Facebook Twitter WhatsApp

Hədiyyələrin hazırdırsa

Sual: Qəlbi xəstə edən, insanı Allahü təalanın rızasından, sevgisindən uzaqlaşdıran günahların ən pisi hansıdır?
CEVAP
Qəlb xəstəliklərinin şirkdən, yəni Allahü təalaya ortaq qoşmaqdan sonra ən pisi, bidətlərə inanmaq və bidət iş görməkdir. Bidətlərdən sonra, digər günahlardan çəkinməmək gəlir. Kiçik və ya böyük olsun, şirkdən, yəni küfürdən başqa günah işləyib, tövbə etmədən ölən bir mömin, şəfaət olunmaqla, yaxud heç bir səbəb olmadan, yalnız Allahü təalanın mərhəmət etməsi ilə əfv oluna bilər. Kiçik günah əfv edilməzsə, Cəhənnəmdə əzab veriləcəkdir. Qul haqqı da qarışan günahların əfvi daha çətindir və əzabları daha şiddətli olacaq. Zövcəsinin, xanımının mehrini verməmək və insanların haqq dini öyrənmələrinə mane olmaq, qul haqlarının ən böyüyüdür. Hədisi-şəriflərdə buyuruldu ki:

Bir zaman gələcək ki, insan qazancının halaldan, yoxsa haramdanmı olduğunu düşünməz.”

Bir zaman gələr ki, İslamiyyətə riayət etmək, əlində atəş tutmaq kimi çətin olacaq.”

Buna görə də, haramların hamısından və təhrimi məkruhlardan uzaq durmaq təqva sayılır. Fərzləri və vacibləri tərk etmək haramdır. Alimlər müəkkəd sünnətləri üzrsüz tərk etmək təhrimən məkruhdur, dedilər. Etiqadda, əxlaqda və əməldə əmr olunanları tərk edənə Qiyamətdə əzab veriləcək. Əzaba səbəb olacaq şeyləri tərk etmək lazımdır. Məsələn, namaz qılmamaq və qadınların, qızların açıq gəzmələri böyük günahlardandır. Bir günahı tərk etmək, məsələn, beş vaxt namazı hər gün qılmaq mütləq lazımdır.

Hədiyyələrin hazırdırsa

Bir nəfər, Peyğəmbər əfəndimizin yanına gələrək dedi ki:
-İcazə ver, ya Rəsulallah, ölümümü təmənni edim.
Peyğəmbər əfəndimiz buyurdu ki:
-Ölüm elə bir şeydir ki, onun üçün hazır ol! Yol uzundur, azuqə lazımdır. Ölümü təmənni edənin on hədiyyə hazırlaması lazımdır.

O şəxs soruşdu:
- Hədiyyələr kimədir ya Rəsulallah?

Peyğəmbər əfəndimiz buyurdu:
1- Əzrayılın hədiyyəsi.
2- Qəbrin hədiyyəsi.
3- Münkər və Nəkirin hədiyyəsi.
4- Mizanın hədiyyəsi.
5- Sirat körpüsünün hədiyyəsi.
6- Malikin hədiyyəsi.
7- Rıdvanın hədiyyəsi.
8- Ruhun hədiyyəsi.
9- Peyğəmbərinin hədiyyəsi.
10- Rəbbinin hədiyyəsi.

- Bu hədiyyələr nələrdir, ya Rəsulallah?

Əzrayılın hədiyyələri dörddür:
1- Gözəl xasiyyətli olmaq.
2- Ötürdüyün ibadətləri qəza etmək.
3- Səfərə çıxacaq yolçu kimi ölümə hazırlaşmaq.
4- Qəlbində Allah eşqini daşımaq.

Qəbrin hədiyyələri də dörddür:
1- Söz gəzdirməyi tərk etmək.
2- Paltarına nəcasət sıçratmamaq.
3- Qurani-kərim oxumaq.
4- Salavatı-şərifəni çox oxumaq.

Münkər və Nəkirin hədiyyələri:
1- Doğru danışmaq.
2- Qeybəti tərk etmək.
3- Haqqı qəbul etmək.
4- Təvazökar olmaq.

Mizanın hədiyyəsi:
1- Əməlini ixlasla etmək.
2- Başqasına əza etməkdən çəkinmək.
3- Gözəl əxlaq sahibi olmaq.
4- Allahı çox zikir etmək.

Sirat Körpüsünün hədiyyəsi:
1- Qəzəbini udmaq, əsəbləşməmək.
2- Təqva sahibi olmaq.
3- Camaat namazına davam etmək.
4- İbadətlərə ara vermədən davam etmək.

Malikin hədiyyələri:
1- Allah qorxusundan ağlamaq.
2- Gizli sədəqə vermək.
3- Üsyanı tərk etmək.
4- Ana və ataya yaxşılıq etmək.

Cənnət mələyi Rıdvanın hədiyyəsi:
1- Pisliklərdən uzaq durmaq.
2- Nemətlərə şükür etmək.
3- Malını Allah yolunda xərcləmək.
4- Əmanəti mühafizə etmək.

Ruhun hədiyyəsi:
1- Az yemək.
2- Az danışmaq.
3- Az yatmaq.
4- İstiğfara davam etmək.

Peyğəmbərin hədiyyəsi:
1- Əhli-beyti sevmək.
2- Sünnətə tabe olmaq.
3- Peyğəmbərin sevdiklərini sevmək.
4- Səhabəyi-kiramı sevmək.

Allahü zül-cəlalın hədiyyələri:
1- Allahın əmrlərinə riayət etmək.
2- Qadağan etdiyi şeylərdən çəkinmək.
3- İnsanlara nəsihət etmək.
4- Bütün məxluqata qarşı mərhəmətli olmaq.

Bunlara hazırsansa, ölümü təmənni edə bilərsən.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину