Facebook Twitter WhatsApp

Qəflətin səbəbi cahillikdir!..

Ömür çoxyərli sərmayədir. Heyf ki, insanoğlunun çoxu bu sərmayəni boş yerə sərf edir.

 İbn Məsruq həzrətləri böyük övliyalardandır. İranın Tus şəhərində dünyaya gəlmişdir. Bağdada gedərək Cüneyd Bağdadi, Sırri Seqati, Haris əl-Muhasibi ilə digər vəlilərin söhbətlərində yetişib kəmala çatmışdır. 910-cu ildə (H.298) Bağdadda vəfat etmişdir.

İbn Məsruq həzrətləri insan haqlarına çox hörmət bəsləyərdi. Səbəb olaraq, “Möminlərin haqqına hörmət, Allahü təalanın haqqına hörmətdəndir” buyurardı.

Çox qonaqpərvər idi. Qonaqlarına qulluq etməkdən zövq alardı. Bir qonağı bunun səbəbini soruşdu. O da: “Qonaqlıq üç gündür. Bundan artıq qalsan mənə ikram etmiş olarsan” buyurdu.

“Təvəkkül nədir?" deyə soruşduqda: “Təvəkkül - qəlbin Allahü təalaya güvənməsi, əleyhinə olanı kənara qoyub, lehinə olan ilə məşğul olmasıdır” buyurdu.

Ömrünü boş yerə bitirənləri gördükdə çox məyus olardı. Bunlara nəsihət olaraq: “Ömür çox dəyərli sərmayədir. Heyif ki, insanoğlunun çoxu bu sərmayəni boş yerə sərf edir... Gənclik illərimdə gümrah idim, çətinliklər məni yormazdı. Amma artıq qocalıq dövrümü yaşayıram. Keçmişdə boşa keçirdiyim zamanlarıma kədərlənirəm, o günləri axtarıram, amma tapa bilmirəm” deyərdi.

İnsanları qəflətdən çəkindirərdi, “Qəflətin səbəbi cahillikdir” buyurardı. Bir dəfə ona “Ağlımıza düzgün olmayan düşüncələr gəlir, nə edək?” dedilər. “Kim, Allahü təaladan qorxaraq qəlbinə gələn nalayiq düşüncələrdən qorunmağa çalışarsa, Allahü təala da o insanın bədən üzvlərini, bu cür işlər görməkdən qoruyar, mühafizə edər” buyurdu. Hal və fərasət sahibi olub, gördüyü insanın hal və niyyətini sezərdi. Özü rəvayət edir:

-Bir dəfə bizə, şeyx qılıqlı, danışığı düzgün olan bir nəfər gəldi. Şirin dillə bizə təsəvvüf yolunu izah etməyə başladı, danışarkən söz arasında: “Hamınız qəlbinizə gələn düşüncəni mənə danışın” dedi. Mənim fikrimə o qocanın yəhudi olduğu gəldi. Ancaq bu vəziyyəti deyib-deməməyi yanımda oturan birindən soruşdum. O bu cür danışanın yəhudi olacağını təxmin etmədiyi üçün məsləhət bilmədi. Lakin mənim bu düşüncəm, getdikcə qüvvətlənirdi. Nə olur-olsun, bu düşüncəmi ona demək istədim. Dedim ki: “Siz fikrimizə gələn düşüncəni söyləməyimizi istəyirsiniz. Mənim qəlbimə gəlir ki, siz yəhudisiniz! ..”

Bunu eşitdikdə başını önünə əyərək, bir miqdar sükut etdikdən sonra qalxıb: “Doğru söyləyirsən” dedi və Kəlmeyi-şəhadət gətirərək Müsəlman oldu. “Haqq olan din İslamiyyətdir” dedi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину