Facebook Twitter WhatsApp

Əmrləri yerinə yetirməməyin səbəbi

Sual: Bəzi insanlar, Müsəlman olduqlarını söylədikləri halda namaz qıla bilmirlər, zəkat verə bilmirlər və oruc tuta bilmirlər. Bunun səbəbi nə ola bilər?
Cavab: Bu mövzu haqqında İmam Rabbani həzrətləri Məktubat kitabında buyurur ki:
“Allahü təalanın əmrlərini yerinə yetirməmək, qəlbin pozulmasından irəli gəlir. Qəlbin pozulması, İslamiyyətə tam inanılmamasıdır. Mömin olmaq üçün yalnız Kəlməyi-şəhadəti söyləmək kifayət etmir. Münafiqlər, yəni qəlbi kafir olan, amma Müsəlman görünənlər də bunu deyirlər. Qəlbdə iman olmasına əlamət, İslamiyyətin əmrlərini məmnuniyyətlə yerinə yetirməkdir. Zəkat niyyəti ilə yoxsula bir qızıl vermək, yüz min qızıl sədəqə verməkdən daha savabdır. Çünki zəkat vermək fərzi yerinə yetirməkdir. Zəkat niyyəti olmadan verilənlər isə nafilə ibadətdir. Fərz ibadətin yanında nafilə ibadətlərin heç bir dəyəri yoxdur. Dənizin yanında damcı qədər belə deyildir. Şeytan aldadaraq, qəzaya qalan namazları qıldırtmır, nafilə qılmağı, nafilə həccə və umrəyə getməyi gözəl göstərir. Zəkat verdirməyib, nafilə xeyriyyələri gözə gözəl göstərir. Sünnətlərin və nafilələrin vəd olunan böyük savabları, fərz borcu olmayanlar, qəzalarını ödəyənlər üçündür. Qəzası olanların fərzlərdən başqa heç bir ibadətlərinə heç savab verilməz.”

Sual: Qəlbini inkar və günah kirlərindən təmizləməyən Cəhənnəmə gedəcəkmi?
Cavab:
 Kim olur-olsun, nəfsinə tabe olan, qəlbi pozulmuş olan Cəhənnəmə gedəcək. Hər mömin nəfsin yaradılışındakı küfrü və günahları təmizləmək üçün çoxlu “La ilahə illəllah” və qəlbini nəfsdən, şeytandan, pis yoldaşlardan və zərərli, pozulmuş kitablardan gəlmiş küfürdən, günahlardan qurtulmaq üçün “Əstəğfurullah” oxumalıdır. İslamiyyətə əməl edənin duaları mütləq surətdə qəbul olur. Namaz qılmayanın, haram yeyib-içənin İslamiyyətə tabe olmadığı məlum olur. Bunların duası qəbul olmaz.

 

Namaz, qəlbi xəstə olmaqdan qoruyur
Sual: Bəzi insanlar, Müsəlman olduqlarını söylədikləri halda namaz qılmaq onlara ağır gəlir. Bunun səbəbi nə ola bilər?
Cavab:
 İnsanda iki cür qəlb var. Birincisi, hər kəs tərəfindən bilinən sinəmizdəki ət parçasıdır, buna “Ürək” deyilir. İkincisi isə bu ət parçasında olan bir qüvvədir ki, buna “Könül” deyilir. Din kitablarında bildirilən qəlb, bu könüldür. İnanmaq və inanmamaq, məhəbbət, yəni sevgi və düşmənlik bu qəlbdədir, yəni könüldə olur. İnsanın əzaları, orqanları bu qəlbin əmrindədir. Təmiz qəlbin sahibi ağla tabe olur, həmişə yaxşı işlər görür. Qəlbi pozulmuş, xəstə olan nəfsəniə tabe olur, daim zərərli işlər görür. İxlasla edilən ibadətlər, xüsusilə də namaz qılmaq qəlbi təmizləyir. Allahü təala qəlbi pozan, xəstə edən şeyləri haram etmişdir. Günah işləyənin qəlbi xəstə olur. Günahın böyüklüyünə görə xəstəlik yüngül və ya ağır olur. Qəlb xəstə olduqda ibadət etmək çətin olur. Qəlb xəstəliyinin birinci əlacı tövbə və istiğfardır. Tövbənin qəbul olması üçün günahı tərk etmək və ibadət etmək lazımdır. Qəlb xəstəliyinin əlacı olan tövbənin qəbul olması üçün ən faydalı ibadət, namaz qılmaqdır. Hər gün bir dəfə namaz qılmaq, çox asandır. Hər gün beş dəfə namaz qılmaq, qəlbi xəstə olanlara çətin gəlir. Halbuki, namaz çox qılınarsa, qəlbdə Allah sevgisi əmələ gələr. Allah sevgisi zamanla qəlbi doldurur. Səadətlərin ən büyüyü, qəlbə Allah sevgisini yerləşdirməkdir. Dünya işləri ilə məşğul olanların və keçici dünya nemətlərinə, ləzzətlərinə qovuşmağı düşünənlərin qəlblərində Allah sevgisi qalmaz. İnsanı bu fəlakətdən xilas edən ən güclü çarə, kəlmeyi-təvhid oxumaqdır. Buna görədir ki, Allahü təala sonsuz mərhəmətindən, hər gün bir vaxt deyil, beş vaxt namaz qılmağı əmr buyurmuşdur. Allahü təalanın bu əmri, insanlara sıxıntı vermək üçün deyil, onları qəlb xəstəliyindən xilas etmək üçündür. ”Ənkəbut” surəsinin 45-ci ayəsində məalən:

“Doğru qılınan namaz, insanı föhşdən və münkərdən mütləq surətdə uzaqlaşdırır” buyuruldu.

 

Qəlb və bədən İslamiyyətə tabe olmalıdır
Sual: İslamiyyətin əmirlərini yerinə yetirməyərək və qadağalarından çəkinməyərək qəlbin təmiz olması mümkündürmü?
Cavab:
  İslamiyyətin əmr və qadağalarına qəlb və bədənlə tabe olmalıyıq. Qəlb qəflətdən oyaq olmalıdır. Qəlbi oyaq olmayan, yəni Allahü təalanın varlığını, böyüklüyünü, Cənnət nemətlərini, Cəhənnəm atəşinin şiddətini xatırlamayan, düşünməyən insanın bədəninin İslamiyyətə tabe olması çətin olur. Fiqh alimləri fətvaları bildirirlər. Bunlara əməl etməyi asanlaşdırmaq, Allah adamlarının işidir. Bədənin İslamiyyətə sevərək və rahat tabe olması üçün qəlbin təmiz olması lazımdır. Lakin, yalnız qəlbin təmiz olmasına, əxlaqın gözəl olmasına əhəmiyyət verib, bədənin İslamiyyətə tabe olmasına əhəmiyyət verməyənlər, mülhiddirlər, dindən çıxmışdırlar. Bu şəxslərin nəfsinin parlaması ilə əmələ gələn qeybdən xəbər vermək, xəstələrə oxuyub, üfüləyib sağaltmaq kimi qeyri-adi əməlləri istidracdır, özünü və ona inananları Cəhənnəmə sürükləyir. Qəlbin təmiz və nəfsin xatircəm, yəni itaətkar olmasının əlaməti, bədənin İslamiyyətə sevə-sevə tabe olmasıdır. Duyğu orqanlarının və bədəninin İslamiyyətə tabe olmayanların: “Qəlbim təmizdir, sən qəlbimə bax!” demələri boş sözdür. Belə söyləməklə özlərini və ətrafındakıları aldadırlar.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину