Facebook Twitter WhatsApp

Haram iş görmək orucu pozurmu?

Sual: Oruclu ikən günah iş görmək, qeybət etmək orucu pozurmu?

CAVAB

Orucu pozmur, amma xüsusən də oruc tutarkən günahdan daha çox çəkinmək lazımdır. Hədisi-şərifdə “Qeybət etmək, söz daşımaq, yalan yerə and içmək, naməhrəmə şəhvətlə baxmaq orucu pozar” buyuruldu. [Deyləmi]
İmam-əzəm həzrətləri bu hədisi-şərifi izah edir və “Bu günahlar orucun savabını pozar, özünü pozmaz, oruc məkruh olar” buyurur. Yəni bu günahları edən şəxs oruc borcundan qurtulsa belə, oruca xas olan böyük savaba nail ola bilməz. Hədisi şərifdə “Nə qədər oruc tutan vardır ki, aclıq və susuzluqdan başqa bir şey əldə etmir” buyuruldu. [İbni Macə]
Oruc möminlər üçün bir nemət və əmanətdir. Əmanətə riayət etmək lazımdır. Onun hədər olmaması üçün şərtlərinə əməl edilməlidir. Harama baxmaqdan çəkinməlidir. Hədisi-şərifdə “Harama baxmaq şeytanın zəhərli oxlarından bir oxdur. Kim Allah qorxusundan onu tərk edərsə,  Allahu təala elə bir iman verər ki, imanın dadını qəlbində hiss edər.” buyuruldu. [Hakim]
Oruc tutan dilini də qorumalıdır! Hədisi-şərifdə “Oruc oda qarşı sipərdir. Qeybətlə parçalanmadığı müddətcə qoruyar. Oruc tutan cahillik edib pis söz söyləməsin! Ona sataşana “Mən orucam” desin!” buyuruldu. [Buxari]
Gözü və dili günahlardan qoruduğumuz kimi, qulaqlarımızı da qorumalıyıq. Söyləməsi haram olan şeylərə qulaq asmaq da haramdır. Əl, ayaq və digər üzvlər də haramdan qorunmalıdır! Oruc tutub bədən əzaları ilə günah işləyən, dərman əvəzinə zəhər içən xəstəyə bənzəyir. Çünki günah zəhərdir, savabları məhv edər. Bir günah işlədikdən sonra peşman olmaq, yaxşı işlərə və ibadətlə məşğul olmağa davam etmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину