Facebook Twitter WhatsApp

Sən də razı ol!

    Soyuq və dondurucu bir qış gecəsi idi. Anası yatdığı yerdən oğluna səslənib su istədi. Bəyazidi Bistami (quddisə sirruh) həzrətləri dərhal atılıb su səhəngi götürməyə getdi. Lakin səhəngdə su qalmadığından, bulaqdan doldurub gəldi. Buzlarla qablı testi ilə anasının başına gəldiyində, təkrar yatdığını gördü. Oyandırmağa qıya bilmədi. O halda gözlədi. Nəhayət anası oyandı və Su, su! deməyə başladı.

    Bəyazid həzrətləri əlində səhəng gözləyirdi. Şiddətli soyuq təsiri ilə əli donmuş, barmaqları səhəngə yapışmış idi. Bu halı görən anası dedi ki

    - Balam, səhəngi nə üçün yerə qoymursan, əlində saxlayırsan

    - Anacan oyandığınız zaman, suyu dərhal verə bilmək üçün əlimdə saxlayıram.

    Bunu eşidən anası canı könüldən dua etdi.

   - Ya Rəbbi! Mən oğlumdan razıyam. Sən də razı ol!

     Bəlkə də anasının bu duası səbəbiylə, Allahü təala ona övliyalığın çox yüksək mərtəbələrinə qovuşmağı lütf etdi. İstanbula gəldiyi, keşişlərin bir yığıncağında olduğu və aralarından yüzlərin imanla şərəflənməsinə vəsilə olduğu rəvayət edilməkdədir.