Özünü içkidən qurtara bilməyən bir müsəlman, xidmətçisinə dörd dirhəm verər. İçki almasını söyləyər.
Xidmətçi gedərkən Mənsur bin Ammar adlı bir şəxsin, bir kasıba kömək yığdığını görər. Mənsur, (Bu kasıba 4 dirhəm verənə 4 dua edərəm) deyər. Xidmətçi, kasıba 4 dirhəmi verər. Mənsur deyər ki
- Hansı duanı etməmi istəyərsən
- Xidmətçilikdən xilas olmaq istəyirəm.
- İkinci istəyini söylə!
- Kasıba verdiyim dörd dirhəm mənim deyildi. Məndən bunu istəyərlər. Dörd dirhəmə qovuşmağı istəyərəm.
- Üçüncü istəyin nədir
- Əfəndimin tövbə edib içkini buraxmasını istəyirəm.
- Dördüncü arzun nədir
- Allahü təalanın məni, əfəndimi, səni və qövmümüzü bağışlamasını istəyirəm.
Mənsur bin Ammar, hamısı üçün dua edər. Xidmətçi evinə gələndə əfəndisi gecikməsinin səbəbini soruşur. Xidmətçi vəziyyəti izah edir. Əfəndisi soruşur
- Sən nələr istədin
- Xidmətçilikdən, köləlikdən xilas olmağı istədim.
- Yaxşı səni azad etdim. Başqa nə istədin
- Dörd dirhəm istədim.
- Al bu dörd dirhəmi. Başqa nə istədin
- Tövbə edib içkini buraxmağını istədim.
- Tövbə etdim. Başqa nə istədin
- Allahü təalanın hamımızı bağışlamasını istədim.
Əfəndisi də, “Bax, bu mənim əlimdə deyil” deyər. O gecə yuxusunda ona, “Sən əlində olanı etdin də, biz əlimizdə olanı edə bilmərikmi Səni də, xidmətçini də, Mənsuru da və orada olan hamınızı bağışladıq” deyildi.
В корзине: 0 шт.
на сумму: 0