Facebook Twitter WhatsApp

Oruc tutmaq faydalıdır

Sual: Oruc tutmaq bədənə zərərlidirmi?

CAVAB

Xeyir, çünki Allahu təala zərərli olan heç bir şeyi əmr etməz. Tibb mütəxəssisləri deyir ki:

Oruc tutan insanlarda adrenalin və kortizon hormonları qana daha asan qarışır. Bu hormonlar xərçəng hüceyrələrinə də təsirini göstərir. Beləliklə, bu hormonlar xərçəngə qarşı bir növ qalxan rolunu oynayır, yəni xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Oruc tutan bədən demək olar ki, müalicə olunur, daxili orqanları əhatə edən yağlar əriyir, orqanizm canlanır, müqavimət gücü artır, mədə, böyrək, şəkər, ürək və qaraciyər xəstəliklərinə qarşı müqaviməti artır.

Oruc tutarkən qaraciyər 3-5 saat dincəlir, bir müddət qida depolama işinə fasilə verir. Bu zaman qorunma sistemini gücləndirən qlobulinləri hazırlayır. Oruc zamanı mədədəki əzələlər və ifrazat hüceyrələri bir neçə saat dincəlir. Qan həcmi azaldıqca təzyiq düşür və ürək rahatlaşır.
Qida qalıqları yaxşı ərimədikdə damarları tutur. Əriməyən yağlar damarları daraldır, damar sərtliyi deyilən narahatlığa səbəb olur. Axşama tərəf qida bədəndə demək olar ki, qalmır. Yəni bütün qidalar ərimiş olur. Buna görə də bəzi xəstəliklərə, hətta damar sərtliyi olan xəstələrə oruc tutmaq yaxşı təsir edir. Oruc tutarkən bədənin digər orqanları da dincəlir. Az yemək və oruc tutmaq orqanizmin sağlamlığı üçün vacibdir. Zəkat malın kiridir. Zəkat verən malını kirdən qoruduğu kimi, oruc tutan da bədəninin zəkatını ödəyir, xəstəliklərdən qoruyur. Peyğəmbər əfəndimiz “Hər bir şeyin zəkatı var. Bədənin zəkatı isə orucdur. Oruc tutun, sağlamlıq tapın!” buyurmuşdur.  (İbni Macə, Tabərani)
Orucun faydaları çoxdur. İki hədisi-şərif:

“Oruc əti əridir və Cəhənnəm odundan uzaqlaşdırır. Gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin təsəvvür edə bilmədiyi nemətlər, ancaq oruc tutanlara nəsib olar.” [Tabərani]
“Bir şəxs Allah rizası üçün bir gün oruc tutarsa, Allahu təala bu bir günlük orucuna görə onu 70 il Cəhənnəm odundan uzaq tutar”. [Buxari]
Orucun savabı başqa ibadətlərə görə daha çoxdur. Hədisi-qudsidə “Hər bir yaxşılığa 10 mislidən 700 misliyə qədər savab verilir, lakin oruc mənə məxsusdur, onun mükafatını mən verərəm, çünki qulum  şəhvətini və yeyib-içməyini mənə görə tərk etmişdir” buyuruldu. [Buxari]
Allahu təala hər bir yaxşılığın savabını verdiyi halda, orucun savabı üçün “Mən verərəm” buyurmasında bir hikməti vardır. Bütün yer üzü Allahu təalanın mülkü olsa da, Kəbəni “Beytullah”, yəni “Allahın evi” adlandırmaq ona şərəf vermək üçündür. “Oruc mənə məxsusdur” deməklə də ona xüsusi bir şərəf vermişdir. Oruc tutana verilən savabın müəyyən bir ölçüsü yoxdur. Oruc tutanın vəziyyətindən asılı olaraq çoxlu savab veriləcəkdir. Başqaları yeyərkən oruc tutmaq daha da savabdır. Hədisi-şərifdə “Oruc tutmayanlar oruc tutanların yanında yedikdə mələklər oruc tutanlara dua edər” buyuruldu. [Tirmizi]
Hər hansısa bir səbəbdən nafilə oruc tuta bilməyənlər şükür edib qonaqlara və yoxsullara yemək yedirməlidir. Hədisi-şərifdə “Şükr edib yemək yedirən, səbr edib oruc tutan kimidir” buyuruldu. [Tirmizi]
Şükür edənlərə çox mükafat veriləcəkdir. Şükür İslama uymaq deməkdir.
İmam Rəbbani həzrətləri “Ramazanda nafilə ibadətlərə verilən savab başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Kim bu aya hörmətsizlik etsə, bu ayda günah işləsə, bütün ili günah işləməklə keçər” buyurmaqdadır.
Buna görə də xüsusən Ramazan ayında günahlardan daha çox çəkinmək lazımdır. Müqəddəs yerlərdə edilən ibadətlərə də daha çox savab verilər. Hədisi-şərifdə “Məkkədə bir Ramazan orucu tutmaq, başqa yerdə tutulan min Ramazan orucundan üstündür” buyuruldu. [Bəzzar]
Cümə günü edilən ibadətlərə də qat-qat savab verilir. Cümə günü işlənən günahlar da iki qat yazılır. Dəyərli günlərin qədrini bilmək və lazım olanı etmək mütləqdir.

 

Yayda oruc tutmaq zərərlidirmi?


Sual: Bəzi şəxslər yayda oruc tutmaq mövzusunda “Xüsusən də yay günlərində gündüzləri yeyib-içməmək, gecələri yeyib-içmək sağlamlığa zərərli olmaqla yanaşı, müxtəlif xəstəliklərə səbəb olur” deyirlər. Bu sözlərin əsası vardırmı?

CAVAB

Bu və bu kimi sözlərin heç biri düzgün deyil, əsassızdır. Çünki orucun fəzilətlərindən biri də  iftar vaxtı mədəni doldurmamaq və iştah varkən yeməkdən əl çəkməkdir. Bu ədəbə riyaət edənlərin xəstə olmaq deyil, əksinə sağlamlıq tapacaqlarını bütün təbiblər, həkimlər tərəfindən yekdilliklə bildirilmişdir. Şübhəsiz ki, belə oruc tutmaq sağlamlıq üçün faydalıdır. Əgər belə deyənlərin bu yalan ifadələri doğru olsaydı, İslam ölkələrində Ramazan ayında hər bir müsəlmanın xəstə olması, çoxlu sayda insanların ölməsi lazım olardı. Halbuki  sağlamlıq statistikasında Ramazan ayında digər aylarla müqayisədə heç bir ziddiyət görünməyib. Məntiqlə də düşünəndə bir çox insan səhər və axşam olmaqla gündə iki dəfə yemək yeyir. Adət halına gəlmiş iki yemək vaxtının birini bir neçə saat dəyişməklə orqanizmdə hansı dəyişiklik baş verə bilər? Ola bilər ki, orucluq ayında, yəni Ramazanın əvvəlində insan bir-iki gün dəyişiklik hiss edə bilər. Bu baxımdan oruc tutmaqla bağlı sağlamlıqda heç bir dəyişiklik olmur.

 

Sual: Bəzi insanlar mədəm narahat olur deyib, oruc tutmaq istəmirlər. Oruc tutarkən mədə narahat olub ağrıyırmı?

CAVAB

Oruc tutmaq mədə narahatlığına səbəb olmur. Əksinə, mədənin sağlamlığı üçün faydalıdır. Bu məqam bu günkü müasir tibb mütəxəssisləri tərəfindən aydın və qəti şəkildə sübut edilmişdir. Müxtəlif xarici dillərdə mütəxəssis təbiblər, həkimlər tərəfindən yazılmış tibb kitablarında bir neçə xəstəliklərin yeyib-içmək mövzusunda pəhriz saxlamaqla müalicə edilmələri, yaxud da pəhriz saxlayaraq müalicənin asanlaşacağı açıq-aşkar bildirirlir.

 

Sual: Bəzən deyirlər ki, oruc tutmaq insanın iradəsini zəiflədir. Doğrudan da oruc tutanda belə bir şey olurmu?

CAVAB

Deyilənlərin əksinə olaraq oruc tutmaqla insanın güclü bir iradəyə sahib olması dəqiqdir, buna heç bir şübhə yoxdur. Çünki oruc tutmaqla bir çox insanların spirtli içkilərdən, narkotik vasitələr kimi pis vərdişlərdən oruc vasitəsilə xilas olduğu görülür.

“Oruc tutun, sağlam olun”

Sual: Oruc tutmaq insan sağlamlığına zərərlidir, deyənlərə qarşı nə demək lazımdır?

CAVAB

Peyğəmbər əfəndimiz bir hədisi şəriflərində: “Oruc tutun, sağlam olun” buyurmuşdur. Oruc tutmaq sağlamlığa zərərli deyil, əksinə çox faydası vardır. Oruc tutmağın orqanizmə olan faydalarından bəziləri belə bildirilir:

Oruc tutmaq bir il ərzində fasiləsiz işləyən mədə ilə birlikdə bütün həzm sistemini dincəlməyə sövq edir və insan orqanizmini tənzimlənməyə tabe edir. Beləliklə həzm sistemi dincəlmiş olur. İnsanlarda ən çox rast gəlinən narahatlıq həzmsizlik və həzm pozğunluğudur. Piylənmə ürək-damar xəstəliklərinə, şəkərə və yüksək təzyiqə səbəb olur. Oruc tutmaq bütün bu xəstələliklərə qarşı qoruyucu vəzifə daşımaqla yanaşı, həm də müalicə vasitəsidir. Bu gün həkimlər  bir çox xəstəliklərdən xilas olmaq  üçün pəhriz lazım olduğunu bildirirlər.

Oruc tutmaq orqanizmdə karbohidrat, zülal və xüsusilə də yağ ehtiyatlarının aktivləşməsini təmin edir. Oruc sayəsində maddə süzməkdən azad olan böyrəklər yoxlamadan, təmirdən keçir, dincəlmə və bərpa etmək imkanı tapır.

Bütün bu bildirilənlər orucun insan sağlamlığına zərərli olduğunu deyənlərin yalan və böhtanlarını üzlərinə vurur. Orucun zərərli olduğunu söyləyənlər yalan danışarkən, kaş ki, elmi özlərinə yalançı şahid kimi gətirməsinlər.

Oruc  vaxtı qəməri aylara görə təyin olunduğundan hər il şəmsi il hesablaması ilə əvvəlki ildən  10-11 gün tez gəlir. Bu səbəbə görə təxminən otuz üç il ərzində hər fəsildə oruc tutmaq mümkün olur.

Oruc tutmaq çətin olan yerlərdə orucu pozmayanlara daha çox savab verilir. Heç bir səbəb olmadan aşkar orucunu pozan, bu aya hörmət etməmiş sayılır.

Oruc tutmaq insan sağlamlığı üçün hər cəhətdən faydalıdır. Çünki müayinələr nəticəsində oruc tutanların gündüz qan həcminin və toxuma mayesinin azalıb nəticədə minimuma çatdığı, kiçik təzyiqin aşağı düşdüyü, ürəyin rahatladığı aşkarlanmışdır. Oruc tutan insanın sinir sistemi də rahatlayır. Bir ibadətin yerinə yetirilməsinin xoşbəxtliyi gərginliyi və sıxıntıları azaldır, hətta aradan qaldırır.

 

Orucun mənəvi faydaları da var

Sual: Oruc tutmaq yalnız bədənə faydalıdır? Mənəvi cəhətdən də faydalı deyilmi?

CAVAB: Oruc tutmaq insanlara həm maddi, həm də mənəvi faydalar bəxş edir. Bütün il ərzində müxtəlif yeməkləri əritməkdən yorulan insanın mədə və bağırsaqları ildə bir ay dincələrək sağlamlığını qoruyur. Bunlar maddi faydalarıdır.

Mənəvi faydası isə budur ki, oruc tutan aclıq çəkən bir insanın çəkdiyi iztirabı hiss edir və möhtac olanlara yardım etmək ehtiyacı duyur. Bu da insanların bir-birinə yardım etməsinə səbəb olur. Bir-birinə yardım edən insan birliyi arasında heç bir münaqişə olmaz. Bundan əlavə Allahu təalanın əmrini yerinə yetirmək üçün gündüzlər bir ay oruc tutan müsəlman Cənabı Haqqın digər əmrlərini yerinə yetirmək vərdişi qazanır və başqa əmrləri etməyə istedad, yəni qabiliyyət əldə edir.

Oruc tutan insanın yalnız mədəsini dincəltməsi, pəhriz saxlamağı düşünməsi, orucun səhih və məqbul olmamasına səbəb olar. Çünki oruc tutmaq təkcə ac və susuz qalmaqdan, zahiri və lazımsız əməllərdən ibarət deyil. Orucun bir çox gizli faydaları da vardır. Elmi və idrakı yüksək olanlar bilirlər ki, bədən ruhun məkanı və nəfsin istəklərinin fırlandığı yerdir. Nəfsin bədən istəkləri nə qədər çox olsa və bədən üzərində nə qədər qalib gəlsə, ruhun inkişafı da bir o qədər az olar, hətta heç olmaz. Bütün dinlərdə nəfsin istəklərini yerinə yetirməmək, yəni riyazət çəkmək Allahu təalaya yaxınlaşmağa vəsilə olduğu bildirilmişdir. İslam alimləri yalnız yeyib-içməyi tərk edib yalan və qeybətdən çəkinməməklə tutulan orucun faydasız bir əməl olduğunu bildirmişlər.

Oruc tutmağın Allahu təalanın əmri olduğuna inanmaq və savab gözləmək lazımdır. Günlərin uzun, oruc tutmağın çətin olmasından şikayət etməməlidir. Günün uzun olmasını, oruc tutmayanlar arasında çətinliklə oruc tutmasını fürsət, hətta qənimət bilməlidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину