Bəyazidi Bistami həzrətləri bir gün ruhi xəstəxananın qarşısından keçərkən birinin çomaqla bir şeylər döydüyünü görüb soruşdu:
- Nə edirsən?
- Dəlilərə dərman düzəldirəm.
- Mənim xəstəliyimə da bir dərman tövsiyə edərsənmi?
- Nədir xəstəliyin?
- Günah işləmək.
- Mən günah xəstəliyini bilmirəm ... Mən dəlilərə dərman hazırlıyıram.
Tam o anda onların söhbətini eşidən bir dəli, Bəyazidi Bistami həzrətlərinə səsləndi:
- Sənin xəstəliyinin çarəsini mən deyim. Tövbə kökü ilə istiğfar yarpağını qarışdır ... Qəlb qabında tövhid toxmağı ilə döy, insaf ələyindən ələ, göz yaşıyla yoğur, eşq sobasında bişir ... Səhər-axşam bol miqdarda ye ... O zaman görəcəksən sənin xəstəliyindən əsər qalmaz.
Bistami həzrətləri, “Hey dünya hey! Demək, səni dəli deyə bura gətirmişlər” deyərək oradan ayrıldı.
В корзине: 0 шт.
на сумму: 0