Facebook Twitter WhatsApp

Qəlbi təmizləməyin yolu

Sual: Qəlb niyə kirlənir və necə təmizlənir?
CAVAB

Qəlbi günahlar kirlədir. İxlasla olan ibadətlər, xüsusilə də namaz qılmaq qəlbi təmizləyir. Allahü təala qəlbi pozan, xəstə edən şeyləri haram etmişdir. Günah işləyənin qəlbi xəstə olur. Qəlbi təmizləmək üçün İslamiyyətə tabe olmaq lazımdır. İslamiyyətə tabe olmaq, əmrlərə riayət etməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (S. Əbədiyyə)
Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki: Zikr etməklə qəlb təmizlənir, Allahın sevgisinə nail olunur, ibadətin dadı hiss edilir, iman qüvvətlənir, namaz qılmaq həvəsi artır, dinimizin əmr və qadağalarına asanlıqla əməl etmək olur. Təqlidçilikdən qurtulub, vicdanla əməl edilir. Qurani-kərimdəki, “Allahü təalanı çox zikr edin!” əmri bunu göstərir. (Cümə 10) [S. Əbədiyyə]
İmam Rabbani həzrətləri buyurur ki:
Qəlbi itminana (xatircəmliyə) qovuşduran tək yol var. Bu da Allahü təalanı zikr etməkdir. Ağılla, araşdırmaqla qəlb xatircəm olmur, rahatlığa qovuşmur, yəni əmin olmur. Bir ayəti-kərimə məali:
“Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlığa qovuşur.” [Rad 28]
Çünki zikr edərkən O müqəddəs Zat ilə bir bağlılıq əmələ gəlir. Əslində Onunla heç bir bağlılıq qurulmaz. Ayaqlar altındakı torpaq, yəni insan hara, hər şeyin sahibi olan Allahü təala hara? Ancaq xatırlayanla xatırlanan arasında kiçik bir əlaqə əmələ gəlir. Bu əlaqədən də sevgi doğulur. Zikr edənin qəlbini sevgi bürüdükdə, qəlbdə xatircəmlik əmələ gəlir. Qəlbdə xatircəmliyin olması, insanı sonsuz səadətlərə qovuşdurur. (1/92)
Qəlbin təmizlənib qüvvətlənməsi üçün Allahü təalanın adını çox söyləmək lazımdır. (1/196)
Qəlbi təmizləmək üçün İslamiyyətə riayət etmək lazımdır. İslamiyyətə riayət etmək, əmrləri yerinə yetirməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (2/19)
Qəlbdən Allahdan başqasının sevgisini çıxaranın qəlbi təmiz olur. Başqa sevgilər varsa, qəlbi xəstə olur. Bunlar kəsilib atılmadıqca, həqiqi iman nəsib olmaz. (3/17)
Qəlbi təmizləmək üçün İslamiyyətə tabe olmaq lazımdır. İslamiyyətə tabe olmaq, əmrləri yerinə yetirməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (1/ 42)
Qəlbimizi təmizləyəcəyək olanların dəyərini bilməliyik. Bunlara əngəl olan hər şeyin [pis yoldaşın və əxlaqsız yayınların] düşmən olduğunu anlamalıyıq. (1/183)
Qəlbi təmizləmək, dünyada və axirətdə səadətə qovuşmaq, dərdlərdən, bəlalardan, xəstəlikdən, düşmənin şərindən, cadu və cindən qurtulmaq, nemətlərə qovuşmaq üçün hər Müsəlman, hər gün qəlblə tövbə edib, bu tövbəni söyləməlidir. Bunu söyləməyə “İstiğfar” deyilir. Çox istiğfar oxumalıyıq. İstiğfar, “Əstəğfirullah min külli ma kərihallah” və ya qısaca “Əstəğfirullah” deməkdir. (Rəddi-rəvafid)
İmam Muhamməd Məsum həzrətləri buyurur ki:
“Lə ilahə illəllah” gözəl sözünü çox söyləyin! Bu zikri qəlblə birlikdə edin! Bu mübarək söz qəlbin təmizlənməsində çox faydalıdır. (2/106)
“Lə ilahə illəllah” sözü nəfsi və qəlbi təmizləməkdə çox təsirlidir. Bu yolun böyüklərini sevmək səadətin sərmayəsidir. Bu yolda irəli aparan ən güclü vasitə, bu məhəbbətdir. (1/14)
Bu yolun əsası söhbət və məhəbbətdir. Söhbətə qovuşana qədər sünnətə əməl olunmalıdır. Hədisi-şərifdə, “Unudulmuş bir sünnətimi meydana çıxarana, yüz şəhid savabı vardır” buyuruldu. “Lə ilahə illəllah” sözü minlə beş min arasında çox oxunmalıdır! Qəlbi təmizləməkdə çox faydalıdır. (1/17)
Qəlb, Allahü təalanın nəzər etdiyi yerdir. Qəlb təmiz saxlanılmalıdır. Qəlb zikirlə təmizlənir. (1/48)
İmam Rabbani həzrətləri buyurur ki:
“Lə ilahə illəllah” gözəl sözünə “Muhammədün Rəsulullah” da əlavə olunaraq, təbliğ və təvhid, inci kimi yan-yana düzülərsə, vilayətin və nübuvvətin bütün üstünlükləri, yüksəklikləri bir araya yığılar. Bu iki səadətin yoluna qovuşduran, bu kəlmələrdir. (2/37)
Buna görə “Lə ilahə illəllah” oxuyarkən, hər 100-cüdə bir “Muhammədün Rəsulullah” demək yaxşı olar.
Etiqadı düzəldib, fiqhin əmrlərini yerinə yetirdikdən sonra, vaxtı Allahü təalanı zikirlə keçirməliyik. Qəlbi təmizləmək üçün zikrə, böyüklərin bildirdiyi kimi davam etməliyik. Zikrə, yəni qəlbin Allahü təalanı xatırlamasına, anmasına mane olan hər şeyi özümüzə düşmən bilməliyik. İslamiyyətə nə qədər çox əməl edilərsə, Onu anmanın ləzzəti artar. İslamiyyətə əməl etməkdə boşluq, tənbəllik artdıqca, o ləzzət də azalır, itir gedir və qəlb qaralır, təmizliyi azalır. Qəlbi təmizləmək üçün ən faydalı zikir təşrik təkbiridir. Bu da, “Allahü əkbər, Allahü əkbər. Lə ilahə illəllahü vəllahü əkbər. Allahü əkbər və lillahil hamd” deməkdir. (H. L. O. İman)
Qəlbin təmiz olması, gözəl əxlaqlı olmasıdır. Qəlb, İslamiyyətə riayət edərək təmizlənir. İslamiyyətə riayət etməyənin qəlbi təmiz ola bilməz. Övliya şəxsiyyətlərin qəbirlərini ziyarət edənlər, onların mübarək ruhlarından bəhrələnirlər. Onlara olan sevgi, bağlılıq qədər qəlb təmizlənir. (İslam Əxlaqı)
İbadətlər qəlbi təmizləyir, günahlar isə qəlbi qaraldır. (İslam Əxlaqı)
Vəfat etmiş övliya şəxsiyyətləri sevib, hörmət etməliyik. Beləcə, ruhlarından feyz alarıq, bəhrələnərik. Qəlbimiz də təmizlənər. (M. Nəsihət)

Qəlbi təmiz imiş
Sual: Allaha inamı çox qüvvətli, qəlbi çox təmiz bir yoldaşım var, amma namaz qılmır, oruc tutmur, çəkinmədən günah işləyir. “Sən mənim qəlbimə bax, əsas qəlbin təmizliyidir” deyir. Dində qəlb təmizliyi və inamın qüvvətli olması kifayət edirmi? İbadətə ehtiyac qalmır?
CAVAB
Qəlbin təmiz olması kifayət edir, amma “Qəlbim təmizdir” deməklə qəlb təmiz olmur, həmçinin “İmanım qüvvətlidir” deməklə də iman qüvvətli olmur. Namaz qılmayanın, oruc tutmayanın, günah işləyənin qəlbi təmiz və imanı qüvvətli ola bilməz. İmam Rabbani həzrətləri buyurur ki:
Saleh əməl etmədən [namaz qılmadan, oruc tutmadan, günahlardan çəkinmədən] “Qəlbim təmizdir, sən qəlbimə bax” demək batildir, boşdur, öz-özünü aldatmaqdır. Bədənsiz ruh olmadığı kimi, bədən ibadət etmədən və günahlardan çəkinmədən qəlb təmiz olmaz. (1/39)
İmam Muhamməd Məsum Faruqi həzrətləri də buyurur ki:
Cüneyd Bağdadi həzrətlərinin tələbəsi olan, böyük övliyalardan olan Əbu Əli Rodbari həzrətləri, “Çalğı dinləyən və digər günahlardan çəkinməyən bir din adamı, “Qəlbim təmizdir. Sən qəlbimə bax!” deyirsə, onun gedəcəyi yer Cəhənnəmdir” buyurur. (2/110)
“Namaz qılmıram, açıq gəzirəm, nə olacaq ki? Sən qəlbimə bax, qəlbim təmizdir” demək, yaxud, “Əvvəlcə çörək pulu qazanmaq, hər kəsə yaxşılıq etmək, sonra namaz qılmaq” kimi sözlər dini əmrlərin bir qismini bəyənib, bir qismini bəyənməməkdir. Hər Müsəlmanın bu incəliyə diqqət etməsi, dinin əmr və qadağalarına riayət etməyənlərin, imanlarının getməməsi üçün oyaq olmaları lazımdır. (Hak Sözün Vesikaları)
Pis xasiyyətlər, günahlar qəlbi xəstə edir. Bu xəstəliyin artması, qəlbin ölümünə, yəni küfrə səbəb olur. Pis xasiyyətlərin ən pisi olan küfür isə, qəlbi öldürən ən böyük zəhərdir. İmanı olmayanın, “Qəlbim təmizdir. Sən qəlbimə bax” deməsi boş sözdür. Belə söyləmək özünü aldatmaqdır. Ölmüş qəlb təmiz ola bilməz. (İslam Əxlaqı)
Haram işləyənin, “Sən qəlbimə bax, qəlbim təmizdir” deməsi səhvdir. Müsəlmanları aldadmaqdır. Yalnız dinin əmr və qadağalarına əməl edənin qəlbi təmiz olur. (Hadiqa)
Qəlbin necə təmiz olacağını Allahü təala və Onun Rəsulu bildirir. Onların bildirdiklərinə uyğun yaşayanın qəlbi təmiz, onların əmrlərinə tabe olmayanın qəlbi xəbisdir. Çəkinmədən, israrla günah işləmək, qəlbin pozulmasının əlamətidir. Bir hədisi-şərif belədir:
“İnsan günah işlədikdə qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər tövbə etsə, o ləkə silinir. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyür və qəlbin hər yerini bürüyür, qəlb qapqara olur.” [Haraiti]
“Allaha inamı çox qüvvətlidir” demək də çox səhvdir. Atəşin yandıracağına qüvvətli inamı olan insan, əlini alovun içinə rahatlıqla sala bilərmi? Alovun əlini yandıracağına olan inamı buna mane olur. Çəkinmədən günah işləyənlərin Cəhənnəmə gedəcəyini bilən insan da özünü necə Cəhənnəm atəşinə atır? Deməli, inamı heç yoxdur, ya da çox zəifdir. Allaha inamı qüvvətli olan bilə-bilə özünü fəlakətə atmaz.
Məsələn, Allahın ən az birə on verdiyinə inanan Müsəlman zəkatını, sədəqəsini verir, səxavətdən geri qalmaz. Bir hədisi-şərif belədir:
“Səxavətli Müsəlmanın imanı qüvvətlidir.” [Deyləmi]
İmanı qüvvətli olduğu üçün comərdlik edir. İmanı qüvvətli olan haramlardan qaçar və ibadətlərini yerinə yetirər. Yəni Allahü təalanı unutmayıb, Onun əmr və qadağalarına riayət edər. Bir hədisi-şərif belədir:
“Harda olur-olsun, Allahü təalanı unutmayanın, günahlardan çəkinənin imanı qüvvətlidir.” [Beyhəqı]
Deməli, imanı qüvvətli və qəlbi təmiz olan, dinimizin əmr və qadağalarına riayət edər, yəni ibadətlərini yerinə yetirər, günahlardan çəkinər. Bunlara riayət etməyənin həm imanı çox zəifdir, həm qəlbi də çox kirlidir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину