Facebook Twitter WhatsApp

Bir iş görərkən qəlbimə bir sıxıntı gəlir

Sual: Bir iş görərkən qəlbimə bir sıxıntı gəlir. Bu halda nə etməliyəm?
CAVAB
İslam alimləri buyurur ki:

Qəlbinin ürpərdiyi işi etmə! Nəfsinə tabe olma! Şübhə etdiyin işlərdə qəlbini dinlə! Şübhəli bir şeylə qarşılaşdıqda, əlini qəlbinin üzərinə qoy, qəlb döyüntüsü artmasa, o şeyi etməlisən! Əgər bərk döyünürsə, o işi etməməlisən! Hədisi-şəriflərdə buyuruldu ki:
“Əlini sinənə qoy, halal şeydə qəlb sakit olur. Günah işdə çırpınma olur. Şübhəyə düşsən, din adamları fətva da versələr etmə!” [İ. Əhməd, Hakim]
“Günah olan iş görəndə qəlbdə çırpınma olur.” [Beyhəqı]
“Nəfsə sükunət və qəlbə fərəh verən şey, yaxşı əməldir. Nəfsi azdıran, qəlbə həyəcan verən iş günahdır.” [Beyhəqı, İ.Əhməd, Tabərani]
“Halal-haram bəllidir. Şübhəlilərdən çəkinin! Şübhəli olmayanları edin!” [Tabərani]
“Səni rahatladan şey yaxşıdır. Səni şübhəyə salan, sıxıntı verən şey günahdır. Sənə fətva versələr də belədir.” [İ. Əhməd, Beyhəqı, Tabərani]
“Qəlbini dinlə: yaxşılıq, qəlbin xatircəm olduğu, rahatladığı şeydir. Günah isə canını sıxan, qəlbində tərəddüd oyandıran şeydir. Əksini fətva versələr də.” [Tabərani, İbni Əsakir]
“Edəcəyin bir iş üçün yeddi dəfə Rəbbindən xeyirli olanı istə, sonra qəlbinə bax, hansı qəlbinə fərəh verirsə, xeyirli olan odur.” [Deyləmi]
“Şübhəliləri burax, şübhə oyandırmayana bax. Doğru işlərdə qəlb sakit olur, yalan isə qəlbdə şübhə oyandırır.” [Tirmizi, Nəsai]
“Müftülər fətva versələr də sən yenə qəlbinə bax.” [İ.Əhməd]
Axır zamanda bilən-bilməyən hər kəs din haqqında danışır, fətva verir. Bəziləri son hədisi-şərifə əsaslanaraq, bir çox səhih hədisə, “Bu mənim ürəyimə yatmır” deyərək uydurma damğasını vurur. Dinimizdə hər kəsin qəlbi ölçü olsaydı, Qurani-kərimə, Peyğəmbərə və alimlərə ehtiyac olmazdı. Bidət firqələrindən mötəzilə də, “Ağıl, yaxşıyla pisi, haqq ilə batili bir-birindən ayırır” deyərək ağlı ölçü qəbul edir. Dövrümüzdə mötəzilə düşüncəsində olanlar dindəki dörd dəlilə görə deyil, ağlına görə danışırlar. Dinimizdə ağıl da, qəlb də bir şeyin haram olmasında dəqiq ölçü ola bilməz. Məsələn, bir həkim yazdığı kitabında “Dalaq qandır və haramdır” deyir. Halbuki fiqh kitablarında dalaq yeməyin haram olmadığı bildirilir. Bəziləri də, “Mən Bakıdan, oğlumun olduğu yerə-Naxçıvana təyyarə ilə qısa bir vaxtda gəldim. Bir gün qalıb qayıdacağam. Mən günlərlə yol getmədim ki, həm getdiyim yer öz evim sayılır, öz evimdən daha rahat oluram. Niyə Naxçıvanda səfəri olmalıyam ki. Üstəlik Peyğəmbərimiz, ağlı olmayanın dini yoxdur, müftülər fətva versələr də sən ürəyinin səsini dinlə, demir ki? Elə isə mən də ağlımla və qəlbimlə hərəkət edirəm, Bakıdan Naxçıvana gəlməklə səfəri olmuram” deyirlər. Halbuki, bir nəfər Bakıdan bir saatda Naxçıvana gəlsə, səfəri olur, Mərdəkandan İçərişəhərə iki saatda gəlsə yenə səfəri olmaz.
Əgər dinin dörd dəlili əsas götürülməsə, hər kəsin ağlına və qəlbinə görə saysız din əmələ gələr. Ölçünü yaxşı bilmək lazımdır. Bir insan, bir məmura hədiyyə versə, müftü, bir mənfəəti olmadan, öz istəyi ilə veribsə, bu hədiyyə halaldır deyə fətva verir. Amma o adam, “Mən bunu məmur işimi görsün deyə verdim, bu qəlbimə pis gəlir” deyirsə, burada qəlbin rolu vardır. Müftü o hədiyyədir deyə fətva versə də sən rüşvətə qarışma.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину