Facebook Twitter WhatsApp

Qəlb və beyin

Sual: İnsan orqanizminin mərkəzi beyindir, yoxsa qəlbdir? Orqanlara əmrlər haradan gedir?
CAVAB
İnsanın hərəkət orqanları beyninə, beyin də qəlbinə tabedir. Qəlbin əmrinə uyğun hərəkət edirlər. Qəlb, beyin vasitəsilə duyğu orqanlarından və ruh vasitəsilə ilahidən, ağıldan, mələkdən, hafizədən, nəfsdən və şeytandan gələn təsirlərin toplandığı bir mərkəzdir. (S. Əbədiyyə)
Bir hədisi-şərif məali də belədir:
“İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşıdırsa, bütün üzvləri yaxşı olur. Bu pis olarsa, bütün orqanları sıradan çıxar. Bu qəlbdir.” [Beyhəqı]
“California Institute of Heart Math” mütəxəssislərinin apardığı tədqiqata əsasən, beynimiz müstəqil hərəkət etmir, lazımi sinqalları qəlbimizdən alır. Bütün məlumatlar, sevginin ən güclü simvolu və duyğularımızın mərkəzi olan qəlbimizdən yayılır. Aparılan araşdırmada qəlbimizə mərkəzləşdirilmiş və qəlbimizin 2.5 metrə qədər böyük bir enerji sahəsiylə əhatəli olduğu nəticəsini əldə etdilər. Daha da inkişaf edərək dövrümüzdə istifadə olunan ölçü cihazlarının bu sahəni ölçməkdə yetərsiz ola biləcəyi və bu sahənin daha böyük olduğu qənaətinə gəldilər. Bir sözlə, qəlbimiz, beynimizin əmələ gətirdiyindən daha böyük bir enerji sahəsinə malikdir. İnsan qəlbinin ətrafındakı maqnit sahəsi, sadəcə bədənin hər hüceyrəsini əhatə etməklə kifayətlənmir, bədənin xaricindəki bütün sahələri də əhatə edir. Qəlbin elektrik cərəyanı, beyində əmələ gələn elektrik cərəyanından 60 dəfə daha qüvvətlidir. Qəlbin maqnit sahəsi isə, beyinkindən 5000 dəfə daha qüvvətlidir. Demək ki, qəlbimizlə, beynimizlə yaydığımızdan çox daha böyük bir enerji yayırıq. (Brandlife, İyun 2012)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину