Facebook Twitter WhatsApp

Fidanlar indidən meyvə verdi

  Bir hökmdar adamları ilə birlikdə gəzintiyə çıxmışdı. Yol üstündəki bir kənddə çox yaşlı bir adamın tarlasına fidan əkməklə məşğul olduğunu gördü, çalışması xoşuna gəldi, yanına gəlib zarafat etmək istədi

- Baba, sən niyə fidan əkməklə məşğul olursan Maşallah yaşın xeyli keçib, bu əkdiyin fidanların meyvəsindən bəlkə də yeyə bilməyəcəksən.

Yaşlı adam cavab verdi

- Bu əkdiyim fidanların meyvəsini bizim yeməyimiz şərt deyil. Biz necə ki, bizdən əvvəl əkilən fidanların meyvəsindən yeyirik, bizim əkdiyimiz fidanların meyvəsini də bizdən sonrakılar yeyər.

Bu cavab hökmdarın xoşuna gəldi və mükafat olaraq ixtiyara bir kisə qızıl verilməsini əmr etdi. İxtiyar bu ehsanı təbəssümlə qarşıladı

- Gördün ki, oğlum, bizim əkdiyimiz fidanlar indidən meyvə verməyə başladı.

Bu cavab da hökmdarın xoşuna gəldi, bir kisə daha qızıl verilməsini əmr etdi. Yaşlı kəndçi güldü

- Oğlum, hər kəsin əkdiyi fidan ildə bir dəfə meyvə verir, bizim əkdiyimiz fidan ildə iki dəfə meyvə verdi.

Bu cavab da hökmdarın xoşuna gəldi və bir kisə daha qızıl verilməsini əmr etdi. Amma bu dəfə vəzir araya girdi və hökmdara xəbərdarlıq etdi

- Aman Sultanım tez burdan uzaqlaşaq. Yoxsa bu yaşlı bu gedişlə xəzinəyə də darı əkəcək.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину