Facebook Twitter WhatsApp

Namazdan sonra iftar açmaq

Sual: Orucu xilas etməkçün əvvəlcə axşam namazını qılıb sonra iftar açmaqda zərər varmı?

Cavab: İftarı axşam namazından əvvəl açmaq müstəhəb olsa da, bir ibadəti pozmaq şübhəsindən qurtarmaq üçün müstəhəb tərk edilməlidir. Əvvəlcə axşam namazını qılınmalı, sonra iftar edilməlidir. Beləcə iftar yenə də, ulduzlar görünmədən əvvəl olacaq. Yəni tələsik olar və oruc, pozulmaq təhlükəsindən qurtular. Axşam namazını vaxtı çıxmadan, təkrar qılmaq mümkündür. Təqvim, saat , top və azan səhv olsa, orucu xilas etmək mümkün olmayacaq. İbn Abidin, namaz vaxtlarını izah edərkən buyurur ki:

“İftar açmaq üçün günəşin batdığını iki adil Müsəlmanın xəbər verməsi lazımdır. Xəbər verən bir nəfər də olsa, zərər yoxdur.”

Görünür ki, təqvimi hazırlayanın və iftar topu atanın, azan oxuyanın adil olmaları lazımdır. Adil, yəni böyük günah işləməyən və kiçik günaha aludə olmayan müsəlman deməkdir. Buna görə də Ramazanın, bayramın və həcc vaxtının gəlməsini, iftar və namaz vaxtlarını anlamaqda və bütün din işlərində, etiqadı və əməli yanlış olanların sözlərinə tabe olmaq caiz deyil.

***

Sual: İmsaq vaxtından əvvəl və imsaqdan sonra oruca necə və nə şəkildə niyyət edilir?

Cavab: İmsaq vaxtından əvvəl oruca niyyət edərkən; “Niyyət etdim, sabah oruc tutmağa” deyilir. İmsaq vaxtından sonra niyyət edərkən; “Niyyət etdim bu gün oruc tutmağa” deyə niyyət edilir.

***

Sual: Məscidə gedən kimsə, işanın fərzimi, yoxsa təravihmi qılındığını bilməsə, necə hərəkət etməlidir?

Cavab: Məsciddəki camaata, namaz arasında çatan kimsə, işanın fərzimi, yoxsa təravihmi qılındığını anlaya bilməsə, fərzə niyyət edərək imama uyar. Əgər təravih qılınırsa, onun namazı, fərzdən əvvəl olduğu üçün nafilə olacaq. Çünki fərzdən əvvəl təravih qılınmaz. Dərhal fərzi tək qılıb, təravihin bir hissəsini camaatla qılar. Əksik qalan rükətlərini, sonra yalnız qılar. Bundan sonra da, vitir namazını qılar.

***

Sual: Ramazanda bir üzür səbəbilə tutulmayan orucları qəza etmək də fərzdirmi və bunların niyyət vaxtı da, ramazan orucundakı kimidir?

Cavab: Ramazanı-şərif orucu, hər Müsəlmana fərz olduğu kimi, üzürlü səbəbdən tuta bilməyənlərin qəza etmələri də fərzdir. Qəza və kəffarə orucuna, müəyyən olmayan nəzir oruclarına imsaqdan sonra niyyət etmək olmaz.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину