İbrahim Havvas, İslam alimlərinin böyüklərindən və övliyanın üstünlərindəndir. Cüneydi Bağdadinin tələbəsidir.
Hicri 291-ci ildə vəfat etmiş olub, qəbri Rey şəhərindədir. Özü başından keçən bir hadisəni belə izah edir: “Bir il həccə getməyə niyyət etdim. Bu niyyətlə yola çıxdım. Məqsədim Kəbəyi-şərif tərəfinə getmək olduğu halda, istəmiyərək tərs istiqamətə gedirdim. Allahu Təalanın iradəsi məni qərb tərəfinə çəkirdi. Ən sonunda İstanbula getməyə qərar verdim. Şəhərə girdim. Yüksək bir imarət gördüm. Qapı qarşısında bir qisim insanlar bir araya toplaşmışdı. Yaxınlaşdım və soruşdum:
- Nə üçün toplandınız?
- Bizans Kayserinin qızı dəli oldu. Çarə tapmaq üçün həkimləri yığdı.
Bunda bir hikmət olsa gərəkdir, dedim və içəri girdim. Orada Kayserin qızını on dördüncü ay kimi gördüm. Mənə baxdı və dedi ki:
- Xoş gəldin, ey İbrahim Havvas!
- Məni haradan tanıyırsınız?
- Canımı Canana təslim etmək istədim və Haqq Təaladan sevdiyi bir qulunu yanımda olmasını niyaz etdim. Yuxumda buyuruldu ki: “Sabah İbrahim Havvas sənə gələcək!”
- Xəstəliyiniz nədir?
- Bir gecə çölə çıxıb ibrət nəzəri ilə səmaya baxdım. Özümdən keçdim. “Allahu əhəd vərrasulü Ahməd” sözü dilimə, mənası ürəyimə gəldi. Bu söz dilimdən düşməz oldu. Buna görə halıma dəlilik əlaməti, mənə da dəli dedilər.
[Bu sözün mənası, “Allah birdir və Peyğəmbəri Ahməddir (Muhamməddir)].
- Bizim diyara gəlmək istərsənmi?
- Sizin diyarda nə var?
- Məkkə, Mədinə və Beytül-müqəddəs (Məscidi-Əqsa) oradadır.
- Sağ tərəfinə bax!
Baxdım bir düzənlikdə Məkkə, Mədinə və Beytül-müqəddəs qarşımda gördüm. Az sonra dedi ki:
- Vaxt yaxınlaşdı. İstək və arzu həddi aşdı. “Kəlmeyi-şəhadət” gətirib ruhunu təslim etdi.
В корзине: 0 шт.
на сумму: 0