Facebook Twitter WhatsApp

Namaz kəfarəti

Sual: Ramazan ayının son cümə namazından sonra 4 rükət kəfarəti-namaz qılınarsa, bütün qəza borclarının əfv olunacağını deyirlər. Bu doğrudurmu?

CAVAB
Doğru deyildir. Bu namaz sadəcə namazları vaxtında qılmamaq və gecikdirmək günahları üçün olunan tövbənin qəbuluna vəsilə olur.

Kəffarəti-namaz və mübarək zamanlarda edilən digər ibadətlər, qəza edilmiş olan fərz namazların qəzaya saxlamaq və qəzasını gecikdirmək günahlarının bağışlanması məqsədilə olunan tövbənin qəbul olması üçündür. Yoxsa  ki, qılınmamış namazlar qəza edilmədikcə bağışlanmaz. Həmçinin, oruc kəfarəti də oruc borcunu ödəmir, gün sayı qədər orucun qəzası da lazımdır. (S. Əbədiyyə)

Bu dörd rükətli namazın hər rükətində bir Fatihə, bir Ayətəl-kürsi və 10 Kövsər surəsi oxunur. “Qəzaya qalan və qəzası gecikən namazlarımın günahlarının bağışlanması üçün, kəfarət namazı qılmağa” deyə niyyət edilir. Cümə namazından sonra əsr namazına qədər qılınır.

Eynilə əsrin sünnəti kimi qılınır. Ondan tək fərqi hər rükətin qıyamında Fatihədən sonra 1 Ayətəl-kürsi ilə 10 Kövsər surəsi oxunur, digərləri eynidir. Ayətəl-kürsidən və Kövsərdən əvvəl Bəsmələ oxumaq vacib deyil, oxunsa da zərəri yoxdur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину