Facebook Twitter WhatsApp

Bağlanmayan qapı

   Bir zamanlar bir əyalətin valisi olan bir nəfərin çox gözəl bir bağçası var idi. Rəngarəng çiçəklərlə əkilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün vali bu bağçaya gəlir. Orda bağbanın xanımını görür. Qadın çox gözəl idi. Vali, bir bəhanə ilə qadının əri olan bağbanı, bir iş üçün çölə göndərir. Qadına da deyir ki

- Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın!

Qadın ağıllı və namuslu idi. Valinin özünə qarşı pis niyyətdə olduğu başa düşdü. Gedib bir ağacın arxasında gizləndi və bir az sonra gəlib dedi ki

Qapıları bağladım. Ancaq bir dənəsini qaldı. Onu bağlamağa gücüm çatmadı. Nə qədər çalışsam da bağlanmadı.

- O, hansı qapıdır.

  Bu qapı, Allahu təalanın bizi gördüyü qapıdır.

  Vali bu sözü eşidəndə peşman oldu, tövbə etdi. Özünü elmə və ibadətə verdi. Allahu təalanın sevgili qullarından biri oldu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину