Facebook Twitter WhatsApp

Heç bir ədəbsiz Allahın vəli qulu ola bilməz

Bəyazidi Bistami həzrətlərinə sevənlərindən bir neçəsi, “Filan şəhərdə alim, övliya bir şəxs var, ziyarət edək” deyə israr etdilər. Sonunda onları üzməmək üçün razı oldu, o şəxsi görmək üçün yola çıxdılar. Nəhayət o şəxsin olduğu şəhərə gəldilər. Məscidi soruşub, o istiqamətə doğru getdilər. Tam məscidə 200-300 metr qalmışdı ki o şəxsi məscidin qarşısında gördülər. Dərhal, “Budur, o mübarək şəxs, bu gördüyümüz adam”, deyə söylədilər. O şəxs o anda yerə tüpürdü. Bunu görən Bəyazidi Bistami həzrətləri, “Geri dönürük, görüşməyə lüzum qalmadı”, dedi. Sevənləri təkid etdi, “Xocam, bu qədər yolu qət etdik, o mübarək şəxs də tam qarşımızdadı, görüşmədən necə geri qayıdaq” dedilər. Lakin təkidləri fayda vermədi. Sevənləri yenə “Alim və övliya şəxsdir, bir görüşsək” deyə israr edincə, Bistami həzrətləri buyurdu ki:

“O kimsə, övliya və alim ola bilməz. Qiblə tərəfinə tüpürdü. Bu adam Rəsulullaha qarşı lazım olan ədəblərdən birinə riayət etmədi. Vəli olmaq üçün lazım olan ədəblərə də riayət edə bilməz. Heç bir bi ədəb, Vasili ilallah olmamışdır. Yəni, heç bir ədəbsiz Allahu Təalanın vəli qulu, sevgili qulu ola bilməmişdir.”