Facebook Twitter WhatsApp

Namaza gələnin fərqi

    Harun Rəşid, bir Ramazan günü Bəhlula, axşam namazında məscidə getməsini və namaza gələn hər kəsi iftara dəvət etməsini söylədi.

    Axşam oldu, namaz qılındı, namazdan sonra Bəhlul 5-10 nəfər bir qrupla gəldi. Harun Rəşid çaşdı

- Axşam məscidə bu qədər insanmı gəldi

      Bəhlul cavab verdi

-  Siz mənə məscidə gələnləri deyil, namaza gələnləri iftara çağır dediniz. Namazdan sonra məscid qapısında dayandım, çıxan hər kəsə imamın namaz qıldırarkən hansı surəni oxuduğunu və daha başqa şeylər soruşdum. Onları da tək bu gətirdiyim kəslər bildi. Məscidə gələn çox idi amma namaza gələn bu qədər imiş.