Facebook Twitter WhatsApp

Şaban ayı

Rəsulullah əfəndimiz Şaban ayına çox dəyər verər və “Ya Rəbbi, Rəcəb və Şabanı bizlər üçün mübarək et və bizi Ramazana çatdır” deyə dua edərdi.

Aişə anamız buyurur ki:

“Rəsulullahın heç bir ayda Şaban ayından daha çox oruc tutduğunu görmədim. Bəzən Şabanın hamısını orucla keçirərdi.” [Buxari]

Şaban ayında nə üçün çox oruc tutduğu soruşulduğu zaman Rəsulullah əfəndimiz buyurdu ki:

“Şaban elə fəzilətli bir aydır ki, insanlar bundan qafildir. Bu ayda əməllər aləmlərin Rəbbinə ərz edilər. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyərəm.” [Nəsai]

Bu mövzudakı hədisi-şəriflərdən bəziləri belədir:

“Ramazandan sonra ən fəzilətli oruc Şaban ayında tutulan orucdur.” [Tirmizi]

“Şabanda üç gün oruc tutana Haqq təala Cənnətdə bir yer hazırlayar.” [Ey Oğul Elmihalı]

Vücudu zəif olanın Şabanın 15-dən sonra oruc tutmayıb, fərz olan Ramazanı-şərif orucuna hazırlanması yaxşı olar. Sağlamlığı yerində olan isə Şaban ayının çoxunu, hətta hamısını oruclu keçirə bilər.

Bərat gecəsi Şaban ayının on beşinci gecəsidir. Yəni 14 Şabanın bitdiyi günün gecəsidir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Şabanın 15-ci gecəsini ibadətlə, gündüzünü də orucla keçirin! O gecə Allahu təala buyurar ki: “Əfv istəyən yoxdurmu, əfv edim. Ruzi istəyən yoxdurmu, ruzi verim. Dərdli yoxdurmu, səhhət, sağlamlıq verim. Nə istəyən varsa, istəsin verim”. Bu hal səhərə qədər davam edər.” [İbni Macə]

“Bu beş gecədə edilən dua geri çevrilməz. Rəqaib gecəsi, Bərat gecəsi, Cümə gecəsi, Ramazan və Qurban bayramı gecəsi.” [i. Asakir]

Bu gecəni qənimət bilmək, tövbə, istiğfar etmək, qəza namazı qılmaq, Qurani-Kərim oxumaq, xüsusilə elm öyrənmək lazımdır. Ən qiymətli elm doğru yazılan elmihal bilgiləridir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину