Cüneydi Bağdadi həzrətlərinin tələbələrindən biri, gördüyü yuxular üzərinə, “Artıq mən kəmala gəldim. Söhbətə lüzum qalmadı” vəsvəsəsinə qapılıb, bir kənara çəkildi.
Bundan sonra gördüyü gözəl yuxular daha da artdı. Yuxusunda gah uçur, gah insanlara nəsihət edir, gah bağ-bağça içində, gözəl çaylar və çox ləzzətli yeməklər yediyini görürdü. Onu tapıb, söhbətlərə niyə qatılmadığını soruşan yoldaşlarına bu halını izah etdi, artıq elmi tamamladığına inandığını, bundan sonra da irşadla məşğul olacağına dair qərar verdiyini söylədi.
Yoldaşları dönüb, Xocaları Cüneydi Bağdadi həzrətlərinə vəziyyəti ərz etdikləri zaman, “Madam belədir, gedin ona deyin, onu bu gecə Cənnətə aparsalar, Cənnətə getdiyi zaman üç dəfə Lə havlə ... oxusun” buyurdu.
Tələbələr gedib, ona bunu söylədilər. O da, yaxşı, elə bir şey olsa oxuyuram dedi.
Həqiqətən o şəxsi yuxusunda Cənnətə apardılar. O kimsə Cənnətə çatdığı zaman üç dəfə Lə havlə oxudu. Gördüklərini və özündə hasil olan şeytani halların hamısını unutdu. Bir anda özünün pislik və zibillik içərisində olduğunu gördü. Oyandığı zaman içinə düşdüyü səhvi anladı. Çox peşman olub tövbə etdi və gəlib Xocasının əlini öpdü. Söhbətlərə davam edib, tələbələr arasındakı yerini tutdu.
Cüneydi Bağdadi həzrətləri ilk söhbətində onlara buyurdu ki:
“Yuxulara etibar etmək olmaz. Yuxudakı padşahlığın nə qiyməti var? Oyanıqkən əldə olana baxmaq lazımdır. Hər kəsə bir rəhbər, mürşidi-kamil lazımdır. Əks halda şeytan gəlib ona müsəllət olar və insan Allah qorusun ona tabe olar. Sadiq olan, ixlaslı olan hər axtardığını mürşidində axtarar və tapar. Bu din ədəb dinidir, əhdə vəfa dinidir. Xocam həyatda ikən tam 30 il din haqqında danışmadım. Sonunda əmrlə danışdım, yəni danışmağımı əmrlə danışdım, ancaq ondan sonra müəllimimdən öyrəndiklərimi nəql etməyə başladım. Özümdən bir şey demədim. Xocamdan nəql etdiklərimi, öz bilgim kimi danışsaydım, oğurluq etmiş olardım. Böyüklər evdən bir şey gətirməzlər, oğurluq etməzlər, özlərinə aid etməzlər. Kimsə özünü bir şey zənn etməsin, bu yolda olmaq yoxdur, yox olmaq vardır. Aynaya baxıb da özündən diksinmyən, öz üzünə tüpürməyən, bu böyüklərin kəmalatından məhrumdur, yəni istifadə edə bilməmişdir.”
В корзине: 0 шт.
на сумму: 0