki bu oruclar nafilədir. Nafilə oruc tutmaq da çox savabdır. Bir hədisi-şərif məalı:

“Ramazan ayı istisna olmaqla, Allah rizası üçün bir gün oruc tutan yaxşı bir yarış atının bir əsrdə qət edəcəyi məsafə qədər Cəhənnəmdən uzaqlaşar.” [Əbu Yala]
Xüsüsən də yuxarıda qeyd olunan mübarək günlərdə oruc tutularsa, savabı daha çox olar. Amma nafilə ibadətlərin qiyməti və savabı, fərz ibadətlərin yanında dənizdə damla belə olmadığını İslam alimləri bildirir. Buna görə də oruc qəzası olan şəxslər bu orucları tutarkən “İlk qəzaya qalan Ramazan orucuna” deyə niyyət etməlidir. Qəza borcumuz olmasa belə, yenə də bu cür niyyət edərək tutmalıdır, çünki tutulan bu oruc onsuz da nafilədir. Əgər unudulmuş bir qəzamız vardırsa, onun əvəzinə keçər. Belə olan zaman həm oruc borcumuzu ödəmiş olarıq, həm də həmin mübarək gün üçün bildirilən orucun savabına nail olarıq.

Ayın əvvəli və sonu

Sual: “Rəcəbi-şərifin bir gün əvvəlində, bir gün ortasında və bir gün sonunda oruc tutana Rəcəb ayının hamısını tutmuş kimi savab verilər” buyurulur. Əvvəli 1-i, ortası 15-i, sonu da 30-dur?

CAVAB

Xeyir, əvvəli demək ayın ilk günləri deməkdir. Ortası ortadakı günlərə yaxın olan günlər deməkdir. Sonu da ayın son günlərində deməkdir.

Sual: Şaban ayında tutulan oruclar da digər mübarək zamanlarda tutulan oruclar kimi savabdırmı?

CAVAB: Şaban ayında da oruc tutmaq çox savabdır. Peyğəmbər əfəndimiz:

“Hər kim Şaban ayında üç gün oruc tutarsa, Haqq təala Cənnəti-alada ona bir yer hazırlar” buyurmuşdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину