Facebook Twitter WhatsApp

Çəkməçinin qorxusu

    Bir abid ibadət etmək üçün dağa çıxar. Bir gecə yuxusunda ona “Filan çəkməçiyə get! Sənin üçün dua etsin” deyilir. Abid dağdan enər, o adamı tapar, nə işlə məşğul olduğunu soruşar. O da gündüzləri oruc tutub, ayaqqabı təmiri ilə məşğul olduğunu, qazandığı pul ilə ailəsinin ehtiyaclarını qarşıladıqdan sonra artıq qalan puldan ehtiyacı olanlara verdiyini söyləyər.

    Abid onun gözəl bir işlə məşğul olduğunu, lakin özünün isə daha da yaxşı bir iş gördüyünü düşünər və təkrar olaraq ibadətinə qayıdar. Yenə gecə yuxusunda “Çəkməçiyə get və ondan “Bu üzündəki saralmanın səbəbi nədir” deyə soruş. Abid də gedər çəkməçidən bunun səbəbini soruşar. Çəkməçi də “Kimi görsəm, bu qurtulacaq, amma mən həlak olacam, deyər və özümdən qorxaram. Üzümün də saralması bundandır” deyər. Bundan sonra o abid çəkməçinin bu qorxu və təvazö ilə üstünlük qazandığını başa düşər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину