Facebook Twitter WhatsApp

Qorxuram ki, torpaq məni qəbul etməsin 

Sirri Səkati həzrətləri bir gün sohbət zamanı tələbələrinə, “30 il əvvəl dediyim bir əlhamdulilləh üzündən, 30 ildir tövbə istiğfar edirəm” dedikdə, tələbələr təəccüblə səbəbini soruşdular. Belə izah etdi:

Günlərin bir günü bazarda yanğın çıxmışdı, bütün mağazalar; ayaqqabı, paltar, dərzi dükanları demək olar ki, tamamilə yanmışdı. Bunu mənə gəlib xəbər verəndə, sənin dükanına heç bir şey olmayıb, dedilər. Mən də qeyri-ixtiyari “əlhamdulilləh” dedim. Sonra öz-özümə, “din qardaşlarının malı-mülkü yansın, səninki xilas oldu deyə sən həmd et, bu necə Müsəlmanlıqdır”, deyərək çox üzüldüm, ağlayıb çox tövbə etdim. Dükanları yanan din qardaşlarıma bənzəmək üçün, dükkanımdakı bütün malları kasıb-kusuba payladım. 30 ildir da tövbə edirəm, hələ vicdan əzabından xilas ola bilmədim. Mən ölüncə məni kimsəsiz bir yerə basdırın, qorxuram ki, torpaq məni qəbul etməsin, dostlarım arasında utanaram.