Facebook Twitter WhatsApp

Qəlbdə imanın olmasına əlamət

Sual: Bir qəlbdə imanın olub-olmamasının əlaməti, işarəsi vardırmı, varsa bu əlamət nədir?
Cavab
: Allahü təalanın əmrlərini yerinə yetirmək, günahlardan çəkinməmək, qəlbin pozuq olmasındandır. Qəlbin pozulması, İslamiyyətə tam inanılmamasıdır. Mömin olmaq üçün yalnız kəlməyi-şəhadəti söyləmək kifayət etmir. Münafiqlər da bunu söyləyirlər. Qəlbdə imanın olduğuna əlamət, İslamiyyətin əmrlərini sevərək etmək, qadağan etdiklərindən də sevərək uzaqlaşmaqdır. İslamiyyətin əmrlərinə əməl etmək, qadağalarından çəkinə bilmək üçün dində lazım olanları öyrənmək və öyrətmək lazımdır. Din biliklərini öyrənmədən başqa şeylər öyrənənlər və uşaqlarına doğru din biliyi öyrətməyənlər aldanırlar. Gələcəyi təmin etmək, bunları əldə etməkdir, yoxsa Allahü təalanın rızasını qazanmaqdır? Niyyətin doğru olması üçün qorxmalıyıq və çox istiğfar etməliyik. İmam Rabbani həzrətləri buyurur ki:

“Təhəccüd vaxtında tövbə, istiğfar etmək, Allahü təalaya yalvarmaq, günahlarını düşünmək, ayıblarını, qüsurlarını xatırlamaq, qiyamətdəki əzabları düşünüb qorxmaq, Cəhənnəmin sonsuz acılarından titrəmək lazımdır. Əfv və məğfirət üçün çox yalvarmalıyıq. O saatlarda və həmişə 100 dəfə “Əstəğfirullahəl'azım əlləzi lə iləhə illə hüv əl hayyəl qayyumə və ətübü ileyh deməli və mənasını düşünərək deyilməlidir. Bunlar əsr namazından, təsbihatdan və duadan sonra 100 dəfə oxunmalıdır. Dəstəmazsız da oxumaq olar. Hədisi-şərifdə: Qiyamətdə səhifəsində çoxlu istiğfar olanlara müjdələr olsun!” buyuruldu.”

İstiğfar və bütün dualar, təmiz qəlblə söylənməz, yalnız ağızla söylənərsə, faydası olmaz. İstiğfarı ağızla üç dəfə söylədikdə, təmiz qəlb də söyləməyə başlayır. Günah işləməklə qaralmış qəlbin söyləməsi üçün ağızla çox təkrarlamaq lazımdır. Namaz qılmayanın və haram tikə yeyənin qəlbi qaralır. Belə qəlblərin də söyləməyə başlaması üçün ağızla ən az yetmiş dəfə istiğfar söyləmək lazımdır.

Fiqh, elmihal, əxlaq biliklərini lazımi qədər öyrənmək və ailəsinə öyrətmək hər Müsəlmana fərzi-ayndır. Öyrənməyənlər və övladlarına öyrətməyənlər böyük günah işləyirlər. Öyrənməyi lazım bilməyən, əhəmiyyət verməyənin isə imanı gedər. Dinini öyrənən isə dünya və axirət fəlakətlərindən qurtular.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину