Facebook Twitter WhatsApp

Nəfsin düşmənliyi

Sual: Nəfsin hər istədiyi öz zərərinədir deyirlər. Nəfsin qayəsi nədir?
CAVAB
Nəfsin qayəsi, məqsədi insanı kafir etməkdir. İnsanı ən çox mal və şöhrətə düşkün olmağa məcbur edir. Mala və şöhrətə düşkünlük nəfsdən qaynaqlanır. Daha çox bu yollarla insanı fəlakətə sürükləməyə çalışır.

Çox mal və şöhrət sahibi olmaq hər zaman pis deyil. Dinə və Müsəlmanlara xidmət etmək üçün çox mal sahibi olmaq, əlbəttə, yaxşıdır. Bu niyyətlə vəzifə sahibi olmaq da yaxşıdır. Nəfs bunları pis yollarda istifadə etməyə çalışır. Bunları haram yollardan əldə etməyə məcbur edir. Məsələn, bir bulaq tikdirir, üzərinə adını yazdırır, beləcə şan-şöhrətə, riyaya sürükləmək istəyir. Din kitabı yazdırır, adını hər yerdə yaymaq istəyir.
Halal yollardan çox mal qazanmaq bir az çətindir. Ona görə atalarımız, “Çox söz yalansız, çox mal haramsız olmaz” deyiblər. Bu çox olan mala mütləq ki, haram qarışır demək deyildir. Zənginlik də, yoxsulluq da insanı azdırıb küfrə sürükləyə bilər. Bunun üçün Peyğəmbər əfəndimiz, “Ya Rəbb, azdıran zənginlik və azdıran yoxsulluqdan Sənə sığınıram” deyə dua edilməsini bildirmişdir. Kimi kasıblığına üsyan edir, kimi də zəngin olduqda şıltaqlaşır, Allahı unudur, bu da fəlakətinə səbəb olur. Bu cəhətdən şükrünü əda edə biləcəyimiz xeyirli mal istəməliyik. Şöhrətli olmaq da təhlükəli ola bilər. Ona görə də “Şöhrət afətdir” buyurulmuşdur. Allahü təalanın qoruduqları istisna olmaqla, çox insan şöhrətinin qurbanı olur.
Beləliklə nəfs, şöhrət və malla insanı küfrə salmağa çalışır. Nəfsin oyununa gəlməməyə çalışmalıyıq.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину