Sual: Sələfi bir gənc, “Qəbirstanda Quran oxumaq caiz deyil” deyir. Qəbirstanda Quran oxumaq sünnət deyildirmi?
CAVAB
Bəli, sünnətdir. Üç hədisi-şərif məali belədir:
“Ölülərinizə Yasin oxuyun!” (İ.Əhməd)
“Yasini-şərif oxuyun. Onda, on bərəkət vardır: 1- Ac oxuyarsa, doyar. 2- Çılpaq oxuyarsa, geyinər. 3- Subay oxuyarsa, evlənər. 4- Qorxan oxuyarsa, əmin olar. 5- Qəmgin oxuyarsa, rahatlayar. 6- Qonaq oxuyarsa, səfərdə yardım görər. 7- İtkin düşən tapılar. 8- Xəstə oxuyarsa, şəfa tapar. 9- Ölüyə oxunarsa, əzabı yüngülləşər, 10- Susayan oxuyarsa, suya qovuşar.” (Deyləmi)
“Ana-atasının və ya birinin qəbrini hər Cümə günü ziyarət edib Yasin surəsini oxuyana Allah Yasindəki hər hərf miqdarı qədər məğfirət edər.” (İ.Rafii)
Əhməd ibn Hənbəl həzrətləri, “Qəbirstana girəndə Fatihə, Qul-Əuzülər və İxlas surələrini oxuyun! Savabını ölülərə göndərin! Savabı hamısına vasil olar” buyurdu. Hədisi-şərifdə də, “Bir kimsə, qəbirstandan keçərkən, 11 dəfə İxlas surəsi oxuyub savabını ölülərə hədiyyə edərsə, özünə də ölülərin sayı qədər savab verilər” buyuruldu. (Ətfalül-müslimin-İmamı- Birgivi)
Qəbirstanda Qurani-kərim oxumaq sünnətdir. (Seyyid Əhməd Tahtavi)
Qəbirstanda oturub Qurani-kərim oxumaq caizdir. (Hələbiyi- kəbir s. 496)
Qəbirstanda Qurani-kərim oxuyub, savabı ölülərə hədiyyə edilməlidir. (Fətavayı-Hindiyə c.5, s.350)
Qəbirstanda yüksək səslə və ya yavaş Mülk surəsi və ya digər surələr oxumaq olar. (Zahirə)
Qurani-kərimin səsini duyaraq ölünün rahatlamasına niyyət edən, yüksək səslə oxuyar. (Haniyyə)
Sələfi gənc, məzhəbsiz İbni Teymiyyə və tələbəsi İbni Qayyımdan nümunə verdikdən sonra, “Qəbrimi bayram etməyin” və “Evlərinizi qəbrə çevirməyin, evlərinizdə namaz qılın” hədislərinin qəbirdə Quran oxumağın bidət olduğunu göstərdiyini söyləyir.
Hədis alimlərindən Abdülazimi-Münziri həzrətləri, “Qəbrimi bayram etməyin!” hədisi-şərifini açıqlayarkən, “Qəbrimi bayram kimi ildə bir dəfə ziyarət etməklə kifayətlənməyin! Hər zaman ziyarət etməyə çalışın!” demək olduğunu bildirmişdir. “Evlərinizi qəbrə çevirməyin” hədisi-şərifi də, “Evlərinizi namaz qılmamaqla, qəbirlərə bənzətməyin” deməkdir, çünki qəbirstanda namaz qılınmaz. Buna görə, “Qəbrimi bayram etməyin” hədisi-şərifinin mənası da, “Qəbrimi ziyarət üçün, bayram kimi müəyyən gün təyin etməyin! Yəhudilər və Xristianlar, Peyğəmbərlərinin məzarlarını ziyarət üçün yığışıb çalğı çalar, bayram edərdilər. Siz də onlar kimi etməyin, ziyarət üçün, bayramda haram şeylərlə əylənən kimi, çalğı çalmayın, mərasim qurmayın” deməkdir. (F. Bilgilər)
В корзине: 0 шт.
на сумму: 0