Facebook Twitter WhatsApp

Verməzsə Məbud

Sultan Mahmud xan adi paltar geyərək bir çayxanaya girər. Yaşlı çaycıya hər kəsin tıxandı baba deyə xitab etdiyini görüb, bu ləqəbin haradan gəldiyini soruşar. Çaycı deyər:

- Bir gecə yuxumda bulağın daha yaxşı axması üçün çomaq soxub açmağa çalışdımı gördüm. Çomaq qırıldı, suyun axması da azaldı, bir az da çalışdım, amma bulaq tamam tıxandı, su heç axmaz oldu. Bunu qonşulara danışanda, adım tıxandı baba oldu.

Sultan Mahmud xan, vəzirə, “Bir ay hər gün bu adama bir nimçə paxlava aparın. Hər dilimin altına bir qızıl qoyun”, deyə təlimat verir.

Ertəsi gün paxlava gəlir. Çaycı, “paxlavanı satım, üç-beş qəpik alım” deyər. Bir Yəhudi paxlavanı bazar qiymətindən daha aşağı alar. Paxlava yeyərkən qızılları görər. Yəhudi bir şeylər anlamağa çalışar. Ertəsi günü çaycını görüb, “Sənə paxlava gətirən olsa mən yenə daha yüksək qiymətdən alaram” deyər. Yəhudi hər gün qiyməti artıraraq almağa davam edər. Çaycı da yaxşı pul qazanıram deyərək baklavaya heç toxunmadan satar.

Bir ay sonra paxlava gətirmə işi bitər. Sultan, çayçı çox zənginləşmiş deyə düşünür. Padşah paltarıyla çaycının yanına gəlir. Çayçıda bir dəyişiklik olmadığını anlayınca, “Baklavaları nə etdin?” deyə soruşar. O da, heç birini yemədən satdığını söyləyər. Xəzinədən bir miqdar qızıl vermək üçün çayçını saraya dəvət edir. Sonra, “Bu kürəyi al, qızılların altına sal, kürəkdə nə qədər qızıl qalsa hamısı sənin olsun” deyər. Çayçı həyəcanlanır, daha çox qızıl almaq üçün kürəyi qızıllara sapar. Tərs sapdığı üçün kürəyin üstündə bir qızıl qalar. Sultan “Demək nəsibin bu qədərmiş” deyər. Daha başqa fürsətlər verər, amma, heç birindən nəticə alınmayınca, sultan deyər ki:

Verməyincə Məbud, neyləsin sultan Mahmud!